Skip to content
29.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Elə bilirdilər oyuncaqdı” – Müəllimini güllələyən şagirdin atasına HÖKM OXUNDU
  • ARAŞDIRMA

“Elə bilirdilər oyuncaqdı” – Müəllimini güllələyən şagirdin atasına HÖKM OXUNDU

admin 28.07.2026
6a68648f99cb56a68648f99cb617852263836a68648f99cb36a68648f99cb4

Bu il fevralın 6-da “İdrak” liseyində müəllimini güllələyən şagirdin atasına hökm oxunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 44 yaşlı Samir Şirinov məhkəmənin qərarı ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib:

“Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib. Silahları həmişə yataq otağının daxilində olan ayrıca qarderob otağında seyfdə saxlayıdrım. Qarderob otağının qapısı isə həmişə bağlı olub, hətta qapı xüsusi mexanizm vasitəsilə yığılıb. Qapı örtülü olarkən avtomatik bağlanırdı, açarı isə həyat yoldaşımın yataq otağında saxlayırdıq. Açarın bizdən başqası tərəfindən götürülməsi mümkün deyildi. Sadəcə həmin vaxt ailədə xeyir işə başımız qarışdığı üçün oğlum açıq olan qarderob otağına keçərək silahı götürüb”.

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Əli ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb:

“Həmin silahların ov silahı olduğunu bildirərək, hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Ona görə də həmin ilin dekabr ayında yeni il qabağı həyat yoldaşım mənə dedi ki, seyf çox köhnədir, paslıdır, seyfi qarderob otağından çıxarım. Düşündüm ki, yeni seyf alaram, ona görə də köhnə seyfi qarderob otağından çıxardaraq atdım. Silahları isə qarderob otağında gözlə görünməyən yerdə, ayaqqabı qutularının arxasında gizlətdim. Oğlum Əlinin silaha heç vaxt meyli yox idi. Əli ailəmizdə olan xeyir işə baş qarışdığından qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub”. 

Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs, “İdrak” liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş Əlinin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib:

“Əlidən bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti isə ümumiyyətlə gözləməzdim. Hadisə anidən baş verib, həmin an Əlini ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Uşaqlardan “Əli elədi” dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb”.

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.

Əli isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb:

“Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar. Mən də silahı götürərək silahın şəklini və videolarını çəkib sinif yoldaşlarıma göndərdim. Sinif yoldaşlarım yenə mənə inanmadılar, elə bildilər ki, oyuncaq silahdır. Sonradan silahı aparıb yerinə qoymaq istəsəm də, qarderob otağının bağlı olduğunu gördüm. Ona görə də məcbur qalıb silahı öz atağıma apardım və fikirləşdim ki, silahı harda gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Fikriləşdim ki, qardaşı idmana gedəndə çantada silahı görüb bu barədə valideynlərinəə məlumat verər. Valideynləri də onu danlayıb, silahı ondan alıb yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı”. 

Əli Şirinov bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər:

“Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım lakin nə atam, nə də anam yuxudan durmadı. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım”.

Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən Əli, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi ifadələr işlətdiyini deyib. Əlinin sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.

Xatırladaq ki, insident bu il fevralın 6-da “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi olan Əli Şirinov atasına məxsus ov tüfəngi ilə müəllimi Şəhla Kamilovaya atəş açaraq, xəsarət yetirib. Nəticədə o saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı hazırda davam edir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Next: “Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

OXŞAR MÖVZULAR

dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
d7dfd17d297252fe6eba3398f501c3dd (1)
  • ARAŞDIRMA

“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

admin 28.07.2026
2bb478d4-b1b4-41a2-9f57-2009fd7f1b22
  • ARAŞDIRMA

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı – 200 minlik yeyinti

admin 28.07.2026

XƏBƏR LENTİ

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun...
DAVAMI Read more about Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ
Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO 1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. “Unikal“ın məlumatına görə, “Mercedes” markalı avtomobil traktorla toqquşub. Nəqliyyat vasitələrinə ziyan dəyib....
DAVAMI Read more about Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO
Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi 1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
Tovuz rayonunun Əlibəyli kəndində yaşayan şəhid Sərxan Həsənovun anası yenidən müraciət edib. Şəhid anası yayımladığı videomüraciətdə ailəsinin...
DAVAMI Read more about Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi
Sahibə Qafarova Efiopiyada səfərdədir 1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib. Bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat...
DAVAMI Read more about Sahibə Qafarova Efiopiyada səfərdədir
“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi d7dfd17d297252fe6eba3398f501c3dd (1)
  • ARAŞDIRMA

“Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

admin 28.07.2026
Son 2 gündə vətəndaşların dini hisslərini təhqir etdiyinə görə 2 tiktoker həbs olunub: “Çevik” ləqəbi ilə tanınan...
DAVAMI Read more about “Təəssüf ki, belə davranış bəzən insanlara məşhurluq qazandırır” – 2 tiktokerin həbsi

Bütün yazılar

dc7141774507e5f071fdf735d870759b
  • ARAŞDIRMA

Hakimiyyətin zirvəsindən həbsxanaya – Ceyhun Cəfərovun DOSYESİ

admin 28.07.2026
1785243904_40ed93aa-b25f-47f4-9b43-dd83c931046f
  • HADİSƏ
  • VİDEO

Kürdəmirdə “Mercedes” traktorla toqquşdu – VİDEO

admin 28.07.2026
1785237428_sehid_anasi_muraciet
  • CƏMİYYƏT

Tovuz icra başçısı şəhid anasına “Biz sizə ev verən deyilik” cavabını verib – Şəhid anası müraciət etdi

admin 28.07.2026
1785241705_screenshot_20260728_161449_com_android_chrome_chrometabbedactivity
  • SİYASƏT

Sahibə Qafarova Efiopiyada səfərdədir

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.