Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dələduz “David Seliverstov”un Azərbaycanda müdafiəçisi peyda oldu – Məhkumluğu olan Azad İskəndərli kimdir?
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduz “David Seliverstov”un Azərbaycanda müdafiəçisi peyda oldu – Məhkumluğu olan Azad İskəndərli kimdir?

admin 19.08.2026
ddcf04adb40801eb5bf8862f59316199

“David Seliverstov” adı ilə tanınan Kazım Abbasovun ətrafında qalmaqal səngimir. İndi isə onun müdafiəsinə əvvəllər dələduzluğa görə məhkum edilmiş Azad İskəndərli qalxıb. Oxşar keçmişləri olan hər iki şəxsin “arqumentləri”, tövrlərindəki oxşarlıq isə diqqətdən yayınmır…
Maraqlıdır ki, Azad İskəndərli də təsadüfi biri deyil. Onun da adı illər əvvəl hüquq-mühafizə orqanlarının və məhkəmələrin materiallarında kifayət qədər ciddi ittihamlarla hallanıb.

Açıq mənbələrdə yayılan məlumatlara görə, Azad Vəlyəddin oğlu İskəndərli 2015-ci ildə Şirvanda saxlanılıb. Həmin vaxt o, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin rəhbəri kimi təqdim olunurdu.
APA-nın həmin dövrdə yaydığı məlumatda Azad İskəndərlinin Cinayət Məcəlləsinin dələduzluq və hədə-qorxu ilə tələb etmə maddələri üzrə təqsirləndirildiyi bildirilirdi. Həmin materialda onun daha əvvəl də başqa cinayət maddələri üzrə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi qeyd olunurdu. Eynən Kazım Abbasov – “David Seliverstov” kimi…

Daha maraqlı məqam isə Ali Məhkəmənin bülletenində öz əksini tapıb. Orada məhkum Azad İskəndərlinin 2009-cu ildə 2500 manat ziyan vurmaqla törətdiyi dələduzluq əməlinin hüquqi tövsifinin dəyişdirilməsi barədə apelyasiya qərarı əksini tapıb. Yəni, bu, sadəcə mediada səslənən bir iddia deyil – Azad İskəndərlinin adı məhkəmə sənədlərində keçir.

İndi azadlıqda olan İskəndərli “David Seliverstov” ətrafında baş verənlərə münasibət bildirir, onu cani-dildən müdafiə edir və Kazım Abbasovun mövqeyinə uyğun arqumentlər səsləndirir. Burada diqqət çəkən məqam yalnız İskəndərlinin kimi müdafiə etməsi deyil.

Niyə məhz indi və niyə məhz “David Seliverstov”?

David Silvestrov : ” Heç bir ölkənin milli qanunvericiliyi, vətəndaşlarına qarşı belə bir zorakılığı qanuniləşdirə bilməz'” » Lider-media.az

Çünki “David Seliverstov”un əsl adının Kazım Elşən oğlu Abbasov olması və onun keçmişi barədə son həftələrdə kifayət qədər material dərc olunub.

Musavat.com-un araşdırmalarında Kazım Abbasovun əvvəlki məhkumluğu ilə bağlı məhkəmə materialları təqdim edilib.

Məlumatlara görə, o, əvvəllər dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənədlərdən istifadə ilə bağlı cinayət işləri üzrə məhkum edilib, daha sonra isə narkotiklə bağlı ittiham üzrə 12 il müddətinə azadlıqdan məhrum olunub. Özü də son açıqlamasında keçmişdə dələduzluğa görə həbs olunmasını təsdiqləyib. Eyni zamanda, “David Seliverstov” adının onun illərdir ictimai fəaliyyətdə istifadə etdiyi ad olduğunu bildirib.

Bir tərəfdə keçmiş məhkumluğu ilə bağlı məhkəmə sənədləri və media materialları olan Kazım Abbasov – “David Seliverstov” var. Digər tərəfdə isə vaxtilə özü də dələduzluq və digər cinayətlərlə bağlı məhkumluq həyatı yaşamış Azad İskəndərli var-gəl edir. Yəni dələduzun biri o biri dələduzun müdafiəsinə qalxır. Əsl kinodur…

Üstəlik, Azad İskəndərlinin səsləndirdiyi fikirlərlə “David Seliverstov”un öz açıqlamaları arasında diqqətçəkən paralellər olduğu görünür. Bu isə istər-istəməz belə bir sual yaradır: ortada, sadəcə, keçmişdən gələn həmrəy mövqe var, yoxsa əvvəlcədən razılaşdırılmış müdafiə xətti göz önündədir?

