Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emin Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.
E.Quliyev bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin müdir müavini vəzifəsində çalışırdı.

PAYLAŞIN:
