Skip to content
06.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – FOTO
  • HADİSƏ

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş – FOTO

admin 06.07.2026
c8e38a1abc282c743e36f86ae27fea73

İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərini bildiriblər.

Belə ki, Ş.İsgəndərovun 2008-ci il təvəllüdlü oğlu Tunar və 2009-cu il təvəllüdlü qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-i II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməli imiş. Bu səbəbdən Şərif İsgəndərov ailə üzvlərini yaşadıqları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçındərbənd kəndinə aparıb. Məqsəd isə uşaqların imtahanqabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub.

Xəbəri rus dilində oxuyun: Смертельное селфи: детали трагедии с тремя погибшими в Агдаме

Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin zaman Şərifin 12 yaşlı oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal özünü lilli su hövzəsinə ataraq övladını xilas edib və onu anbardan qaldıraraq anasına ötürə bilib. Lakin Ş.İsgəndərov yorulduğundan təngnəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Bunu görən qızı Fidan özünü suya ataraq atasına kömək etməyə çalışıb. Lakin o da istəyinə müvəffəq ola bilməyib. Yaxınlıqda olan Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və anbara enib. Lakin o da dibi lillə örtülü olan su hövzəsindən xilas ola bilməyib.

Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər.

Qeyd edək ki, Şərif İsgəndərov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. Onun atası Cəmşəddin İsgəndərov da hüquq-mühafizə orqanlarının əməkdaşı olub və Birinci Qarabağ müharibəsində – 1992-ci ildə Xocalının Qaraqaya adlanan ərazisində  qəhrəmancasına şəhid olub.

Fotoda: Şəhid Cəmşəddin İsgəndərov

 

  • Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Hərbçimiz ailə üzvləri ilə birgə yol qəzasında həlak oldu (VİDEO)
Next: Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1783320418_680387273_1159765950557805_776723858169589630_n
  • HADİSƏ
  • VİDEO

Hərbçimiz ailə üzvləri ilə birgə yol qəzasında həlak oldu (VİDEO)

admin 06.07.2026
54d343509a1590353208ce3fd4c0a2e5
  • HADİSƏ
  • VİDEO

Sumqaytda yanacaq maşınının qatarla toqquşması ilə bağlı açıqlama – VİDEO

admin 01.07.2026
087ca91456b6d4cc01eacb1559ad689d
  • HADİSƏ

Pirşağıda dənizdə batan qadın müəllim imiş

admin 30.06.2026

XƏBƏR LENTİ

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib 630_360_1737049789-993
  • DÜNYA

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib

admin 06.07.2026
Birləşmiş Krallıq Norveç dənizində “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin zərbə qrupuna yaxınlaşan Rusiyaya məxsus iki Bear...
DAVAMI Read more about Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb 630_360_1782373926-528
  • DÜNYA

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb

admin 06.07.2026
Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb. Yeni məlumatlara görə, yaralıların sayı 16.470 nəfərdir,...
DAVAMI Read more about Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb
İlham Əliyev Malavi Prezidentini təbrik etdi ilham_eliyev_tebrik
  • SİYASƏT

İlham Əliyev Malavi Prezidentini təbrik etdi

admin 06.07.2026
Prezident İlham Əliyev Malavi Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu göndərib. “Hörmətli cənab Prezident, Malavi Respublikasının milli...
DAVAMI Read more about İlham Əliyev Malavi Prezidentini təbrik etdi
İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir 1783327264_screenshot-2026-07-06-123953
  • CƏMİYYƏT
  • ÖLKƏ

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

admin 06.07.2026
Nicat Əhmədov İL MMC-də işləyib. Anaxeber.info.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şirkətin “Malyuk” uşaq qidaları şöbəsində 5...
DAVAMI Read more about İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir
Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT 6a4b4ff76b29f6a4b4ff76b2a017833205676a4b4ff76b29d6a4b4ff76b29e
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

admin 06.07.2026
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət...
DAVAMI Read more about Camaata 1 milyon manat “atan” iş adamı Zamiqin MƏHKƏMƏSİ yenə uzadıldı – TƏFƏRRÜAT

Bütün yazılar

630_360_1737049789-993
  • DÜNYA

Britaniya Norveç dənizində iki Rusiya təyyarəsini ələ keçirib

admin 06.07.2026
630_360_1782373926-528
  • DÜNYA

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb

admin 06.07.2026
ilham_eliyev_tebrik
  • SİYASƏT

İlham Əliyev Malavi Prezidentini təbrik etdi

admin 06.07.2026
1783327264_screenshot-2026-07-06-123953
  • CƏMİYYƏT
  • ÖLKƏ

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

admin 06.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.