Skip to content
25.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tahir Budaqov mətbuatı saymır – Sorğular cavabsız qalır…
  • CƏMİYYƏT
  • ÖLKƏ

Tahir Budaqov mətbuatı saymır – Sorğular cavabsız qalır…

admin 29.06.2026
1782724004_tahir_elesger

Nəsimi Rayon İcra Hakimiyyəti media nümayəndələrinin rəsmi sorğularını cavablandırmaqdan imtina edib. Bu isə rayonda baş verən hadisələrin araşdırılması və ictimaiyyəti narahat edən məsələlərin aydınlaşdırılması baxımından ciddi suallar yaradır.

Bizimesr.com bildirir ki, Nəsimi rayonu ərazisində aparılan tikinti işləri, o cümlədən qanunsuz olduğu iddia edilən tikintilərlə bağlı dəfələrlə rayon rəhbərliyinə rəsmi sorğular göndərir, amma sorğuların heç birinə cavab verilmir.

Ən təəssüf doğuran məqam isə odur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və rayonun memarı Ələsgər Rüstəmov ictimai maraq doğuran suallara münasibət bildirməkdən yayınırlar. Halbuki dövlət qurumlarının fəaliyyəti şəffaf olmalı, media sorğuları isə qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmalıdır.

Rayon ərazisində son dövrlər tikinti işlərinin sürətlə artdığı müşahidə olunur. Bəzi ünvanlarda tikinti lövhələrinin olmaması, icazələrin mövcudluğu ilə bağlı yaranan suallar və vətəndaş müraciətləri araşdırma aparılmasını zəruri edir. Lakin məsul şəxslərin susqunluğu həm mediada, həm də cəmiyyətdə haqlı narazılıq yaradır.

Susmaq problemləri aradan qaldırmır. Əksinə, cavabsız qalan hər sual qanunsuzluqlarla bağlı şübhələri daha da artırır. Dövlət qurumlarının ictimaiyyət qarşısında hesabatlı olması hüquqi dövlətin əsas prinsiplərindən biridir və bu prinsipə əməl olunması hər bir vəzifəli şəxsin borcudur.

Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xətai rayonunda müəmmalı tikinti – Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
Next: Sabirabadda qumar oynayan iki nəfər cərimələndi

OXŞAR MÖVZULAR

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
1787656608_screenshot-2026-08-25-150832
  • CƏMİYYƏT

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

admin 25.08.2026
1787642618_screenshot-2026-08-25-112144
  • CƏMİYYƏT

Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır

admin 25.08.2026

XƏBƏR LENTİ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı! 1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq...
DAVAMI Read more about Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı 3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
 Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. O, “Instagram” hesabındakı bütün paylaşımlarını silərək, yalnız...
DAVAMI Read more about Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb....
DAVAMI Read more about Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub? 0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
Kutaisi kriminal qruplaşmasının ən tanınmış simalarından biri, kriminal aləmdə “Çiko” ləqəbi ilə tanınan Teymuraz Qoqolaşvili Türkiyədə vəfat...
DAVAMI Read more about “Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?
ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var” 1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
Tehsilmedia.com xəbər verir ki,”Real Azərbaycan” redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin...
DAVAMI Read more about ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

Bütün yazılar

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.