Skip to content
06.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən “PFM Catering” kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən “PFM Catering” kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı

admin 06.08.2026
1785984630_1
Ajans.az-ın Baş redaktoru Tural Müseyibov ADY sürət qatarlarının biznes sinfində sərnişinlərə təqdim edilən “ADY PFM CATERİNG” etiketli meyvə şirəsinin üzərində istehsal tarixinin göstərilməməsi və qablaşdırma keyfiyyəti ilə bağlı narazılıq qaldırıb. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə və sədr Rövşən Rüstəmova rəsmi sorğu ünvanlansa da, uzun müddət keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Sorğuda tenderin keçirilib-keçirilməməsi, şirkətin seçilmə meyarları, xidmətə ayrılan vəsaitin məbləği və AQTA sertifikatının mövcudluğu da daxil olmaqla 12 əsas suala aydınlıq gətirilməsi tələb olunur. Baş redaktor məsələnin ictimaiyyət üçün qaranlıq qalan məqamlarını diqqətdə saxlamaq məqsədilə mövzu ilə bağlı video müraciət də hazırlayaraq aidiyyəti quruma ünvanlayıb.

32gun.az olaraq məsələyə biganə qalmadıq.

Şirkətlə bağlı rəsmi mənbələr və bəzi resurslar üzərindən araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, “PFM Catering” brendi Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22, mənzil 49 hüquqi ünvanında qeydiyyatda olan və Elnur Tofiq oğlu İsmayılovun qanuni təmsilçisi olduğu “Private Facility Management” MMC-yə məxsusdur.


Bu şirkət təkcə qatarlara və korporativ sektora iaşə xidməti göstərməklə kifayətlənmir, eyni zamanda binaların texniki idarəedilməsi və qida məhsullarının topdan satışı istiqamətlərində də fəaliyyət yürüdür.

Lakin rəsmi dövlət satınalmaları portalında (etender.gov.az) apardığımız araşdırmalar zamanı ADY tərəfindən biznes sinifdə qida xidmətinin göstərilməsi ilə bağlı hər hansı bir tenderin keçirilməsinə dair heç bir məlumat tapılmayıb. Bu isə tərəflər arasındakı əməkdaşlığın hansı hüquqi əsaslarla və necə qurulması sualını ortaya çıxarır.

Bununla yanaşı, dövlət reyestr məlumatları üzərindən əldə etdiyimiz ən diqqətçəkən fakt şirkətin maliyyə öhdəlikləri ilə bağlıdır.

32gun.az-ın əldə etdiyi məlumata görə, ADY-nin sərnişinlərin qidalanmasını həvalə etdiyi , nizamnamə kapitalı 10 manat olan “Private Facility Management” MMC-nin dövlət büdcəsinə 211 min 851 manat 92 qəpik məbləğində külli miqdarda vergi borcu mövcuddur.

Tender keçirilmədən xidmətin həvalə edilməsi, təqdim olunan qidaların mənşəyinin qaranlıq qalması və təminatçı şirkətin böyük vergi borcunun olması ADY-nin bu əməkdaşlığı hansı şərtlərlə həyata keçirdiyi sualını daha da kəskinləşdirir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
Next: Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR?

OXŞAR MÖVZULAR

1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
whatsapp-image-2026-08-06-at-105140-2
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

admin 06.08.2026
1785992702_screenshot-2026-08-06-090440
  • CƏMİYYƏT

NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar

admin 06.08.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi whatsapp_image_2026-08-06_at_11.52.27_(2)
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

admin 06.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Teleqraf xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 979...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi
Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiəsi uğrunda həlak olanların xatirəsini...
DAVAMI Read more about Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində...
DAVAMI Read more about Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO 1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin...
DAVAMI Read more about FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO
Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO whatsapp-image-2026-08-06-at-105140-2
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

admin 06.08.2026
Vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar...
DAVAMI Read more about Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Bütün yazılar

whatsapp_image_2026-08-06_at_11.52.27_(2)
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

admin 06.08.2026
hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.