Skip to content
06.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Kart limitləri ilə bağlı yeni iddia: “İki QHT razılaşıb…”
  • İQTİSADİYYAT

Kart limitləri ilə bağlı yeni iddia: “İki QHT razılaşıb…”

admin 06.08.2026
1785997247_1
Dedilər ki, guya kartdan-karta əməliyyatlarına məhdudiyyətlər Mərkəzi Bankla bankların razılaşması əsasında qoyulub. İndi isə məlum olur ki, bu razılaşma Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında bağlanıb.

Tribuna.az xəbər verir ki, bu barədə danışan bank eksperti, hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, bu tam özbaşınalıqdır:

“Razılaşmanın özü dərc olunmayıb, yalnız saytlarında qısaca məlumat veriblər. Məlumatın məzmununa keçməzdən əvvəl bildirirəm ki, bu tam özbaşınalıqdır. Hansısa iki qeyri-hökumət təşkilatı arasında razılaşma bağlanıb və bunun əsasında vətəndaşlara məhdudiyyət qoyulub (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hara baxır?).

Konstitusiyamıza görə hüquqlarımız yalnız qanun əsasında məhdudlaşdırıla bilər. Və həmin qanun da mütləq dərc olunmalıdır.

Digər tərəfdən isə bu iki təşkilat aşkar şəkildə bank sirrinin pozulmasına yönəlmiş razılaşma bağlayıblar. Çünki bu məhdudiyyətin tətbiqi vahid elektron sistemin olmasını zəruri edir. Həmin sistemdə də hər birimizin əməliyyatları əks olunmalıdır ki, limitlərə riayət etməyimizə nəzarət edə bilsinlər.

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası kimdir ki, bizim bank sirrimizi bilsin? Bank sirrini yalnız məhkəmə, Mərkəzi Bank və vergi orqanı əldə edə bilər”.

Ə.Həsənov bildirib ki, razılaşmanın özü dərc olunmayıb və yalnız qısaca məlumat olduğuna görə, bundan sonra istədikləri kimi şərh edə bilərlər:

“Məlumatda vurğulanır ki, limitlər yalnız mədaxil əməliyyatlarına aiddir. Yəni mən istənilən qədər kartdan-karta pul köçürə bilərəm. Amma mənim kartıma aylıq 20000 manatlıq limit çərçivəsində gündə 5 ödəniş edilə bilər. Bu limitlərin səbəbi, mahiyyəti və fəsadları haqda 2 gün əvvəl yazmışam.

Məlumatda istisnalar haqda da deyilir. Əvvəla, yaxın qohumlar arasında əməliyyatlara məhdudiyyət olmayacaq. Görəsən sistem haradan biləcək ki, kim kimin qohumudur?

Əlavə məlumat verməyə vaxt itirməkdənsə pulu elə nağd çatdırmaq olar.

Digər istisna isə gülməlidir: “müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur.

Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır”. Bu məlumatları təqdim edib vaxt itirməkdənsə elə nağd ödəyər də hamı!

Ən əsası isə kiməsə mütləq köçürmə etmək lazımdırsa, istənilən səbəbi qeyd edə bilər. Məsələn, deyər ki, borcum var idi, onu ödəyirəm, vəssalam…

Bütün sivil dünyanı yenə analoqu olmayan yanaşmamızla güldürdük”.

Nigar İxtiyarqızı

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR?
Next: Şah İsmayıl Xətaiyə Bakı necə sökdürülür

OXŞAR MÖVZULAR

1785901077_1
  • İQTİSADİYYAT

“Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” – Əkrəm Həsənov

admin 05.08.2026
1785839206_screenshot-2026-08-04-142502
  • İQTİSADİYYAT

Culfaya yeni icra başçısı təyin edilib

admin 04.08.2026
1785738705_screenshot-2026-08-03-103006
  • İQTİSADİYYAT

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

admin 03.08.2026

XƏBƏR LENTİ

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiəsi uğrunda həlak olanların xatirəsini...
DAVAMI Read more about Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində...
DAVAMI Read more about Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO 1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin...
DAVAMI Read more about FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO
Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO whatsapp-image-2026-08-06-at-105140-2
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

admin 06.08.2026
Vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar...
DAVAMI Read more about Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar 1785992702_screenshot-2026-08-06-090440
  • CƏMİYYƏT

NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar

admin 06.08.2026
Dövlət maaşı ilə Avropanı qarış-qarış gəzənlər və Naxçıvanın ən baha yerində mülk alanlar kimlərdir? Naxçıvan Muxtar Respublikasında...
DAVAMI Read more about NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar

Bütün yazılar

hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
whatsapp-image-2026-08-06-at-105140-2
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

admin 06.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.