Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR

admin 10.07.2026
1783655792_1

​Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində baş verən qanunsuzluq və özbaşınalıq iddialarının rezonansı günü-gündən artır. Baş verən hadisələr fonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri, eyni zamanda sertifikasiyada imtahan rəhbəri olan Fikrət Heybətov və bu işdə əlaqəli fəaliyyətdə olduğu iddia edilən bir neçə nəfər işdən azad edilsə də, narazılıq dalğası hələ də səngiməyib.

​“7Times.az”-ın əldə etdiyi məlumata görə, hazırda bu məsələ Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən araşdırılır.

Artıq müxtəlif faktlarla əlaqədar olaraq bir neçə şəxsin izahatının alındığı bildirilir.

​Bu barədə “7Times.az” olaraq 30 iyun tarixində təqdim etdiyimiz ilk video reportajdan sonra, məsələdə adı hallanan Quba rayonunun Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova, həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayeva, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayev idarə müdiri Coşqun Əliyev tərəfindən işdən azad edilib. Ondan bir neçə gün sonra isə idarənin inzibati sektorunun müdiri və imtahan rəhbəri Fikrət Heybətov da vəzifəsindən kənarlaşdırılıb.

​Araşdırmalarımız nəticəsində onlarla şəxsin bu imtahanlarda nəticələrinin öncədən razılaşdırılmış formada saxtalaşdırıldığı iddia olunur.

Belə şəxslərdən birinin də Quba rayonu Aşağı Xuc məktəbinin fiziki tərbiyə müəllimi Yunis Oruc oğlu Vəliyev olduğu bildirilir. O, imtahandan 42 bal toplayıb. İddialara əsasən, bu nəticə 5800 manat vəsait qarşılığında öncədən razılaşdırılıb və imtahan zamanı sualların bəzilərinin düzgün cavabları nəzarətçilər vasitəsilə ona ötürülüb. Faktla əlaqədar olaraq Yunis Vəliyev ilə əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a açıqlamasında iddiaların əsassız olduğunu və hətta bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə izahat verdiyini bildirdi.
​Qeyd edək ki, Yunis Vəliyev hazırda həmin məktəbin direktor səlahiyyətlərini icra edir.

​Sertifikasiya imtahanında nəticələrinin öncədən razılaşdırıldığı iddia edilən növbəti şəxs isə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor səlahiyyətlərini icra edən Xalidşah Qədəşovdur. Onun da imtahanda keçid balı ilə təmin edilməsinin eyni mexanizmlə baş tutduğu — yəni imtahanın gedişi zamanı bəzi sualların düzgün cavablarının nəzarətçilər tərəfindən ona ötürüldüyü iddia olunur.

​Xaçmazda keçirilən sertifikasiya imtahanlarının nəticələrinin saxtalaşdırılması prosesində adı ən çox hallanan şəxslərdən birinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Emin Əlyarov olduğu bildirilir. İddialara görə, o, imtahanların başlamasından bir müddət əvvəl məktəb direktorlarına müraciət edərək, bu imtahanda kim keçid balı və yaxud uğurlu nəticə (51 baldan yuxarı) istəyirsə, köməklik göstərə biləcəyini təklif edib.

​Məsələ ilə əlaqədar olaraq adı çəkilən Emin Əlyarovla əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a verdiyi açıqlamada bu iddiaların tamamilə əsassız olduğunu qeyd etdi.

​Əlimizdə rəsmi video-görüntü və ya birbaşa maddi sübutlar olmasa da, apardığımız araşdırmalara və əldə etdiyimiz məlumatlara əsasən, Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində onlarla şəxsin keçid balı və 51 baldan yuxarı uğurlu nəticə alması üçün imtahan gedişatına kənar müdaxilələrin edildiyi güman edilir.

Əldə etdiyimiz məlumatlara görə bu imtahanda adı siyahıda olmayan bir neçə şəxs imtahana nəzarətçi kimi salınıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək
Next: “Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” – “Bizim Ev” MTK sökə bilər…

OXŞAR MÖVZULAR

fJHUOhaMdOSTyUWAtcm3w0D02XB4iLK2FwddnVVO
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 10.07.2026
1783667032_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

 Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?

admin 10.07.2026
1783577350_screenshot-2026-07-09-100711
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

admin 09.07.2026

XƏBƏR LENTİ

Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR A7FnYJ0tobyGSvVq5RLNDa2kDM6INvD2lSPvXmpY_1200
  • VİDEO

Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR

admin 10.07.2026
Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayonun Pirşağı qəsəbəsindəki obyektlərdən birindən 1 800 manat...
DAVAMI Read more about Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR
Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video WhatsApp_Image_2026-07-10_at_12.14.29
  • VİDEO

Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video

admin 10.07.2026
Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Söztv.az Oxu.az-a istinadən xəbər verir ki,...
DAVAMI Read more about Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video
Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR fJHUOhaMdOSTyUWAtcm3w0D02XB4iLK2FwddnVVO
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 10.07.2026
2025-ci ildə “AzerGold” QSC-nin rəhbərliyinə ödənişlər ümumilikdə 3,96 milyon ABŞ dollarına çatıb. Plat.az xəbər verir ki, “AzerGold”...
DAVAMI Read more about Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR
 Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ? 1783667032_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

 Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?

admin 10.07.2026
Özünü “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri kimi təqdim edən Nazim Tahirovun və onun ortaqlarının qanunsuz əməlləri barədə...
DAVAMI Read more about  Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?
Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir 1783665589_tia_ff56a34886a27b6dfb25127f4419a9f8_4c3an9j80w1lkqphum2v
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir

admin 10.07.2026
İkinci qrup əlil olan Bakı şəhər sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir. Son illər...
DAVAMI Read more about Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir

Bütün yazılar

A7FnYJ0tobyGSvVq5RLNDa2kDM6INvD2lSPvXmpY_1200
  • VİDEO

Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR

admin 10.07.2026
WhatsApp_Image_2026-07-10_at_12.14.29
  • VİDEO

Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video

admin 10.07.2026
fJHUOhaMdOSTyUWAtcm3w0D02XB4iLK2FwddnVVO
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 10.07.2026
1783667032_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

 Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.