Skip to content
19.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?

admin 19.08.2026
1787151274_screenshot-2026-08-19-185335

Son günlər paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərin narazlığına səbəb olan yeni hal müşahidə olunur.

Belə ki, əvvəllər müştərilərə ödənişsiz təqdim olunan yaş salfetkaların artıq pulla verilməsi halları var.

“Cebheinfo.az” xəbər verir ki, restoranlarda çörək, çay və əlavə sifarişlər üçün ayrıca ödəniş tələb olunması artıq geniş yayılmış vəziyyətdir.

Lakin indi masada istifadə üçün verilən birdəfəlik yaş salfetkanın da hər ədədinə görə pul alınması müştərilərdə haqlı suallar yaradır. Belə hallardan biri dünən paytaxtın “Fəvvarələr bağı” razisində yerləşən “Saurma 1” restoranında müşahidə olunub.

Yeməkdən sonra birdəfəlik nəm salfetka istəyən müştəriyə onun ödənişli olduğu bildirilib və hər salfetka üçün ayrıca məbləğ tələb olunub. Oxşar vəziyyətin Bakıda fəaliyyət göstərən digər restoranlarda da müşahidə edildiyi bildirilir.

Əvvəllər müştəri restoranda yaş salfetka istədikdə bunun üçün ayrıca ödəniş tələb olunmurdu, bəzi restoranlar isə həm də reklam xatirinə masaya birdəfəlik yas salfetkalar qoyurdu. İndi isə bəzi restoranlarda bir ədəd salfetka belə pullu xidmətə çevrilib. Müştəri salfetka istəyir, qarşılığında isə ona bunun ödənişli olduğu bildirilir.

Açığı, burada düşündürücü məqam salfetkanın qiyməti deyil, xidmətləri heç də ucuz olmayan restoranların belə belə xırda bir şeyə görə ayrıca ödəniş tələb edilməsidir. Bir ədəd birdəfəlik yaş salfetkanın qiyməti nə qədər ola bilər ki, restoran onu da müştərinin hesabına yazmağı vacib hesab ediir?

Müştəri onsuz da restoranda yeməyə, içkiyə və xidmətə görə pul ödəyir. İndi isə masada istifadə etdiyi salfetkanın da hesabını ayrıca ödəməli olur. Bu yanaşma isə restoranlarda gələcəkdə daha hansı adi ehtiyacların ayrıca ödənişə çevrilə biləcəyi ilə bağlı təsəvvür yaradır.

Ən diqqətçəkən məqam isə odur ki, artıq bəzi restoranlarda sanki ən xırda şeydən belə pul qazanmaq yanaşması formalaşıb. Əvvəllər adi və ödənişsiz hesab olunan salfetka kimi sadə bir vasitə də indi ayrıca ödənişə cəlb edilir.

Bu da müştəridə belə bir fikir yaradır ki, restoranlar əlavə gəlir əldə etmək üçün mümkün olan hər bir xırda imkandan istifadə etməyə başlayıblar. Halbuki xidmət sektorunda müştəri məmnuniyyəti yalnız yeməyin keyfiyyəti ilə ölçülmür.

Müştərinin restoranda özünü necə hiss etməsi və ona hansı münasibətin göstərilməsi də mühüm əhəmiyyət daşıyır. Bir neçə qəpiklik salfetkanın pulunu almaq müştəri üçün böyük maddi ziyan, restoran üçün isə böyük gəlir gətirməyə bilər.

Amma bu cür xırda ödənişlər müştəridə haqlı narazılıq yarada, restoran haqqında mənfi fikir formalaşdıra bilər.

Əgər bu yanaşma davam etsə, sabah restoranda istifadə etdiyimiz hər adi şeyə görə ayrıca pul tələb olunması da təəccüblü olmayacaq. Bu gün yaş salfetka, sabah isə başqa bir xırda vasitəyə görə pul tələb olunacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO
Next: Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

OXŞAR MÖVZULAR

a-1 (1)
  • CƏMİYYƏT

Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

admin 19.08.2026
ramella-768x403
  • CƏMİYYƏT

Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO

admin 19.08.2026
1787138611_screenshot_20260819_152100_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

General, hüquq elmləri doktoru-professor, yoxsa texnika elmləri namizədi? – Müəmmalı kimlik və qorxu üzərində qurulan səltənət

admin 19.08.2026

XƏBƏR LENTİ

Elşad Xosedən YENİ XƏBƏR dd4858def6ffdcb305a9747d0ec461a0
  • ŞOU-BİZNES

Elşad Xosedən YENİ XƏBƏR

admin 19.08.2026
Bir müddət əvvəl müalicə məqsədilə Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən reper Elşad Xosenin vəziyyəti yaxşılaşıb. Sənətçiyə...
DAVAMI Read more about Elşad Xosedən YENİ XƏBƏR
“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və...
DAVAMI Read more about “Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ
Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı a-1 (1)
  • CƏMİYYƏT

Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

admin 19.08.2026
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və...
DAVAMI Read more about Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ? 1787151274_screenshot-2026-08-19-185335
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?

admin 19.08.2026
Son günlər paytaxtda fəaliyyət göstərən bəzi restoranlarda müştərilərin narazlığına səbəb olan yeni hal müşahidə olunur. Belə ki,...
DAVAMI Read more about Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?
Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO ramella-768x403
  • CƏMİYYƏT

Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO

admin 19.08.2026
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından...
DAVAMI Read more about Bağçada dəhşətə gətirən hadisə: “İki aydır həkimlərdəyik” – VİDEO

Bütün yazılar

dd4858def6ffdcb305a9747d0ec461a0
  • ŞOU-BİZNES

Elşad Xosedən YENİ XƏBƏR

admin 19.08.2026
islam_yusifov
  • ARAŞDIRMA

“Texnikabank”ın sabiq filial rəhbərinin oğlunun cinayət işi: “Mənə 360 min manat ziyan vurulub” – MƏHKƏMƏ

admin 19.08.2026
a-1 (1)
  • CƏMİYYƏT

Ötən il at DNT-si aşkarlanan kabab evində təkrar at DNT-si aşkarlandı

admin 19.08.2026
1787151274_screenshot-2026-08-19-185335
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır – AXI NİYƏ?

admin 19.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.