Çexiya öz hava hücumundan müdafiə (HHM) imkanlarını gücləndirmək məqsədilə İsraillə yeni müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparır.
O, bu əməkdaşlığı iki ölkə arasında strateji müdafiə tərəfdaşlığının davamı kimi qiymətləndirib.
Xatırladaq ki, Çexiya hərbi arsenalında olan köhnə sovet istehsalı HHM sistemlərini mərhələli şəkildə müasir standartlara uyğunlaşdırır. Bu proses çərçivəsində Praqa İsrailin istehsalı olan “SHORAD” zenit-raket komplekslərinə keçid edir.
Bundan əlavə, Çexiya hazırda öz hava məkanına nəzarəti İsrailin mobil 3D “MADR” radar kompleksləri vasitəsilə həyata keçirir.
PAYLAŞIN:
