Skip to content
09.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat

admin 09.07.2026
1783520333_1
Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru İsayev Vüqar Ürfət oğluna məxsus obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, tikinti sahəsi 120,9 kvadratmetr olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, giriş 37 ünvanında yerləşən obyekt 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN obyektə 24 iyun 2026-cı il tarixli 13210 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, obyektin layihəçisi “NKT-Bərpa” MMC (VÖEN – 1303487311) olub. Cəmi 5 manat nizamnamə kapitalı olan “NKT-Bərpa” MMC-nin qanuni təmsilçisi isə Vüqar İsayevin qardaşı İsayev Eldar Ürfət oğludur.
“NKT-Bərpa” MMC uzun illər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub.
Məlumat üçün qeyd edək ki, Vüqar İsayev 2018-ci ildə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktor təyin olunub. Vüqar İsayev bu vəzifədən əvvəl Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Vüqar İsayev qoruğa direktor təyin olunduqdan qısa müddət sonra qardaşının rəhbərlik etdiyi “NKT-Bərpa” MMC Dövlət Xidməti ilə çoxsaylı satınalma müqavilələri imzalayıb. Məsələn, 2019-cu ildə Dövlət Xidməti tender müsabiqəsi keçirmədən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması məqsədilə “NKT-Bərpa” MMC ilə 296 min manat dəyərində müqavilə imzalayıb.
2019-cu ildən sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC-yə ümumilikdə 1 milyon 600 min manatdan çox vəsait ödəyib.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib. 2024-cü ilin iyun ayında Zakir Sultanov azadlığa buraxılıb.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Next: İcra hakimiyyətinin “tədbir gördük” dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! – Şağanda nələr baş verir? VİDEO

OXŞAR MÖVZULAR

1783577350_screenshot-2026-07-09-100711
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

admin 09.07.2026
1783564854_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri

admin 09.07.2026
1783518030.vk
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • VİDEO

Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi – VİDEO

admin 08.07.2026

XƏBƏR LENTİ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır? 1783535337_whatsapp-mage-2026-07-08-at-20.36.08
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?

admin 09.07.2026
Cəlilabad rayonunda baş verən və redaksiyamıza daxil olan məlumatlar dövlət idarəçiliyində qərarların hansı prinsiplərlə verildiyi barədə ciddi...
DAVAMI Read more about Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?
Bakı-Ələt yolunda qəza – VİDEO 1783583328_6163ac28-9522-4c82-9720-6dc948636364
  • HADİSƏ
  • VİDEO

Bakı-Ələt yolunda qəza – VİDEO

admin 09.07.2026
Bakı-Ələt magistralında yol-nəqliyyat hadisəsi baş verib. “Ateco” markalı yük avtomobili dəmir arakəsməni keçərək qarşı yoldakı “Mitsubishi” markalı...
DAVAMI Read more about Bakı-Ələt yolunda qəza – VİDEO
Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO 67
  • HADİSƏ
  • VİDEO

Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO

admin 09.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində...
DAVAMI Read more about Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən...
DAVAMI Read more about Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı
Samuxdakı qəzada həlak olanların – Fotoları whatsapp_image_2026-07-09_at_12.21.21
  • HADİSƏ

Samuxdakı qəzada həlak olanların – Fotoları

admin 09.07.2026
Xəbər verdiyimiz kimi, Samuxda ağır yol qəzası zamanı üç nəfər həlak olub. “Qafqazinfo” xəbər verir ki, ölənlərdən ikisi...
DAVAMI Read more about Samuxdakı qəzada həlak olanların – Fotoları

Bütün yazılar

1783535337_whatsapp-mage-2026-07-08-at-20.36.08
  • CƏMİYYƏT
  • ÖLKƏ

Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə “bilet məsələsi” dayanır?

admin 09.07.2026
1783583328_6163ac28-9522-4c82-9720-6dc948636364
  • HADİSƏ
  • VİDEO

Bakı-Ələt yolunda qəza – VİDEO

admin 09.07.2026
67
  • HADİSƏ
  • VİDEO

Yasamalda ikimərtəbəli ev yanıb – VİDEO

admin 09.07.2026
whatsapp_image_2026-07-09_at_09.54.28
  • ARAŞDIRMA

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanıldı

admin 09.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.