Skip to content
18.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

admin 18.08.2026
1787044690_screenshot-2026-08-18-131742

Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə 490.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.08.2026-cı ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 10.06.2025-ci il, bitmə tarixi 30.12.2025-ci il göstərilir.
Qeyd edək ki, Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə “Koordinat Construction” MMC ilə bir müqavilə də 17.10.2024-cü ildə bağlayıb. Bu müqavilə də bir mənbədən satınalma metodu ilə bağlanılıb və dəyəri 489.983,2 manat təşkil edib. Məlumat satınalmaların portalında 17.10.2024-cü ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 20.09.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il göstərilib.
Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi son iki ilə yaxın müddət ərzində 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə ümumi dəyəri 979 983 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun  49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Qeyd edək ki, “Koordinat Construction” qısa müddət əvvəl yaradılmış, xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir MMC-dir. Amma buna baxmayaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin  “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli başqa qurumlar da “Koordinat Construction” MMC eyni tipli müqavilələr bağlayıb.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 20 ədəd subartezian quyusunun əsaslı təmiri (2025-ci il üzrə) ilə əlaqədaq bir mənbədən satınalma metodu tətbiq etməklə “Koordinat Construction” MMC ilə 660.000 manat dəyərində satınalma müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 18.02.2026-cı ildə dərc edilib.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir müqavilə də 29.10.2024-cü ildə bağlanılıb. “Koordinat Construction” MMC ilə bağlanan bu müqavilənin dəyəri 659.999,96 manat təşkil edib.
Göründüyü kimi Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də bir bir neçə ay ərzində 20 ədəd subartezian quyusunun əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə ümumi dəyəri 1 319 999 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin  “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli adı çəkilən qurumlarının subartezian quyularının əsaslı təmiri üzrə bağladıqları bu müqavilələrdə təmir olunacaq subartezian quyularının harada yerləşdiyi açıqlanmır. Yalnız Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 29.10.2024-cü ildə bağladığı müqavilədə subartezian quyularının yerləşdiyi ərazi açıqlanıb. İndi kim zəmanət verə bilər ki, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 18.02.2026-cı ildə bağladığı müqavilə də eyni subartezian quyularının təmiri üzrədir.
Burada bir subartezian quyusunun təmirinə ayrılmış dövlət vəsaiti də şübhə doğurur. Belə ki, Bərdədə bir subartezian quyusunun təmirinə orta hesabla 32 999 manat, Şəmkirdə isə orta hesabla 34 998 manat hesablanıb. Bu da qiymətlərin süni şəkildə şişirdildiyini açıq aşkar göstərir. Bunu mütəxəsislər yerində araşdırsa daha da ciddi qanun pozuntuları aşkarlaya bilər.
Dövlət Su Ehtiyatları Agentliyinin  “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli qurumlardan yalnız subartezian quyusunun təmiri üzrə son vaxtlar milyonlarla manatlıq tender qazanan “Koordinat Construction” MMC-yə gəlincə.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20,  qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.
MMC-nin qanuni təmsilçisi Abasov Şənlik Fəxrəddin oğlu kimdir? Dövlət Gömrük Komitəsinin mətbuat xidmətin hələ 2017-ci ilin fevral ayında yaydığı məlumatlarda ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması hallarının müəyyən edildiyi bildirilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 08.05.2025-ci ildə verilib.
Yəni bu o deməkdir ki, “Koordinat Construction” MMC Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən keçirilmiş əvvəlki satınalmalada lisenziyası olmadan qatılıb və ümüumi dəyəri  1 149 982 manat olan iki tender verilib.
Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Göründüyü kimi “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri son iki ilə yaxın müddət ərzində yalnız bir neçə subartezian quyularının əsaslı təmirinə ümumi olaraq iki milyon manatdan çox dövlət vəsaiti ayırıb. Amma bu gün sosial şəbəkələrdə və mediada yerlərdən fermerlərin suvarma suyunun çatışmamasından əziyyət çəkmələri barədə yüzlərlə şikayətlərinə rast gəlmək mümkündür. Dövlət külli miqdarda vəsait ayırırsa rayonlarda əhali suvarma suyunun olmamasından niyə şikayətçi olurlar. Ayrılan bu dövlət vəsaitləri hara gedir, yelərdə subartezian quyularının əsaslı təmirinə, yoxsa “Koordinat Construction” MMC vasitəsi ilə ciblərə…
Aktualinfo.net

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: – “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki…”
Next: Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

OXŞAR MÖVZULAR

1787033304_1
  • CƏMİYYƏT

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB – Prezidentə MÜRACİƏT OLUNDU

admin 18.08.2026
1787033928_1
  • CƏMİYYƏT
  • VİDEO

Vətəndaş “Xalq 11” lizinq şirkətindən şikayətçidir (VİDEO)

admin 18.08.2026
1787029668_screenshot-2026-08-18-090443
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Universal Hospital”da sertifikatsız həkim – yeni faktlar

admin 18.08.2026

XƏBƏR LENTİ

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO 1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib. “Unikal” xəbər verir ki, bununla bağlı Fövqəladə...
DAVAMI Read more about Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu 6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu...
DAVAMI Read more about “Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu
İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək 1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək. “Geo TV”-nin xəbərinə görə, bununla bağlı Pakistan Ali...
DAVAMI Read more about İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!.. 1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamları ilə gündəmə gələn David Selivestrov (Əvvəlki adı Kazım Abbasov-red.) haqqında...
DAVAMI Read more about Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… 1787044690_screenshot-2026-08-18-131742
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

admin 18.08.2026
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı...
DAVAMI Read more about “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…

Bütün yazılar

1787043294screen_recording_20260818_124525_tiktok_1787043794
  • HADİSƏ
  • VİDEO

Bakıda tikilidəki yanğın məhdudlaşdırılıb – VİDEO

admin 18.08.2026
6a8405f101fb46a8405f101fb517870371696a8405f101fb26a8405f101fb3
  • ARAŞDIRMA

“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu

admin 18.08.2026
1787041941_6a84132ed6c0d6a841v
  • DÜNYA

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

admin 18.08.2026
1787040256_screenshot-2026-08-18-120234
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı – AZƏRBAYCANA QAYIDACAĞAM!..

admin 18.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.