Skip to content
28.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Şapka Mamed”in ətrafında çəmbər daralır – 100 milyonluq kredit maxinasiyası
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Şapka Mamed”in ətrafında çəmbər daralır – 100 milyonluq kredit maxinasiyası

admin 28.07.2026
1785219047_screenshot-2026-07-28-100955

Azərbaycanın bank-maliyyə və sahibkarlıq sektorunda uzun illər əsas söz sahiblərindən biri olmuş, ictimaiyyətdə daha çox “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin ətrafında qalmaqal daha da dərinləşir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi son əməliyyat dövlətə məxsus “Aqrarkredit” QSC BOKT-un keçmiş rəhbərinin cinayət təqibi ilə üz-üzə qaldığını açıq müstəviyə çıxardı.

Məmməd Musayevin dövründə “Aqrarkredit”də baş verən qanunsuzluqlar yalnız bir istiqamətlə məhdudlaşmır. Onun rəhbərlik etdiyi dönəmin maliyyə maxinasiyaları artıq digər dövlət və özəl qurumlardakı əlaqələri ilə birgə araşdırılır.

Məmməd Musayev bir iş üzrə deyil, bir neçə epizod və müxtəlif qurumlardakı qanunsuz əməlləri üzrə cinayət məsuliyyətinə cəlb olunacağı istisna edilmir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində kənd təsərrüfatına dəstək adı altında dövlət vəsaitlərini mənimsəyən mütəşəkkil dəstə ifşa olunub. Həbs edilənlər arasında Məmməd Musayevin birbaşa qohumları və idarəçilikdəki yaxın adamları yer alır.

Bilinən odur ki, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev Məmməd Musayevin qardaşı oğludur. “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov isə Məmməd Musayevin Azərbaycan Sahibkarlar Konfederasiyasındakı müavini, Fuad Süleymanov “Şurabad quşçuluq” MMC-nin direktoru, Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov qanunsuz sxemdə iştirak edən şəxslərdir.

İlkin ittihama görə, sözügedən şəxslər regionlarda kənd təsərrüfatının inkişafı və güzəştli maliyyələşmə adı altında “Aqrarkredit” QSC-dən 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırmalar nəticəsində bəlli olub ki, həmin nəhəng vəsait aqrar sektora deyil, şəxsi ehtiyaclara və mütəşəkkil qrupun biznes maraqlarına sərf olunub. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət təqibində əsas diqqət Məmməd Musayevə yönəlib. İstintaq materiallarına əsasən, həbs edilənlər bu cinayətləri məhz Məmməd Musayevin bilavasitə göstərişi və rəhbərliyi ilə törədiblər.

Media araşdırmalarında xüsusi yer tutan digər böyük maxinasiya isə 2014-cü ildəki “Beynəlxalq Bank” qalmaqalından sonra müflis olan “Azərinşaatservis” MMC-nin əmlaklarının mənimsənilməsi ilə bağlıdır. Müflisləşmədən sonra “Azərinşaatservis”in bütün texnikaları, avadanlıqları və torpaq sahələri “Aqrarkredit” BOKT-un idarəçiliyinə verilmişdi. Məqsəd bu əmlakları hərrac yolu ilə satıb, quruma borcu olan 49 fiziki və hüquqi şəxsin (tələbkarın) pulunu ödənilmək idi.

Lakin media araşdırmaları bu prosesin arxasında şəbəkələşmiş bir qrupun durduğunu ortaya çıxarıb.

Məlum olur ki, sxemin başında Məmməd Musayevlə yanaşı, vaxtilə “Azərsu”da müavin postunu tutmuş Arzuman Abbasov dayanıb. Haqqin.az saytının məlumatına görə, proseslərin qanun çərçivəsinə salınmasını “Aqrarkredit”in hüquq şöbəsinin müdiri Vilayət adlı şəxs təşkil edib. Qanunsuz əməliyyatlardan gələn maliyyə axınını və bölüşdürülməni isə Arzuman Abbasovun yaxın adamı və “qara kassası” kimi tanınan Nazim adlı şəxs idarə edib. Zərərçəkənlərin iddialarına görə, bu şəbəkəyə Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vilayət Məmmədov, Binəqədi İcra Şöbəsinin rəisi Fuad Nəbiyev və icra məmuru Asəm Əhmədov da köməklik göstəriblər.

Bu maxinasiyanın pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsi ətrafında yaşanıb. Real bazar dəyəri 30-35 milyon manat olan bu ərazi 49 payçının, o cümlədən xeyrinə 3.8 milyon manatlıq məhkəmə qətnaməsi olan “SİRR-M” MMC-nin borclarının ödənilməsinə yönəldilməli idi. Lakin proseslərdə dəfələrlə qanun pozuntularına yol verilib. Bazar dəyəri 30 milyon manatdan çox olan torpaq sahəsinə əvvəlcə Binəqədi İcra Şöbəsi tərəfindən 13 milyon manat qiymət qoyulub, etirazlardan sonra bu rəqəm müəmmalı şəkildə 25 milyon manata qaldırılıb. “Kəngərli” MMC və digər tələbkarların şikayəti ilə Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi icra məmurunun və “Aqrarkredit”in bu hərəkətlərini qanunsuz hesab edib. Məhkəmənin qadağalarına və 18 mart 2026-cı ildə icra məmurunun sifarişi geri çəkməsinə baxmayaraq, cəmi 4 gün sonra – 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in təşkilatçılığı ilə gizli hərrac keçirilib. 8 aprel 2026-cı il tarixli hərrac protokoluna əsasən, “Aqrarkredit” əldə olunan vəsaitdən 1.6 milyon manatı icra xidməti haqqı, 863 min manatı isə icra şöbəsinin ödənişi kimi silib. Lakin torpağın hansı qiymətə satıldığı gizlədilib və 49 payçıya tək bir qəpik də ödənilməyib.

