Skip to content
15.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Kristal” şefi Mahayət Nəbiyevdən acı etiraf – İnsanların ev almağa pulu yoxdur
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Kristal” şefi Mahayət Nəbiyevdən acı etiraf – İnsanların ev almağa pulu yoxdur

admin 15.07.2026
1784097236_screenshot-2026-07-15-103222

“Kristal” tikinti şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev bildirib ki, tikinti xərclərinin artması səbəbindən şirkət mənzil qiymətlərini aşağı salmağı planlaşdırmır. Onun sözlərinə görə, tikintinin maya dəyəri yüksəldiyi üçün mənzillərin ucuz qiymətə satılması mümkün deyil və bu, layihələrin dayanmasına gətirib çıxara bilər.

Bizimesr.com bildirir ki, şirkət rəhbəri eyni zamanda etiraf edib ki, əhalinin mənzil almağa marağı yüksək olsa da, bahalaşma və bank kreditləri üzrə yüksək faizlər səbəbindən insanların real alıcılıq qabiliyyəti zəifləyib. Başqa sözlə, bazarda tələb qalır, lakin əksər vətəndaşların bu tələbi ödəyəcək maliyyə imkanı yoxdur.

Məhayət Nəbiyevin açıqladığı qiymətlər də bunu təsdiqləyir. Onun sözlərinə görə, “Park Yasamal” layihəsində tam təmirli mənzillərin bir kvadratmetri 2200–2400 manat, “City Garden” layihəsində isə 3000–3200 manat arasında dəyişir. Bu isə o deməkdir ki, üçotaqlı mənzilin qiyməti təxminən 150 min manatdan başlayır.

Lakin bu rəqəmlər Azərbaycandakı əhalinin gəlirləri ilə müqayisədə ciddi uyğunsuzluq yaradır. Orta aylıq gəliri 700–800 manat olan ailənin 150 min manatlıq mənzil alması faktiki olaraq mümkün görünmür. Hətta ipoteka krediti əldə edilsə belə, tələb olunan ilkin ödəniş on minlərlə manat təşkil edir, aylıq kredit ödənişləri isə bir çox ailənin büdcəsini üstələyir.

Bu şəraitdə mənzil bazarı getdikcə daha çox yüksək gəlirli şəxslər və investisiya məqsədilə mənzil alanlar üçün əlçatan olur. Orta gəlirli ailələr isə hər il bahalaşan qiymətlər fonunda ev sahibi olmaq imkanını daha da itirirlər.

Bununla yanaşı, bazarda diqqət çəkən bir məqam da var. Tikinti materiallarının qiymətində sabitlik və ya ucuzlaşma müşahidə olunan dövrlərdə mənzil qiymətləri demək olar ki, geriləmir. Bu isə qiymətlərin formalaşması mexanizmi ilə bağlı suallar yaradır.

Nəticədə ortaya paradoksal vəziyyət çıxır  –  tikinti şirkətləri satışa çıxardıqları mənzillərə tələbatın yüksək olduğunu bildirirlər, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin azaldığını etiraf edirlər. Bu isə onu göstərir ki, Azərbaycanda mənzil bazarının əsas problemi təkcə tikinti xərclərinin artması deyil, həm də mənzil qiymətləri ilə vətəndaşların gəlirləri arasındakı uçurumun ildən-ilə daha da dərinləşməsidir.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Next: Mustafa Tayatın yarım milyondan çox borcu yarandı – Səbəb nədir?

OXŞAR MÖVZULAR

1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
1784100723_screenshot-2026-07-15-113137
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026

XƏBƏR LENTİ

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət 1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
Keçmiş məhkəmə hakimi Lətif Nəbiyevlə bağlı Musavat.com-un redaksiyasına şikayət daxil olub. Şikayətçi Azad İbrahimovun sözlərinə görə, o,...
DAVAMI Read more about 214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? 1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
Azərbaycan Dəmir Yolları may ayından etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının hərəkətini istifadəyə verib. Tribuna.az xəbər verir...
DAVAMI Read more about ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?
ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB) 1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
Respublika Diaqnostika Mərkəzində (RDM) aparılan yoxlamalar zamanı olduqca təhlükəli hesab edilən “stafilokok” infeksiyasının aşkarlandığı iddia edilir. 32gun.az...
DAVAMI Read more about ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)
Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir 1784100723_screenshot-2026-07-15-113137
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026
Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunda yolların əsaslı təmiri işləri üzrə 21.05.2026-cı ildə başladılmış açıq tenderə...
DAVAMI Read more about Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir
Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO 9549af3cd8021045d724d2cb52fd99eb
  • HADİSƏ
  • VİDEO

Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO

admin 15.07.2026
 Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə...
DAVAMI Read more about Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO

Bütün yazılar

1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
1784100723_screenshot-2026-07-15-113137
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.