Skip to content
18.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal
  • CƏMİYYƏT
  • ÖLKƏ

Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal

admin 18.08.2026
1787053615_screenshot-2026-08-18-154552

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimatologiya üzrə elmi şöbənin müdiri A.Qasımova məhkəməyə üz tutub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, şöbə müdiri müəssisənin rəhbəri Aynur Poluxovanı qanunsuz əməllərdə ittiham edib.

Belə ki, A.Qasımova işəgötürən tərəfindən keçirilmiş attestasiyanın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi irəli sürüb.

Şöbə müdiri ərizəsində A.Poluxovanı qanunsuz hərəkətlərdə ittiham edərək bildirib ki, o, vəzifədə ola-ola onun vəzifəsinə vakansiya elan edilib. Ərizəçi qeyd edib ki, bu vakansiya onun vəzifədə çalışdığı, müqaviləsi mövcud olduğu halda elan olunub.

Bundan başqa, A.Qasımova qeyd edib ki, A.Poluxova onu nüfuzdan salmaq üçün bir sıra işçilərinə qanunsuz akt tərtib etdirərək Azərbaycan Tibb Universitetinə göndərib.

Aktda şöbə müdirinin ona tapşırılan rezidentlərə nəzarət işini yerinə yetirmədiyi qeyd olunub. A.Qasımova bildirib ki, aktı imza edən 4 nəfərdən 2-si, yəni Ə.Cəfərova və N.Məmmədova tibb bacısı vəzifəsində çalışırlar. O sual edib ki, tibb bacısı hansı əsasla, hansı savadla elmi dərəcəli yüksək ixtisaslı mütəxəssisin fəaliyyətini qiymətləndirə bilər?

Şöbə müdiri onu da əlavə edib ki, akta qol çəkən 4 nəfər işlərini itirməmək qorxusuna görə müəssisə rəhbəri A.Poluxovanın göstərişini icra ediblər.

A.Qasımova Poluxovanın göstərişi ilə Elmi Şuranın iclaslarına buraxılmadığını da bildirib.

Şöbə müdiri belə qənaətə gəlib ki, qeyd edilənlər artıq attestasiya komissiyasının onun barəsində nə qərar çıxaracağını təxmin etməyə imkan verir. O, bu səbəbdən attestasiyaya cəlb ediləcəyi təqdirdə attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək həmin müəssisəyə ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermək qadağan edilmələsini xahiş edib.

Yasamal Rayon Məhkəməsi belə qənaətə gəlib ki, sözügedən müvəqqəti təminat tədbiri barədə ərizədə irəli sürülmüş tələb özü-özlüyündə müvəqqəti təminat tədbirinin mahiyyətinə ziddir. Belə ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd edilənlərin təmin edilməsi halında, iddiaçı və cavabdeh arasındakı mübahisənin qabaqcadan maraqlı şəxsin hüquqları pozulmaqla həll edilməsi deməkdir. Çünki hazırda iddiaçı attestasiyaya cəlb edildikdən sonra attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək cavabdeh müəssisəyə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin qadağan edilməsini tələb edir. İddiaçının attestasiyanın keçirilməsi və iddiaçının attestasiyaya cəlb edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv olunması məsələsi isə məhkəmə araşdırmasının predmetidir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının tətbiq olunmasını tələb etdiyi müvəqqəti təminat tədbiri, onun tərəfindən verilmiş iddia tələbinə mütənasib deyildir və ərizədə qeyd edilən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcək.

Bu səbəbdən A.Qasımovanın ərizəsi təmin edilməyib.

Xitab24.az

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
Next: Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək – DETALLAR

OXŞAR MÖVZULAR

1787059740_screenshot_11
  • CƏMİYYƏT

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi – FOTO

admin 18.08.2026
veklllllii
  • CƏMİYYƏT

Abşeronda vəkil saxlanıldı

admin 18.08.2026
rauf
  • CƏMİYYƏT

General oğlu vəzifəsindən azad edildi

admin 18.08.2026

XƏBƏR LENTİ

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi – FOTO 1787059740_screenshot_11
  • CƏMİYYƏT

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi – FOTO

admin 18.08.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA...
DAVAMI Read more about Vüsal Nəsirli onu özünə müşavir təyin etdi – FOTO
Abşeronda vəkil saxlanıldı veklllllii
  • CƏMİYYƏT

Abşeronda vəkil saxlanıldı

admin 18.08.2026
Abşeronda tanınmış vəkil saxlanılıb.  “Unikal”ın əldə etdiyi məlumata görə, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının...
DAVAMI Read more about Abşeronda vəkil saxlanıldı
General oğlu vəzifəsindən azad edildi rauf
  • CƏMİYYƏT

General oğlu vəzifəsindən azad edildi

admin 18.08.2026
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə öz arzusu ilə vəzifəsindən...
DAVAMI Read more about General oğlu vəzifəsindən azad edildi
“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və… aad2dd38d7e5e973b970101c15e9197d (1)
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və…

admin 18.08.2026
“Aqrarkredit”in sabiq sədri, “Şapka Məməd” kimi tanınan Məmməd Musayevin qanunsuz əməlləri ilə bağlı sensasion faktlar üzə çıxıb....
DAVAMI Read more about “Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və…
Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar – VİDEO 1787025456_1
  • CƏMİYYƏT
  • VİDEO

Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar – VİDEO

admin 18.08.2026
Astara rayonunda təxminən 4 500 hektar ərazini əhatə edən sitrus bağlarında yaranan problem fermerləri ciddi narahat edir....
DAVAMI Read more about Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar – VİDEO

Bütün yazılar

1787059740_screenshot_11
  • CƏMİYYƏT

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi – FOTO

admin 18.08.2026
veklllllii
  • CƏMİYYƏT

Abşeronda vəkil saxlanıldı

admin 18.08.2026
rauf
  • CƏMİYYƏT

General oğlu vəzifəsindən azad edildi

admin 18.08.2026
aad2dd38d7e5e973b970101c15e9197d (1)
  • ARAŞDIRMA
  • GÜNDƏM

“Şapka Mamed” qalmaqalı böyüyür – Milyardlıq maxinasiyalar, offşor əmlaklar və…

admin 18.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.