Bir bu epizod üzrə Məmməd Musayevin rəhbərliyi ilə 30 milyon manatlıq torpaq sahəsi “buxarlanıb”, 49 payçı “quru yerdə” qalıb.

Məmməd Musayev “Aqrarkredit”-ə rəhbərlik etdiyi müddətdə bu şəkildə neçə torpağı, əmlakı, mal-mülkü payi-mal edib?

Bunu bir özü bilir, bir də onunla bu işlərdə əli olanlar. İndiki halda isə Məmməd Musayev və ətrafı bildiklərini – illər ərzində törətdikləri maxinasiyaları bir-bir açıb deməlidirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində proses başlayıb və görünən odur ki, nə Məmməd Musayevin, nə də onunla əlbir olub iş görənlərin başında “şapka” qalmayacaq.

2001-ci ildən 2025-ci ilə qədər 24 il boyunca “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri olan, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi fəaliyyət göstərən Məmməd Musayev maliyyə naziri Sahil Babayevin sədrliyi ilə ötən il keçirilən növbədənkənar iclasdan sonra postundan uzaqlaşdırılmışdı.

O zaman bu addım adi kadr dəyişikliyi kimi qələmə verilsə də, bu gün ortaya çıxan mənzərə tamamilə fərqli reallığı göstərir. Dövlətin milyardlarla manatlıq resursunu idarə edən BOKT-un daxilində yaradılmış bu kölgə şəbəkəsinin fəaliyyəti indi bütün incəlikləri ilə araşdırılır.

Mediaya sızan məlumatlar onu göstərir ki, Məmməd Musayevin məsələsi yalnız “Aqrarkredit”lə bitməyəcək. Onun rəhbərlik etdiyi digər təşkilatlardakı maliyyə axınları, müflisləşən əmlakların satışı və dövlət subsidiyalarının mənimsənilməsi epizodları üzrə də araşdırmalar genişləndirilir. Yaxın günlərdə “Şapka Mamed”in rəsmi olaraq həbs olunması və ona qarşı bir neçə ağır maddə üzrə ittihamların irəli sürülməsi istisna deyil.

İddialara görə, həbs olunan şəxslər Məmməd Musayevlə birlikdə xüsusilə külli miqdarda dələduzluq cinayətinin törədilməsində iştirak ediblər. M.Musayev uzun illərdir bank sektorunda tanınan fiqurlardan biri olmaqla yanaşı, müxtəlif media orqanlarında “Turanbank”ın faktiki sahibi kimi təqdim olunur. Bu rezonans doğuran cinayət işi ilə bağlı hüquqşünas Əkrəm Həsənov da sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O, Məmməd Musayevin uzun illər Azərbaycan Mərkəzi Bankının sədri olmuş Elman Rüstəmovla yaxın münasibətlərinə diqqət çəkərək bildirib ki, bank sektorunda əsas təsir sahibi məhz bu iki şəxs olub.

Əkrəm Həsənov yazır ki, illərdir Məmməd Musayevin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib və onun həm dövlətə məxsus “Aqrarkredit”ə rəhbərlik etdiyini, həm də Azərbaycan Sahibkarlar Konfederasiyasına başçılıq etdiyini xatırladıb. Hüquqşünasın sözlərinə görə, mətbuatda dəfələrlə Musayevin “Turanbank”ın faktiki sahibi olması barədə məlumatlar yayılsa da, bunlar indiyədək təkzib edilməyib.

Əkrəm Həsənov daha sonra hazırda müdafiəsini həyata keçirdiyi bir əmanətçi ilə bağlı məhkəmə çəkişməsinə toxunub. Onun iddiasına görə, “Turanbank” müştərinin əmanətini qaytardığını bəyan etsə də, bunu təsdiqləyən hər hansı sənəd təqdim edə bilmir.

“Belə də bank olar? Son illər bank sisteminin və əmanətlərin etibarlılığına bu bank qədər zərər vuran olmayıb”, – deyə hüquqşünas qeyd edib.

O, həmçinin hüquq-mühafizə orqanlarını “Turanbank”da da genişmiqyaslı yoxlamalar aparmağa çağıraraq bildirib ki, əmanətin qaytarıldığını sübut edə bilməyən bankda daha ciddi qanun pozuntularının olması ehtimalı istisna deyil. Əkrəm Həsənov “Aqrarkredit”lə “Turanbank” arasında mümkün əlaqələrin də araşdırılmasının vacibliyini vurğulayıb və bu prosesdə ekspert kimi ödənişsiz dəstək verməyə hazır olduğunu açıqlayıb.(Musavat.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Effekt-İnşaat” MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
Next: Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

OXŞAR MÖVZULAR

Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
1785223375_whatsapp-mage-2026-07-28-at-10_58_00
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

admin 28.07.2026

XƏBƏR LENTİ

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə hörmət Azərbaycan cəmiyyətinin dəyişməz dəyəridir. Bu hörmət təkcə tədbirlərlə və rəsmi...
DAVAMI Read more about Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.   Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci...
DAVAMI Read more about Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi
Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı 1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
Bu günlərdə sosial şəbəkələrdə və mediada təhsil sistemi üçün üz qarası olan məlumata rast gəldik. Sən demə...
DAVAMI Read more about Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı
Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı 1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. “32gun.az” xəbər verir...
DAVAMI Read more about Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı
Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib 1785216156_screenshot-2026-07-28-092010
  • DÜNYA

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

admin 28.07.2026
 Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib. Bu...
DAVAMI Read more about Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bütün yazılar

Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.