Skip to content
06.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO

admin 06.08.2026
1785987187_1
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə massivlərində qanunsuz ağac kəsini artıq sistemli xarakter alıb.

Kontekst.az.-a daxil olan növbəti həyəcanlı məlumat və kadrlar isə Yardımlı rayonunun Ləzir kəndi ərazisindən — 1 saylı meşəbəyliyin 2 saylı meşə dolayındandır.

Kənd sakinlərinin çəkərək təqdim etdiyi yeni görüntülərdən aydın görünür ki, Ləzir meşələrində yüzlərlə çoxillik ağac qanunsuz olaraq kəsilib. Onların bildirdiyinə görə, tikinti materialı və odun kimi satılmaq üçün qırılan bu ağacların heç birində meşə idarəsinin rəsmi damğası (nömrəsi) yoxdur:

İddialara görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Nəsimi Nəsibov baş verən özbaşınalığa bilərəkdən şərait yaradır. Qeyd olunur ki, iddialara görə, qurum rəhbərliyi meşələri məhv etmək bahasına öz şəxsi biznes maraqlarını təmin edir.

Maraqlıdır ki, bu, eyni meşə idarəsinin ərazisində baş verən ilk belə hal deyil. Son üç gün ərzində Göytəpə meşələrində çoxillik palıd ağaclarının qırılması ilə bağlı dalbadal materiallar dərc etmişdik. Sosial şəbəkələrdə yayılan son videolarda da sağlam palıd ağaclarının kəsildiyi və yerli meşəbəyinin buna etiraz etdiyi açıq görünür. Həmin ərazinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov tərəfindən “ixtisara” salınmış meşə dolayı olduğu bildirilir. Videonu çəkən şəxsin Meşələrin İnkişafı Xidmətinin rəsmisinə müraciətlə dediyi “Hörmətli Rəşad İsmayılov, verdiyiniz bir yanlış qərarın ölkə təbiətinə vurduğu bu sağalmaz yaralara görə kim cavabdehlik daşıyır?” sualı isə hələ də cavabsız qalıb.

Hələ bu ilin mart ayında da Göytəpə meşəbəyliyinin 10 “A” saylı dolayındakı qanunsuzluqlar barədə məlumat vermişdik. O vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktın araşdırılacağını bildirsə də, görünür, aparılan yoxlamalar heç bir nəticə verməyib. Nəticədə isə həm Cəlilabadda, həm də Yardımlıda “meşələrin soyqırımı” dayanmaq bilmir.

Düzdür, ötən gün verdiyimiz xəbərə reaksiya verən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov iddia etmişdi ki, Cəlilabad və Göytəpə ərazilərindən yayılan kadrlar köhnədir, vaxtında araşdırılıb və tədbir görülüb. Lakin ortaya çıxan son lent yazıları və Yardımlının Ləzir kəndindən daxil olan tamamilə yeni görüntülər R.Əşrəfovun bu açıqlamasını üstündən xətt çəkir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenidən rəsmi sorğu ünvanlamışıq.

Görəsən, nazirlik Ləzir və Göytəpə meşələrindən gələn bu təzə kadrlara və kütləvi ağac qırğınına nə bəhanə gətirəcək?

Mövzunu diqqətdə saxlayacağıq…




Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı – Özündən AÇIQLAMA
Next: ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən “PFM Catering” kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı

OXŞAR MÖVZULAR

1785984630_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən “PFM Catering” kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı

admin 06.08.2026
300706_1785927538
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı – Özündən AÇIQLAMA

admin 06.08.2026
1785985101_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: – İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR

admin 06.08.2026

XƏBƏR LENTİ

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi whatsapp_image_2026-08-06_at_11.52.27_(2)
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

admin 06.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Teleqraf xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 979...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi
Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiəsi uğrunda həlak olanların xatirəsini...
DAVAMI Read more about Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı
Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində...
DAVAMI Read more about Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO 1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin...
DAVAMI Read more about FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO
Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO whatsapp-image-2026-08-06-at-105140-2
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

admin 06.08.2026
Vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov və Səbail rayonlarında fəaliyyət göstərən iki ictimai iaşə obyektində plandankənar yoxlamalar...
DAVAMI Read more about Bakıda iki obyektin fəaliyyəti məhdudlaşdırılıb – VİDEO

Bütün yazılar

whatsapp_image_2026-08-06_at_11.52.27_(2)
  • İQTİSADİYYAT

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

admin 06.08.2026
hpbqb6kb0aat_wr
  • SİYASƏT

Ceyhun Bayramov Ukraynada həlak olan müdafiəçilərin xatirəsini andı

admin 06.08.2026
1786001344_screenshot-2026-08-06-112553
  • SİYASƏT

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

admin 06.08.2026
1screenshot-4
  • CƏMİYYƏT
  • VİDEO

FHN Nərimanovda çoxmərtəbəli binanın liftlərinin istismarını dayandırdı – FOTO/VİDEO

admin 06.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.