WhatsApp Image 2026-08-19 at 15.27.43.jpeg (34 KB)

Azad İskəndərli

“Onu Şirvan zonası tanıyır”

Məsələnin digər maraqlı tərəfi isə Azad İskəndərlinin Musavat.com-un araşdırmalarında xüsusi rol oynamış hüquq müdafiəçisi Çingiz Qənizadəyə qarşı səsləndirdiyi fikirlərdir. Saytımıza açıqlamasında Çingiz Qənizadə Azad İskəndərlinin onun haqqında dediklərinə geniş cavab vermək istəmədiyini bildirib. O, Azad İsgəndərli ilə bağlı suala “onu bütün Şirvan zonası tanıyır” deyə cavab verib. Bildirib ki, Azad İskəndərli tərəfindən hər hansı formada hüquqi sərhədləri aşan addım atılarsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bu açıqlama əslində kifayət qədər lakonikdir. Çingiz Qənizadə Azad İskəndərlinin keçmişi ilə bağlı uzun-uzadı polemikaya girməkdənsə, məsələni onun öz fəaliyyət tarixçəsinə buraxır.

“Müdafiəçi”nin keçmişi niyə maraqlıdır?

Burada bir prinsipial məqamı da qeyd etmək lazımdır. İnsanın əvvəllər məhkum olunması onun ömürlük hüquqlarını itirməsi anlamına gəlmir. Cəzasını çəkmiş şəxs qanun qarşısında öz mövqeyini ifadə etmək, ictimai fəaliyyət göstərmək və başqasını müdafiə etmək hüququna malik ola bilər. Amma bir şəxs özünü “hüquq müdafiəçisi” kimi təqdim edirsə və başqa bir şəxsin reputasiyası uğrunda kampaniya aparırsa, onun öz keçmişinin də ictimai müzakirəyə çıxarılması qeyri-adi deyil. Xüsusilə də müdafiə etdiyi şəxsin keçmişi ilə bağlı əsas mübahisə məhz onun əvvəlki məhkumluqları, şəxsiyyəti və ictimaiyyətə özünü necə təqdim etməsi ətrafındadırsa.

Bu baxımdan ortaya maraqlı mənzərə çıxır – vaxtilə özü məhkumluq həyatı yaşayan şəxs indi keçmişi məhkəmə sənədləri ilə gündəmə gələn başqa bir şəxsin müdafiəsinə qalxır…

“David Seliverstov”un müdafiəsinə daha kimlər qoşulacaq və bu müdafiə xəttinin arxasında hansı maraqlar dayanır? Çünki Musavat.com-un araşdırmaları nəticəsində “David Seliverstov” adı ilə bağlı yeni faktlar üzə çıxdıqca, bu işdə təkcə bir şəxsin keçmişindən deyil, onun ətrafında formalaşan əlaqələr və müdafiə mexanizmindən də danışmaq lazım gəlir.

Musavat.com son günlər bu istiqamətdə bir neçə material dərc edib və həmin materiallarda “Magen David” xəttindən müxtəlif şəxslərə qədər uzanan əlaqələrə dair suallar qaldırılıb. Bir sözlə, “David Seliverstov” işi bağlanmaq əvəzinə, görünür, yeni personajların ortaya çıxması ilə daha da böyüməkdədir…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub
Next:  Milli Park , yoxsa gəlir mənbəyi? – VİDEO

OXŞAR MÖVZULAR

islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
yussenk
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

admin 19.08.2026
1787138611_screenshot_20260819_152100_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

General, hüquq elmləri doktoru-professor, yoxsa texnika elmləri namizədi? – Müəmmalı kimlik və qorxu üzərində qurulan səltənət

admin 19.08.2026

XƏBƏR LENTİ

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və...
DAVAMI Read more about “Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ
Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı a-1 (1)
  • CƏMİYYƏT

Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

admin 19.08.2026
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və...
DAVAMI Read more about Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ? 1787151274_screenshot-2026-08-19-185335
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?

admin 19.08.2026
Son günlər paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərin narazlığına səbəb olan yeni hal müşahidə olunur. Belə ki,...
DAVAMI Read more about Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?
Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO ramella-768x403
  • CƏMİYYƏT

Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO

admin 19.08.2026
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından...
DAVAMI Read more about Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib yussenk
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

admin 19.08.2026
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib. O, Ukraynaya göstərilən dəstəyə...
DAVAMI Read more about Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Bütün yazılar

islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
a-1 (1)
  • CƏMİYYƏT

Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

admin 19.08.2026
1787151274_screenshot-2026-08-19-185335
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?

admin 19.08.2026
ramella-768x403
  • CƏMİYYƏT

Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.