Skip to content
27.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mingəçevirdə yeni su “XOZEYİN”i peyda olub… Özüdə dayısı lap yuxarıdadır… İTTİHAM
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Mingəçevirdə yeni su “XOZEYİN”i peyda olub… Özüdə dayısı lap yuxarıdadır… İTTİHAM

admin 27.07.2026
Screenshot

Screenshot

Mingəçevir şəhərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir Su Kanal İdarəsinin rəisi Elmar Əhmədovun fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir.
Denmedia.az-a daxil olan məlumatlarda bildirilir ki, Elmar Əhmədov bir müddət əvvəl ADSEA-nın aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə sözügedən vəzifəyə təyin olunub.
Gələn əsas məsələyə. İddialara görə, Elmar Əhmədov uzun illər nəqliyyat sektorunda, avtobus parkları və qarajların fəaliyyətinə nəzarət edən vəzifələrdə çalışıb. Onun su təsərrüfatı sahəsində təcrübəsinin olmamasına baxmayaraq, strateji əhəmiyyət daşıyan su idarəsinə rəhbər təyin edilməsi yerli sakinlər arasında da suallar doğurub.
Məlumatlarda bildirilir ki, vəzifəyə başladıqdan sonra ilk qərarlarından biri Bağlar massivində yerləşən yaşayış evlərinin, eləcə də məcburi köçkünlərin təhsil aldığı məktəblərin su təchizatını dayandırmaq olub. Bu fakt məktəblərdən də təsdiq edilib. Bu addımın yüzlərlə sakinin narazılığına səbəb olduğu iddia edilir.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən ADSEA-ya müraciətlər ünvanlansa da, onların şikayətləri nəticəsiz qalıb. Onlar hesab edirlər ki, rəhbərə göstərilən himayədarlıq səbəbindən bu müraciətlər araşdırılmır.
Daxil olan digər iddialarda isə qeyd olunur ki, Elmar Əhmədov qəbuluna gələn bəzi vətəndaşları dinləməkdən imtina edir və onları qəbul etməyərək geri qaytarır. O, narazı vətəndaşlara “Məni bura Fuad müəllimin xeyir duası ilə Tahir müəllim təyin edən edib, siz mənə heç nə edə bilməzsiniz” məzmunlu ifadələr işlədib.
Qeyd edək ki, yuxarıda sadalanan bütün məqamlar iddia xarakteri daşıyır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Əgər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Mingəçevir Su Kanal İdarəsi , Elmar Əhmədov barəsində səsləndirilən iddialarla bağlı münasibət bildirmək istəsə, həmin açıqlamanı dərc edəcəyik.
Qeyd edək ki, Su təchizatı insanların ən fundamental hüquqlarından biridir. Bu sahədə rəhbər vəzifə tutan şəxslərin fəaliyyəti şəffaf, qanunauyğun və vətəndaş məmnuniyyətinə əsaslanmalıdır. Səsləndirilən iddiaların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılması həm ictimai etimadın qorunması, həm də vətəndaşların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, mediada ADSEA “qudalar agentliyi” kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.
Nizami Rəsulov
Denmedia.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
Next: Jurnalist V. Volodinin milyardlarla ölçülən sərvətinin sirrini açır VİDEO

OXŞAR MÖVZULAR

1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
1785136106_1
  • GÜNDƏM

Jurnalist V. Volodinin milyardlarla ölçülən sərvətinin sirrini açır VİDEO

admin 27.07.2026

XƏBƏR LENTİ

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edib. “Qafqazinfo”nun xəbərinə görə, Tovuz sakini...
DAVAMI Read more about Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video
Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi 1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) texniki direktoru Rəşad Göyüşov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata...
DAVAMI Read more about Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi
UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub 1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
 İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. “Rostov limanı”...
DAVAMI Read more about UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: 1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: “Dövlət bağçalarında kamera qoyulması lazım deyil, valideyn nəzarətinə qarşıyam. Çünki uşaqlar...
DAVAMI Read more about Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi 1785144074_screenshot-2026-07-27-131602
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

admin 27.07.2026
Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil,...
DAVAMI Read more about Direktor hegamoniyası davam edir – Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi

Bütün yazılar

mudir_doyen
  • CƏMİYYƏT
  • VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – Video

admin 27.07.2026
1785140392479-jsnx876exwc
  • ÖLKƏ

Əfqan Cəlilov direktoru vəzifəsindən azad etdi

admin 27.07.2026
1785138370_screenshot-2026-07-27-114418
  • DÜNYA

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

admin 27.07.2026
1785141824_screenshot-2026-07-27-124208
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:

admin 27.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.