Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Zakir İbrahimov və komandası “AzerGold”dan nə qədər qazanır? – RƏQƏMLƏR

admin 10.07.2026
fJHUOhaMdOSTyUWAtcm3w0D02XB4iLK2FwddnVVO

2025-ci ildə “AzerGold” QSC-nin rəhbərliyinə ödənişlər ümumilikdə 3,96 milyon ABŞ dollarına çatıb.

Plat.az xəbər verir ki, “AzerGold” QSC-nin əsas idarəedici heyətinə ödənişlər ötən illə müqayisədə 30,6% və ya 927 min ABŞ dolları artıb.

Belə ki, 2024-cü ildə mədən şirkətinin rəhbərliyinə ödənilən vəsait 3,03 milyon ABŞ dolları təşkil edib.

Rəhbərliyə ödənilən vəsaitin 773 min ABŞ dolları əməkhaqlarının, 2,437 milyon ABŞ dolları qısamüddətli mükafatların, 747 min ABŞ dolları isə Dövlət Sosial Müdafiə Fonduna ayırmaların payına düşüb. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 693 min ABŞ dolları, 1,773 milyon ABŞ dolları və 564 min ABŞ dolları olub.

Şirkətin rəsmi strukturuna əsasən, əsas idarəedici heyət İdarə Heyətinin sədri, iki sədr müavini və 9 müşavirdən ibarətdir.

Beynəlxalq korporativ idarəetmə təcrübəsində rəhbər heyətin mükafatlandırılması vəzifə və məsuliyyət bölgüsünə uyğun diferensial qaydada həyata keçirilir. Bu yanaşmaya əsaslanan analitik hesablamaya görə, ümumi ödənişlərin təxminən 40%-i sədrə, 30%-i iki sədr müavininə, qalan 30%-i isə 9 müşavir arasında bölünə bilər.

Bu yanaşmaya əsasən, İdarə Heyətinin sədri Zakir İbrahimovun illik gəliri təxminən 1,58 milyon ABŞ dolları (aylıq 132 min ABŞ dolları), sədr müavinləri Xəyyam Fərzəliyev və İlqar Cəlilovun hər birinin illik gəliri təxminən 594 min ABŞ dolları (aylıq 49,5 min ABŞ dolları), hər bir müşavirin illik gəliri isə təxminən 132 min ABŞ dolları (aylıq 11 min ABŞ dolları) təşkil edə bilər.

Eyni yanaşma 2024-cü ilin göstəricilərinə tətbiq edildikdə, sədrin illik gəliri təxminən 1,21 milyon ABŞ dolları, hər sədr müavininin illik gəliri 454,5 min ABŞ dolları, hər müşavirin illik gəliri isə 101 min ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Başqa sözlə, analitik hesablamaya əsasən, 2025-ci ildə Zakir İbrahimovun gəliri təxminən 369 min ABŞ dolları, hər sədr müavininin gəliri 139 min ABŞ dolları, hər müşavirin gəliri isə 31 min ABŞ dolları artmış hesab oluna bilər.

2025-ci ilin sonuna “AzerGold” QSC və onun törəmə şirkətlərində işçilərin orta siyahı sayı 1 111 nəfər olub. Şirkət il ərzində əməkhaqqı, mükafatlar və sosial ödənişlər də daxil olmaqla işçi heyətinə ümumilikdə 12,667 milyon ABŞ dolları vəsait ödəyib. Beləliklə, bir işçiyə orta hesabla illik 11,4 min ABŞ dolları, aylıq isə təxminən 950 ABŞ dolları ödəniş düşüb.

Müqayisə üçün, rəhbər heyətin bir üzvünə düşən orta illik ödəniş 329,8 min ABŞ dolları təşkil edib ki, bu da sıravi işçiyə düşən orta illik ödənişdən təxminən 29 dəfə çoxdur.

Bundan başqa, 12 nəfərdən ibarət əsas idarəedici heyətə ödənilən 3,957 milyon ABŞ dolları, şirkətin 1 111 nəfərlik işçi heyətinə ödənilən ümumi vəsaitin 31,2%-nə bərabərdir. Başqa sözlə, işçilərin cəmi 1,1%-ni təşkil edən rəhbər heyət ümumi əməkhaqqı və mükafat fondunun təxminən üçdə birini alıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?
Next: Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video

OXŞAR MÖVZULAR

1783673880_screenshot-2026-07-10-125719
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR

admin 10.07.2026
1783667032_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

 Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB… – BU NƏDİ BELƏ?

admin 10.07.2026
1783665589_tia_ff56a34886a27b6dfb25127f4419a9f8_4c3an9j80w1lkqphum2v
  • CƏMİYYƏT
  • ÖLKƏ

Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir

admin 10.07.2026

XƏBƏR LENTİ

Roza Zərgərli qızı ilə — FOTO 29878a7226d4405e81681bb9f47d9eff
  • ŞOU-BİZNES

Roza Zərgərli qızı ilə — FOTO

admin 10.07.2026
Müğənni Roza Zərgərli qızı Bənövşə ilə birlikdə çəkilən fotolarını paylaşıb. Sənətçi şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə...
DAVAMI Read more about Roza Zərgərli qızı ilə — FOTO
Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı? 1783673513_screenshot-2026-07-10-125003
  • DÜNYA

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

admin 10.07.2026
Marin Le Pen 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən, artıq dördüncü dəfə Fransanın prezidentliyinə namizədliyini irəli sürəcəyini elan...
DAVAMI Read more about Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?
Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR 1783673880_screenshot-2026-07-10-125719
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR

admin 10.07.2026
Paytaxtın Qaradağ rayonunda ucalan nəhəng yaşayış kompleksi, bu gün adi tikinti layihəsi yox, açıq-aşkar maraqlar toqquşmasının, böyük...
DAVAMI Read more about Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR
Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR A7FnYJ0tobyGSvVq5RLNDa2kDM6INvD2lSPvXmpY_1200
  • VİDEO

Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR

admin 10.07.2026
Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayonun Pirşağı qəsəbəsindəki obyektlərdən birindən 1 800 manat...
DAVAMI Read more about Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR
Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video WhatsApp_Image_2026-07-10_at_12.14.29
  • VİDEO

Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video

admin 10.07.2026
Bakıda 13 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub. Söztv.az Oxu.az-a istinadən xəbər verir ki,...
DAVAMI Read more about Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi – Video

Bütün yazılar

29878a7226d4405e81681bb9f47d9eff
  • ŞOU-BİZNES

Roza Zərgərli qızı ilə — FOTO

admin 10.07.2026
1783673513_screenshot-2026-07-10-125003
  • DÜNYA

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

admin 10.07.2026
1783673880_screenshot-2026-07-10-125719
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Qaradağda 80 milyonluq qalmaqallı tikinti – Arzu Kazımov şəriklərini belə “udur” -DETALLAR

admin 10.07.2026
A7FnYJ0tobyGSvVq5RLNDa2kDM6INvD2lSPvXmpY_1200
  • VİDEO

Bakıda obyektdən altı min manatlıq oğurluq: Polis şübhəlini yaxaladı – ANBAAN GÖRÜNTÜLƏR

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.