Skip to content
31.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • NİYƏ BU AYNA… ƏYRİ GÖRÜR ÖZÜNÜ…
  • CƏMİYYƏT
  • ÖLKƏ

NİYƏ BU AYNA… ƏYRİ GÖRÜR ÖZÜNÜ…

admin 01.07.2026
1782886199_1782835386_1

“Hörmətli Azərbaycan Respublikasının Baş Prokurorluğu… “AYNA” -təzə tender keçirib. Birbaşa bir mənbədən satınalma metodu ilə. Şirkətlər arasında rəqabət yaratmayıb. Bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avtobus dayanacaqlarının təmiri ilə bağlı imzaladığı satınalma müqaviləsindən yazmışdıq…”

“DİA-AZ” xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Arifə Əliyeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: “Həmin araşdırmada qeyd etmişdik ki, AYNA 419 min 531,18 manat dəyərində müqaviləni “Madina Group” MMC ilə bağlayıb. Araşdırmalar zamanı məlum olmuşdu ki, açıq mənbələrdə şirkət haqqında demək olar ki, heç bir məlumat yoxdur. Hətta internet resurslarında şirkətin əlaqə vasitələrini belə tapmaq mümkün deyildi.
Buna baxmayaraq, şirkətin müxtəlif dövlət qurumlarından fərqli satınalma predmetləri üzrə sifarişlər aldığı, təmir işlərindən tutmuş ofis mebelləri, fərdi mühafizə vasitələri, yumşaq inventarlara kimi müqavilələr bağlayib.
İndi isə AYNA avtobus dayanacaqları ilə bağlı daha bir iri məbləğli satınalma müqaviləsi bağlayıb. Agentlik Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərini “Construction Engineering” MMC-yə həvalə edib. Müqavilənin dəyəri 1 milyon 993 min 848,4 manatdır.
Satınalma bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Bu isə o deməkdir ki, açıq tender keçirilməyib, müxtəlif şirkətlər arasında rəqabət yaradılmayıb və sifariş birbaşa seçilmiş şirkətə verilib.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrində yer alan məlumatlara görə, “Construction Engineering” MMC 15 mart 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 7, mənzil 29-dur. Nizamnamə kapitalı 152 min manat təşkil edir. Qanuni təmsilçisi Ağayev Ceyhun Firdovsi oğludur.
Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi Ceyhun Ağayev haqqında da əlavə məlumatlara rast gəlinmir. Onun bu sahədə fəaliyyəti, həyata keçirdiyi layihələr və peşəkar təcrübəsi barədə ictimaiyyət üçün əlçatan informasiya demək olar ki, yoxdur.
Şirkətin öz internet səhifəsində yerləşdirilən məlumata əsasən, əsas fəaliyyət istiqaməti yüksək keyfiyyətli müasir telekommunikasiya şəbəkələrinin infrastrukturunun tikintisi və bu sahə üzrə müxtəlif xidmətlərin göstərilməsidir.
Bu məqam isə müəyyən suallar yaradır. Telekommunikasiya infrastrukturunun qurulmasını əsas fəaliyyət istiqaməti kimi təqdim edən şirkətin təxminən 2 milyon manat dəyərində avtobus dayanacağı pavilyonlarının quraşdırılması işlərini hansı təcrübə və potensialla həyata keçirəcəyi aydın deyil.
Üstəlik, satınalmanın açıq tender deyil, bir mənbədən satınalma metodu ilə həyata keçirilməsi də suallar doğurur. Rəqabətli mühit formalaşdırılmadan belə iri məbləğli dövlət sifarişinin məhz bu şirkətə verilməsi onun seçilmə meyarları, bu sahədəki təcrübəsi və texniki imkanları ilə bağlı məsələləri gündəmə gətirir.
AYNA-nın bundan əvvəl avtobus dayanacaqlarının təmiri ilə bağlı bağladığı müqavilə də oxşar müzakirələrə səbəb olmuşdu. İndi isə yeni dayanacaq pavilyonlarının quraşdırılması üçün seçilən şirkətin fəaliyyət profili ilə sifariş predmeti arasında görünən uyğunsuzluq və satınalmanın bir mənbədən həyata keçirilməsi bu müqavilə ətrafında da yeni suallar yaradır…”

DİA-AZ

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xaçmaz təhsilində OYUNBAZLIQ… – İTTİHAM VAR…
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? – …xeyli məbləğdə vəsait toplanıb/FOTO

OXŞAR MÖVZULAR

1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026

XƏBƏR LENTİ

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda həmin insanın daxili dünyasını, həyat...
DAVAMI Read more about Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır
22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha...
DAVAMI Read more about 22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər
Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI 1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15...
DAVAMI Read more about Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda...
DAVAMI Read more about Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir? 1787920510_1787909269-v
  • CƏMİYYƏT
  • ÖLKƏ

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

admin 28.08.2026
Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı...
DAVAMI Read more about 300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?

Bütün yazılar

WhatsApp Image 2026-08-29 at 21.49.02
  • MƏDƏNİYYƏT

Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə- Allahverən Pərvizoğlu yazır

admin 29.08.2026
IMG-20260829-WA0025-800x500
  • ARAŞDIRMA

22 min manatlıq rüşvət qalmaqalı: Məmurlar aldıqları pulu sənədlə təsdiqlədilər

admin 29.08.2026
1787820358_1787816852_images-8
  • CƏMİYYƏT

Məktəbli geyimlərinin satış ünvanları və qiymətləri AÇIQLANDI

admin 28.08.2026
1787920096_20938926
  • CƏMİYYƏT

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

admin 28.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.