Skip to content
15.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026
1784100723_screenshot-2026-07-15-113137

Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunda yolların əsaslı təmiri işləri üzrə 21.05.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZƏRTRANSS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 639.044,08 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.07.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “AZƏRTRANSS” MMC Qazax şəhərinin Fərrux Qayıbov, Babək, Ş.İ.Xətai, Amid Məmmədov, Həzi Aslanov, Mircəlal Paşayev, Süleyman Rüstəm,Ələddin Qədirov küçələrində yolların əsaslı təmiri işlərini aparmalıdır.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyəti 18.12.2025-ci ildə də Qazax şəhəri Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işləri üzrə “AZƏRTRANSS” MMC ilə 848.380,34 manat dəyərində satınalma müqaviləsi bağlamışdır.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti son 7 ayda “AZƏRTRANSS” MMC ilə yolların əsaslı təmiri və abadlıq işləri üzrə ümumi dəyəri 1 487 424 manat dəyərində iki müqavilə bağlayıb.

Bundan əlavə Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi də “AZƏRTRANSS” MMC ilə Qazax şəhərində aparılacaq “Abadlıq” işləri üzrə 246.157,18 manat məbləğində satınalma müqaviləsini 17.12.2025-ci ildə bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Qazax rayon İcra Hakimiyyəti 11.08.2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işləri üzrə “AZƏRTRANSS” MMC ilə 674.949,05 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti və Qazax şəhər İcra nümayəndəliyi Qazax şəhərində yolların əsaslı təmiri və abadlıq işləri üzrə son bir il  ərzində “AZƏRTRANSS” MMC ilə ümumi dəyəri 2 408 510 manat olan 4 satınalma müqaviləsi bağlayıb. 28.12.2024-cü ildə tərəflər arasında  təmir işlərinin satın alınması üzrə 511.913,77 manat dəyərində bağlanmış müqaviləni də üstünə gəlsək bu 3 milyon manata yaxın dövlət vəsaiti edir.

İndi gəlin görək Qazax rayon İcra Hakimiyyətinin son illər işbirliyində olduğu “AZƏRTRANSS” MMC barəsində açıq mənbələrdə nə kimi məlumatlar var.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 03.06.2016-cı ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə və dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üzrə lisenziya aldığı göstərilir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTRANSS” (VÖEN: 4200338081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər  İdarəsində 17.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı QAZAX RAYONU, QAZAX ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev.58/5, qanuni təmsilçisinin isə Qasımov Adil Məmməd oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, “AZƏRTRANSS”  MMC respublikamızın qərb bölgəsində xüsusilə tanınır. Şirkətin NK-nin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən peşəkarlıq və təcrübəyə aid sənədləri olsa da əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi meyarı üzrə tələblərə cavab vermir. Çünki, şirkət daha çox yerlərədə günəmuzd fəhlələrdən, icarəyə götürülən texnikalardan istifadə edir ki, bu da ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsinə yol açır.

Əldə etdiyimiz məlumatlara görə şirkətin qanuni təmsilçisi Adil Qasımov “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayevin yaxın dostudur. Elə Məmməd Musayevin rəhbərlik etdiyi təşkilatın Ucar, Şəki, fililalarının təmirini də məhz “AZƏRTRANSS” MMC aparıb.

Bundan əlavə “AZƏRTRANSS” MMC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” və bir neçə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarələri ilə iri məbləğli müqavilələr bağlamışdır. Təbii ki, bu da Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sayəsində.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O,  Prezidentin 19 may 2016-cı il tarixli Sərəncamı ilə təyin edilib. Məlumatlara görə elə Rəcəb Babaşovun da himayədarı Məmməd Musayevdi. Yoxsa, barəsində hər cür neqatib məlumatlar yayılmasına baxmayaraq 10 idir ki, Qazax kimi rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsində otura bilməzdi.

Xatırladaq ki, Rəcəb Babaşov oğlu Elşən Babaşzadənin avtomoobil kolleksiyası ilə tez-tez medianın gündəminə gəlir. Belə ki, Qazax rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO
Next: ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

OXŞAR MÖVZULAR

1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
1784095156_screenshot-2026-07-15-095850
  • CƏMİYYƏT
  • ÖLKƏ

Mustafa Tayatın yarım milyondan çox borcu yarandı – Səbəb nədir?

admin 15.07.2026

XƏBƏR LENTİ

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət 1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
Keçmiş məhkəmə hakimi Lətif Nəbiyevlə bağlı Musavat.com-un redaksiyasına şikayət daxil olub. Şikayətçi Azad İbrahimovun sözlərinə görə, o,...
DAVAMI Read more about 214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub? 1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
Azərbaycan Dəmir Yolları may ayından etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarının hərəkətini istifadəyə verib. Tribuna.az xəbər verir...
DAVAMI Read more about ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?
ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB) 1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
Respublika Diaqnostika Mərkəzində (RDM) aparılan yoxlamalar zamanı olduqca təhlükəli hesab edilən “stafilokok” infeksiyasının aşkarlandığı iddia edilir. 32gun.az...
DAVAMI Read more about ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)
Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir 1784100723_screenshot-2026-07-15-113137
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026
Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunda yolların əsaslı təmiri işləri üzrə 21.05.2026-cı ildə başladılmış açıq tenderə...
DAVAMI Read more about Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir
Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO 9549af3cd8021045d724d2cb52fd99eb
  • HADİSƏ
  • VİDEO

Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO

admin 15.07.2026
 Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verib. Bu barədə Fövqəladə...
DAVAMI Read more about Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı – VİDEO

Bütün yazılar

1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
1784035958_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

ADY ucuz bilet satan “Rome2rio” şirkətinə niyə qadağa qoyub?

admin 15.07.2026
1784052085_1
  • CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

admin 15.07.2026
1784100723_screenshot-2026-07-15-113137
  • CƏMİYYƏT

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir

admin 15.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.