Skip to content
07.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
  • CƏMİYYƏT

İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?

admin 07.08.2026
1786089330_1

Azərbaycan Respublikasının birinci Yitse Prezidenti
Hörmətli Mehriban xanım Əliyevaya
Ağayev Zabit Xanverdi oğlunun
Müraciəti.
Hörmətli Mehriban xanım!
Mən, Masallı rayonu, Əminli kənd sakini Ağayev Zabit Xanverdi oğlu, 27 yanvar 1992-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qazma İşləri Trestində 6-cı dərəcəli maşinist vəzifəsində çalışmışam. 34 il ərzində neft sənayesində vicdanla və qüsursuz çalışmış, əmək fəaliyyətim dövründə hər hansı ciddi intizam pozuntusuna yol verməmişəm.
Lakin 31 mart 2026-cı il tarixində heç bir qanuni əsas göstərilmədən mənə bildirildi ki, çalışdığım ştat vahidinə başqa bir şəxs təyin olunub və özümə başqa iş yeri tapmalıyam. Mənə açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam, qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən azad ediləcəyəm.
Bu təzyiqlər və psixoloji təsirlər nəticəsində 3 aprel 2026-cı il tarixində məcburiyyət qarşısında qalaraq öz ərizəmlə işdən çıxmaq barədə ərizə yazmağa vadar oldum. Həmin ərizə mənim sərbəst iradəmin ifadəsi deyil, mənə qarşı göstərilən inzibati təzyiq və hədələrin nəticəsində yazılmışdır.Məni xüsusilə narahat edən məqamlardan biri də odur ki, bu qanunsuzluğu əsaslandırmaq üçün bəzi vəzifəli şəxslər ölkə rəhbərliyinin adından sui-istifadə edərək, yerimə gətirilən şəxsin guya “yuxarıların adamı” olduğunu bildirirdilər. Hesab edirəm ki, dövlət rəhbərliyinin adından bu cür istifadə edilməsi yolverilməzdir və araşdırılmalıdır.
Bu məsələ ilə bağlı Prezident Administrasiyasına, SOCAR rəhbərliyinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Təəssüf ki, müraciətlərim obyektiv araşdırılmamış, yalnız işdən çıxma ərizəmi özümün yazdığım əsas gətirilmişdir. Halbuki həmin ərizə mənim sərbəst iradəmin deyil, göstərilən təzyiqin nəticəsi olmuşdur.Hazırda 58 yaşım var. Uzun illər ağır və zərərli əmək şəraitində çalışdığım üçün güzəştli şərtlərlə pensiyaya çıxmağıma cəmi 3 il qalmışdır. Ömrünün 34 ilini dövlətin neft sənayesinə həsr etmiş bir işçinin pensiya ərəfəsində bu cür vəziyyətə salınması mənə və ailəmə ağır maddi və mənəvi zərbə vurmuşdur.
Fərdi pensiya hesabımda uzun illərin əməyi nəticəsində təxminən 120 000 manat pensiya kapitalı formalaşmışdır. Lakin işsiz qalmağım səbəbindən ailəmin maddi vəziyyəti kəskin pisləşmiş, bank qarşısında öhdəliklərimi yerinə yetirməkdə çətinlik çəkirəm.
Bundan əlavə, ailəmdə ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ailə üzvü vardır. Onun müalicəsi və daimi qayğısı ailəmiz üçün böyük maliyyə yükü yaradır. İşsiz qalmağım həmin şəxsin müalicəsinin davam etdirilməsini də ciddi təhlükə altına qoymuşdur.
Hörmətli Mehriban xanım!
Sizin ölkəmizdə sosial müdafiəyə, humanizmə və vətəndaşların problemlərinin həllinə göstərdiyiniz xüsusi diqqəti nəzərə alaraq, son ümid yeri kimi Sizə müraciət edirəm.
Sizdən xahiş edirəm:
-Müraciətimin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasına köməklik göstərəsiniz;
-İşdən çıxarılmağımın qanuniliyinin yoxlanılmasını təmin edəsiniz;
-Mənə qarşı göstərilmiş təzyiq və qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilməsinə dəstək göstərəsiniz;
-Dövlət rəhbərliyinin adından sui-istifadə etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına köməklik göstərəsiniz;
-Pozulmuş əmək hüquqlarımın bərpa olunmasına və əvvəlki iş yerimə qaytarılmağımın təmin edilməsinə dəstək olasınız.
İnanıram ki, müraciətimə həssaslıqla yanaşılacaq, qanunun aliliyi və sosial ədalət prinsipləri rəhbər tutulmaqla pozulmuş hüquqlarımın bərpası üçün lazımi tədbirlər görüləcəkdir.
Əvvəlcədən göstərəcəyiniz diqqətə və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
İmza: _______
Ad, soyad: Ağayev Zabit Xanverdi oğlu
Ünvan: Masallı rayonu, Əminli kəndi
Telefon: 050 369 72 61
Qeyd: Yuxarıda qeyd olunan problemlə əlaqədar Ağayev Zabit Xanverdi oğlu, həm də başqa dövlət qurumlarına da müraciət etmişdir.
Mirvari Gahramanli

Teref

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tailandda məktəbdə atışma oldu – 7 nəfər öldü
Next: Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB… – TOTAL NARAZILIQ…

OXŞAR MÖVZULAR

1786088432_screenshot-2026-08-07-113930
  • CƏMİYYƏT

Yeni agentliyin mətbuat katibi o oldu – Foto

admin 07.08.2026
1786075648_1
  • CƏMİYYƏT

 “Kristal”dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI – 3 dəqiqə yalanı və səfərbər olunan resurslar

admin 07.08.2026
1786086653_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB… – TOTAL NARAZILIQ…

admin 07.08.2026

XƏBƏR LENTİ

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı...
DAVAMI Read more about Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu
Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
ABŞ və İsrailin fevralın 28-də paytaxt Tehrana hava hücumu zamanı ağır yaralanan İran Ali rəhbəri Müctəba Xameneinin...
DAVAMI Read more about Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər
“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya...
DAVAMI Read more about “Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı
Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM 1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq...
DAVAMI Read more about Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO whatsapp_image_2026-08-07_at_13.44.19
  • HADİSƏ
  • VİDEO

Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

admin 07.08.2026
Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal...
DAVAMI Read more about Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ/FOTO/VİDEO

Bütün yazılar

prezident1
  • SİYASƏT

Azərbaycanın Pakistandakı səfiri geri çağırıldı, yenisi təyin olundu

admin 07.08.2026
xamenei
  • DÜNYA

Xameneinin səhhəti kəskin pisləşdi – Hər an ölə bilər

admin 07.08.2026
arzum
  • ARAŞDIRMA

“Arzum”un məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

admin 07.08.2026
1786094374ilham_aliyev_chaired_meeting_of_cabinet_of_ministers_dedicated_to_results_of_socioeconomic_development_of_2018_and_objectives_for_future_08_1786098198
  • SİYASƏT

Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

admin 07.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.