Skip to content
31.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

admin 31.07.2026
1785431716_1
Azərbaycan Jurnalistlər Birliyi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media qurumlarının, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin media qurumları ilə peşə əlaqələri quran şəxslərin hüquqi məsuliyyətlə hədələnməsinə dair yayılmış məlumatı ciddi narahatlıqla qarşılayır və qətiyyətlə pisləyir.

Axar.az xəbər verir ki, bu barədə qurumun İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən AzTV-nin “düşmən media qurumu” kimi təqdim edilməsi ilə bağlı bəyanatında deyilir.

Qeyd olunub ki, jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, media qurumlarının siyasi mülahizələrlə “düşmən” kimi damğalanması və beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması söz və ifadə azadlığına, habelə müstəqil jurnalistikanın fundamental prinsiplərinə ziddir:

“Bu cür yanaşma Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ümumi Bəyannaməsinin 19-cu maddəsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə təmin olunan fikir və ifadə azadlığı hüququnun mahiyyəti ilə uzlaşmır. Eyni zamanda, Beynəlxalq Jurnalistlər Federasiyasının (International Federation of Journalists – IFJ) 2019-cu ildə qəbul etdiyi “Global Charter of Ethics for Journalists” (Jurnalistlər üçün Qlobal Etik Xartiya) jurnalistlərin peşə fəaliyyətinin siyasi təzyiq və hədələrdən kənar həyata keçirilməsini beynəlxalq peşə etikasının əsas prinsiplərindən biri kimi təsbit edir.

Belə addımlar təkcə jurnalistlərin peşə fəaliyyətinə deyil, həm də cəmiyyətin sərbəst informasiya almaq hüququna mənfi təsir göstərir, media sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Azərbaycan Jurnalistlər Birliyi hesab edir ki, media sahəsində yaranan fikir ayrılıqları yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri, peşə etikası və qarşılıqlı hörmət əsasında həll olunmalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, onların beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması və media qurumlarının siyasi qarşıdurmaların alətinə çevrilməsi beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşmayan yanaşmadır.

Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan mediasına və jurnalistlərinə qarşı yönələn hər hansı təhdidi, əsassız ittihamı və ayrı-seçkilik cəhdini qətiyyətlə rədd edir. Azərbaycan jurnalistlərinin peşə fəaliyyətinə kənardan müdaxilə edilməsini və onların peşə borclarını yerinə yetirmələrinə maneə yaradılmasını jurnalist peşəsinin universal dəyərlərinə və beynəlxalq peşə etikasına zidd hesab edir.

Azərbaycan Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasını (International Federation of Journalists – IFJ), Avropa Jurnalistlər Federasiyasını (European Federation of Journalists – EFJ), Beynəlxalq Mətbuat İnstitutunu (International Press Institute – IPI) və media azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən digər beynəlxalq peşə təşkilatlarını baş vermiş hadisəyə prinsipial münasibət bildirməyə, jurnalistlərin peşə hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Jurnalistlər Birliyi bir daha bəyan edir ki, media azadlığına, jurnalistlərin peşə müstəqilliyinə və sərbəst informasiya dövriyyəsinə qarşı yönələn hər bir cəhd azad sözün fundamental prinsiplərinə zərbə vurur. Birlik Azərbaycan Respublikasında media azadlığının, jurnalistlərin qanuni peşə fəaliyyətinin və ölkənin informasiya məkanının qanuni maraqlarının müdafiəsi istiqamətində bundan sonra da prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…
Next: Yeni dövrün möcüzəsi başladı. Komissiya yaradıldı, sonra komissiyaya nəzarət üçün İşçi Qrupu yaradıldı.

OXŞAR MÖVZULAR

17854770796287613223
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

admin 31.07.2026
1785430248_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Yol istismar idarəsinin hesabına həbs qoyuldu – Direktoru Əliheybət Şirinovun oğludur

admin 31.07.2026
1785426169_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…

admin 31.07.2026

XƏBƏR LENTİ

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU 39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə...
DAVAMI Read more about Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU
Gülayın günahı nədir? 1785431887_1
  • CƏMİYYƏT

Gülayın günahı nədir?

admin 31.07.2026
Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyevanı yəqin ki, hamımız tanıyırıq. Hələ körpə vaxtlarından onun necə at çapmasının,...
DAVAMI Read more about Gülayın günahı nədir?
Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq 1785475866_screenshot-2026-07-31-092757
  • İDMAN

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

admin 31.07.2026
 Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir. Yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi...
DAVAMI Read more about Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir 1785476229_screenshot-2026-07-31-093525
  • İQTİSADİYYAT

Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir

admin 31.07.2026
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “53 №-li Yol İstismarı” MMC-nin direktoru dəyişib. Məlumata görə, bununla...
DAVAMI Read more about Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 17854770796287613223
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

admin 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və...
DAVAMI Read more about Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün yazılar

39u904u8DXWvJ8ZruoZ48oLOLjps810gz3RlmMoD_1200
  • ARAŞDIRMA

Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

admin 31.07.2026
1785431887_1
  • CƏMİYYƏT

Gülayın günahı nədir?

admin 31.07.2026
1785475866_screenshot-2026-07-31-092757
  • İDMAN

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

admin 31.07.2026
1785476229_screenshot-2026-07-31-093525
  • İQTİSADİYYAT

Vüsal Nəsirli hələ “təmizlik işi” görür – Əsas işlər hələ gözləyir

admin 31.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.