Skip to content
05.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti
  • CƏMİYYƏT

Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti

admin 05.08.2026
1785931412_screenshot-2026-08-05-160240

Bütün ölkələr üçün səhiyyə sahəsi və vətəndaşların sağlamlığı prioritet sahələrdən biri hesab olunur. Bu sahədə mövcud olan nöqsanlar isə cəmiyyətin inkişafına birbaşa təsir edir. Lakin ölkəmizdə səhiyyə sahəsi yetərincə ürəkaçandırmı? Bunu bilmirəm.

Bakının keçmiş “Sovetski” adlanan ərazisinin sökülməsi nəticəsində Xırdalan şəhərinə köçdük. İnsanın olduğu mühiti kəşf etməsi aspektindən yanaşsaq, mən də Abşeron rayonunu kəşf etməyə başladım. Əlbəttə, bəzən kəşf yalnız maraqdan doğmur, zərurət də öz sözünü deyir.

Xırdalan şəhərinə köçəndən sonra tibbi sənədlər üçün yolum Abşeron rayon Mərkəzi Xəstəxanasına düşdü. Məlumat üçün deyim ki, Abşeron rayonunda bir baş idarə kimi Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə xəstəxanası, 2 poliklinika, 11 həkim məntəqəsi, 2 tibb məntəqəsi, Mərkəzi Rayon Xəstəxanası nəzdində fəaliyyət göstərən təcili və təxirəsalınmaz yardım şöbəsi əhaliyə səhiyyə xidməti göstərir.

Abşeron rayon Mərkəzi Xəstəxanasının binası əvvəllər bir uşaq bağçası kimi fəaliyyət göstərib. Daha sonra əsaslı təmir olunaraq 1983-cü ildən 60 çarpayılıq uşaq infeksion xəstəxanası kimi istifadəyə verilib. 2006-cı ildən 2008-ci ilin avqust ayına kimi xəstəxana binası sabiq icra başçısı Zakir Fərəcovun göstərişi əsasında rekonstruksiya və əsaslı təmir olunaraq 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi əhalinin istifadəsinə verilib. Müasir avadanlıqla təchiz edilmiş 2 mərtəbəli, 80 çarpayılıq xəstəxanada doğum, uşaq, cərrahiyə, ginekologiya və reanimasiya şöbələri, laboratoriya, 3 bufet, mətbəx, camaşırxana fəaliyyət göstərib.

2021-ci ilin fevralında isə prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binası istifadəyə verilib. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Ölkə başçısının müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyindədir. Bura qədər hər şey əladır. Ancaq indiki reallıq heç də ürəkaçan sayılmaz.

Abşeron rayon Mərkəzi Xəstəxanasının bitməyən problemləri davam edir

Dövlət səviyyəsində diqqətin ayrılmasına baxmayaraq, bu xəstəxanaya yolu düşənlərin gününün çox hissəsinin növbədə gözləməklə keçməsi, əsəb və stressin pik səviyyədə olması danılmazdır. Bu əsəb-stress yalnız vətəndaşlara da aid deyil. Elə tibb işçilərinin əksəriyyəti də gərgin və əsəbidir. Bunun səbəbini soruşduqda cavab olaraq bildirilir ki, xəstəxanada tələb-təklif disbalansı yaşanır. Belə ki, kifayət qədər böyük olan xəstəxanada bəzi tibbi sahələri üzrə cəmi bir həkim təyin olunub. Məsələn, o boyda xəstəxananın cəmi bir onkoloqu var. Onkoloji xəstələrin sayının getdikcə artığını nəzərə alsaq, əlillik üçün arayış almaq istəyənləri və həmin onkoloqun qapısının ağzında yaranan növbəni siz təsəvvür edin. Saatlarla çəkən uzun növbələr, gözləməkdən yorulan vətəndaşlar əsəbi, gün ərzində normadan çox xəstə qəbul edən həkim isə gərgin olur. Bu, hələ canlı şahidi olduğum haldır. Yəni, Abşeron rayonunun inzibati ərazisində yaşayan əhaliyə xidmət göstərən Xəstəxanada ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya üz tutan vətəndaşların sayı isə ilbəil artmaqdadır.

Komissiya “bufet”də fəaliyyət göstərir

Xəstəxananın problemi bununla da bitmir. İlk dəfə biləndə mən də təəccüblənmişdim. Təsəvvür edin ki, ümumi ərazisi 4 hektar, tikinti sahəsi isə 6300 kvadratmetr olan bir xəstəxananın bufeti yoxdur. Xəstəxananın həkimləri nahar yeməyini xəstələri qəbul etdikləri otaqda edirlər. Necə? Çox sadə. Saat 13:00-14:00 nahar vaxtıdır və bu saatda qəbul otaqlarının qapıları içəridən bağlanır. Daha sonra tibb işçiləri ya sifariş etdikləri, ya da evdən gətirdikləri yeməklərlə nahar edirlər. Nahar saatı bitəndən sonra yemək iyi bürümüş otaqlarda yenidən xəstə qəbulu aparılır.

Əslində xəstəxananın bufeti var. Ancaq bu, fərqli bufetdir. Vətəndaşlara xidmət edir, amma kreativ formada…Geniş ərazisi olduğunu qeyd etdiyim xəstəxanada əlilliyin təyini üçün yaradılan komissiya qəbulu məhz “bufet”də aparılır. Bəli, bəli… Xəstəxanada boş bir otaq yoxdur ki, komissiya qəbulu aparılsın. İnsanlar yalnız həftənin bəlli günündə və saatında bufet deyilən, ancaq stol və stullardan ibarət olan otağa yığılırlar və komissiyadan keçirlər.

Bir sözlə, vətəndaşlara tibbi xidmət üçün nəzərdə tutulan xəstəxanadakı nöqsanlar insanların sağalmasından daha çox, əsəblərinin daha da pozulmasına səbəb olur. Günahkar kimdir? Yəqin ki, xəstəxananın tabe olduğu müvafiq qurum… Çünki elə həmin xəstəxananın tibb işçiləri də yaşadıqları vəziyyətdən məmnun deyillər.

Sonda müvafiq qurumlara Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlatmaq istərdim: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Ümid edirəm ki, 434 min nəfərlik Abşeron rayonu əhalisinin və Abşeron rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin yaşadığı çətinliklər tezliklə öz həllini tapacaq. /Bakivaxti.az/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi – FOTOLAR
Next: Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ

OXŞAR MÖVZULAR

1785923655_whatsapp-mage-2026-08-05-at-00_21_37
  • CƏMİYYƏT
  • ÖLKƏ

Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi – FOTOLAR

admin 05.08.2026
1785933275_esasss
  • CƏMİYYƏT
  • VİDEO

“Binanın bütün zibili, səs-küyü həyətdədir” – “Baku Rifah MTK”dan şikayət – VİDEO

admin 05.08.2026
1785933884_screenshot-2026-08-05-164206
  • CƏMİYYƏT

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

admin 05.08.2026

XƏBƏR LENTİ

Nigar Fərhadın əri həbs edildi Nigaaa
  • ARAŞDIRMA
  • GÜNDƏM

Nigar Fərhadın əri həbs edildi

admin 05.08.2026
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş onun faktiki...
DAVAMI Read more about Nigar Fərhadın əri həbs edildi
“Qızıl top”a əsas namizədlər bəlli olub 1785925495_screenshot-2026-08-05-142209
  • İDMAN

“Qızıl top”a əsas namizədlər bəlli olub

admin 05.08.2026
 “Qızıl top” mükafatını qazanmağa əsas namizədlərin yenilənmiş reytinqi açıqlanıb. Siyahıya “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri...
DAVAMI Read more about “Qızıl top”a əsas namizədlər bəlli olub
Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır – VİDEO 1785936492_goytepe_mese_foto
  • ARAŞDIRMA

Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır – VİDEO

admin 05.08.2026
Cəlilabad rayonunda yerləşən Göytəpə meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı “Bizimesr”ə görüntülər göndərilib.  Videogörüntülərdə yaş palıd...
DAVAMI Read more about Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır – VİDEO
Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ 1715074659.mehkeme(1)
  • ARAŞDIRMA

Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ

admin 05.08.2026
Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və...
DAVAMI Read more about Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ
Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti 1785931412_screenshot-2026-08-05-160240
  • CƏMİYYƏT

Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti

admin 05.08.2026
Bütün ölkələr üçün səhiyyə sahəsi və vətəndaşların sağlamlığı prioritet sahələrdən biri hesab olunur. Bu sahədə mövcud olan...
DAVAMI Read more about Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti

Bütün yazılar

Nigaaa
  • ARAŞDIRMA
  • GÜNDƏM

Nigar Fərhadın əri həbs edildi

admin 05.08.2026
1785925495_screenshot-2026-08-05-142209
  • İDMAN

“Qızıl top”a əsas namizədlər bəlli olub

admin 05.08.2026
1785936492_goytepe_mese_foto
  • ARAŞDIRMA

Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır – VİDEO

admin 05.08.2026
1715074659.mehkeme(1)
  • ARAŞDIRMA

Zərərçəkmiş: İslam Yusifovun borcları vardı, ona kömək etdim – MƏHKƏMƏ

admin 05.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.