Skip to content
28.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
  • CƏMİYYƏT

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

admin 28.07.2026
1785159865_1
Mediatvaz.com-un elektron poçtuna Dövlət İmtahan Mərkəzi (DİM)-də keçirilən imtahanla bağlı şikayət məktubu daxil olub.Şikayətçi yazır:Məlum olduğu kimi, iyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilib. Lakin bu imtahan həm abituriyentlər, həm də müəllim-valideyn kontingenti tərəfindən “sənət qətliamı” kimi yadda qalıb. Buna səbəb imtahan suallarının son dərəcə ağır olması, eləcə də məntiqdənkənar tərtibi nəticəsində abituryentlərin imtahandan kütləvi şəkildə kəsilməsidir.26 iyun tarixində keçirilən imtahana salınan suallarla bağlı ən böyük çoxsaylı narazılıqlar var ki, bunlardan da biri imtahana Azərbaycanın musiqi nəhəngləri ilə bağlı çox az sualın salınması, əksər sualların xarici bəstəkar və musiqiçilərlə bağlı olmasıdır. Nə qədər qəribə və məntiqdənkənar olsa da, DİM dünənki imtahanda Azərbaycanın musiqi tarixinə, musiqi karifeylərinə nəzər salmağa lüzum görməyib. Bunun əvəzinə, abituriyentləri əcnəbi musiqiçilərlə bağlı çoxsaylı suallarla sınağa çəkib ki, bu sualların əksəriyyəti olduqca mürəkkəb, ən hazırlıqlı abituriyentin belə səviyyəsini aşacaq dərəcədə çətin olub. Təkcə bir faktı qeyd edək ki, 20-ə yaxın sual əcnəbi bəstəkarların əsərləri ilə bağlı dinləmələrdən ibarət olub. Bu dinləmələr isə həmin bəstəkarların o qədər də məşhur olmayan əsərlərindən – müxtəlif pərdə və hissələrdən salınıb. Nəticədə, abituriyentlərin böyük əksəriyyəti imtahandan kəsilib, müəllim və valideylər məyus olub.
Bəzi valideynlər hesab edir ki, DİM-in imtahan suallarını bu qədər ağır təşkil etməsi, sualların əksəriyyətinin xarici musiqiçilərlə bağlı olması bu qurumun milli musiqiyə, eləcə də milli musiqinin inkişfını hər zaman diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev və Mehriban xanım Əliyevanın siyasətinə ziddir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman milli musiqinin inkişafını diqqət mərkəzində saxlayıb, muğamlarımızın beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm layihələrə imza atıb. Prezident İlham Əliyev də daim milliliyə böyük önəm verib ki, bütün sahə və müstəvilərdə bu faktora sadiqliyin vacibliyini vurğulayıb.
DİM qabiliyət imtahanında 10 bal alan gənc istedadları da “ağlar qoydu”
26 iyul tarixli imtahanla bağlı müşahidə edilən eybəcərliklərdən biri də DİM-in qabiliyyət imtahanında maksimum qiymət – 9-10 bal alan gənc istedadları da “ağlar qoyması”, onların ali təhsil arzularına divan tutmasıdır. Halbuki, bu cür gənclərin universitet təhsili alması musiqi sənətimizin inkişafı, elmi biliklərə yiyələnən savadlı musiqiçilərin yetişdirilməsi baxımından həyati əhəmiyyətə malikdir. Lakin görünən odur ki, Azərbaycan musiqisinin gələcəyi DİM üçün elə də maraq kəsb etmir. Əgər belə olmasaydı, DİM bu cür gəncləri ağır nəzəri suallarala “bədbəxt” edib onların universitetə gedən yollarını bağlamazdı.
Məlumat üçün qeyd edək ki, artıq onların bir çoxu indidən milli musiqi sənətimiz üçün itiriliş hesab edilə bilər. Çünki universitetə daxil ola bilməyən bu gənclərin bir qismi həqiqi hərbi xidmətə yolda düşəcək ki, il yarımdan sonra onların yenidən özlərində güc taparaq təkrar DİM-ə etimad göstərəcəkləri inandırıcı görünmür.
Qabiliyyətdən yüksək bal alanlar nəzər alınsın, gərəkirsə, keçid balı aşağı salınsın…
DİM-in 26 iyul imtahanı valideynlərlə yanaşı, plan yerləri boş qalan universitetləri də narazı salıb. Buna görə də həm valideynlər, həm də müəllimlər hesab edir ki, DİM ən azından qabiliyyət imtahanında yüksək nəticə göstərən abituriyentlərlə bağlı məsələnə nəzərə almalı, lazım gələrsə bütövlükdə keçid balını aşağı salmalıdır. Əks təqdirdə, universitetlər tələbəsiz, minlərlə vətəndaş isə narazı qalacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Next: Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? – İLGİNC FAKT

OXŞAR MÖVZULAR

1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
1785220346_1765994270_1765993754_trend_layihe-smeta_senedi
  • CƏMİYYƏT

“Effekt-İnşaat” MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR

admin 28.07.2026
1785163805_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO

admin 28.07.2026

XƏBƏR LENTİ

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə hörmət Azərbaycan cəmiyyətinin dəyişməz dəyəridir. Bu hörmət təkcə tədbirlərlə və rəsmi...
DAVAMI Read more about Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.   Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci...
DAVAMI Read more about Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi
Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı 1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
Bu günlərdə sosial şəbəkələrdə və mediada təhsil sistemi üçün üz qarası olan məlumata rast gəldik. Sən demə...
DAVAMI Read more about Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı
Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı 1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. “32gun.az” xəbər verir...
DAVAMI Read more about Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı
Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib 1785216156_screenshot-2026-07-28-092010
  • DÜNYA

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

admin 28.07.2026
 Böyük Britaniyada milyonçuların sayı ən azı 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib. Bu...
DAVAMI Read more about Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bütün yazılar

Sehid ve receb_cin
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • VİDEO

Rəcəb Babaşovun şəhid övladını “yalançı” adlandırması dövlətə xidmət deyil – VİDEO

admin 28.07.2026
azerbaycan_neft
  • İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı endi

admin 28.07.2026
1785208231_fb_mg_1785190442185
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şagirdlərin sinifdə saxlanılması – məktəb direktorlarının qara bazarı

admin 28.07.2026
1781770265anar2_1776857649_1785219860
  • CƏMİYYƏT

Anar Bayramov hərbi xidmətə çağırış üzrə komissiyadan çıxarıldı

admin 28.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.