Skip to content
14.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO

admin 14.07.2026
1784009005_1
Goranboy rayon sakini Yadıgar Sərdarlı müraciət edərək Kəpəz Hospital barədə ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, oğlunun əməliyyatı üçün müraciət etdiyi klinikada yaşananlar təkcə maddi zərər deyil, həm də özəl tibb müəssisələrində nəzarət mexanizmlərinin necə işlədiyi ilə bağlı ciddi suallar yaradır. Yadıgar Sərdarlı bildirir ki, oğlunun əməliyyatı ilə bağlı hospitala müraciət etdikdən sonra onu Anar adlı şəxsə yönləndiriblər. Daha sonra həmin şəxslə birlikdə həkimin otağına daxil olub. Vətəndaşın iddiasına görə, Anar əməliyyatın qiymətinin 2500 manat olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, ilkin olaraq klinikanın kassasına 2200 manat ödəniş edib və bu ödənişi təsdiq edən çek hazırda da əlindədir. O iddia edir ki, söhbət cəmi yarım saat davam edən, xalq arasında “tük batması” kimi tanınan cərrahi müdaxilədən gedirdi. Mediatvaz.com xəbər verir ki, hadisələr bundan sonra daha da müəmmalı xarakter alıb. Yadıgar Sərdarlının iddiasına görə, sonradan Ariz adlı həkim ona bildirib ki, pulu alan şəxs həm bir neçə vətəndaşın, həm də klinikanın pulunu götürərək yoxa çıxıb. Bundan sonra isə müxtəlif mənbələrdən öyrənib ki, həmin əməliyyatın real qiyməti cəmi 300-400 manat civarındadır. Şikayətçi bildirir ki, Ariz və Süleyman adlı həkimlər ona dəfələrlə “şikayət etmə, pulunu qəpiyinə qədər qaytaracağıq” vədi versələr də, uzun müddət keçməsinə baxmayaraq vəsaiti geri ala bilməyib. Əgər vətəndaşın səsləndirdiyi bu iddialar öz təsdiqini taparsa, burada çox ciddi suallar yaranır: Xəstəni niyə hospitalın rəsmi əməkdaşı olduğu aydın olmayan şəxsəistiqamətləndirilib? Əməliyyat qiymətini niyə həkim deyil, başqa bir şəxs müəyyən edib,Xəstədən alınan pullar hospitalın rəsmi kassasına daxil edilibmi,Əməliyyatın real qiyməti 300-400 manat olduğu halda, vətəndaşdan niyə 2500 manat tələb edilib? Bu iddialar təkcə bir vətəndaşın maddi zərəri məsələsi deyil. Söhbət insanların sağlamlığı və etibar etdiyi tibb müəssisələrində şəffaflığın təmin olunmasından gedir. Özəl klinikaların fəaliyyəti yalnız müasir avadanlıq və reklamla deyil, ilk növbədə qanunlara və etik prinsiplərə əməl etməklə qiymətləndirilməlidir.Redaksiya olaraq məsələ ilə bağlı Kəpəz Hospitalın rəhbərliyinin, adı hallandırılan şəxslərin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Mediatvaz.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
Next: Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub

OXŞAR MÖVZULAR

prezident_geni_trkibli_gr_(7)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

admin 14.07.2026
1784002869_2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

admin 14.07.2026
17840091473001920363
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub

admin 14.07.2026

XƏBƏR LENTİ

Layal Əl-İxtiyar: Keçən il Prezident İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə Şuşa Forumuna gəlmişəm livanli_jurnalist5
  • SİYASƏT

Layal Əl-İxtiyar: Keçən il Prezident İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə Şuşa Forumuna gəlmişəm

admin 14.07.2026
Bu forumda biz sülhü və xüsusilə media vasitəsilə sülhün necə təşviq olunmasını müzakirə edirik. Bunu Teleqraf-a açıqlamasında IV...
DAVAMI Read more about Layal Əl-İxtiyar: Keçən il Prezident İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə Şuşa Forumuna gəlmişəm
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub prezident_geni_trkibli_gr_(7)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

admin 14.07.2026
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü...
DAVAMI Read more about Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI 1784002869_2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

admin 14.07.2026
Elm və Təhsil Nazirliyinin (ETN) daxili nəzarət və audit şöbələrinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (RTİ) apardıqları yoxlamaların...
DAVAMI Read more about GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub 17840091473001920363
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub

admin 14.07.2026
İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya...
DAVAMI Read more about Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO 1784009005_1
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO

admin 14.07.2026
Goranboy rayon sakini Yadıgar Sərdarlı müraciət edərək Kəpəz Hospital barədə ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, oğlunun...
DAVAMI Read more about 2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO

Bütün yazılar

livanli_jurnalist5
  • SİYASƏT

Layal Əl-İxtiyar: Keçən il Prezident İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə Şuşa Forumuna gəlmişəm

admin 14.07.2026
prezident_geni_trkibli_gr_(7)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub

admin 14.07.2026
1784002869_2
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

GƏNCƏ TƏHSİLİNİN “KORRUPSİYA MEMARLIĞI”: ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

admin 14.07.2026
17840091473001920363
  • GÜNDƏM
  • SİYASƏT

Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub

admin 14.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.