Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • DSX-da külli miqdarda maliyyə maxinasiyası – RƏHBƏR ŞƏXSLƏR NECƏ MİLYONÇUYA ÇEVRİLİB…
  • GÜNDƏM

DSX-da külli miqdarda maliyyə maxinasiyası – RƏHBƏR ŞƏXSLƏR NECƏ MİLYONÇUYA ÇEVRİLİB…

admin 16.10.2024
1729056511_1692266757_dsxxx

Dövlət Sərhəd Xİdmətində (DSX) baş verən qanunsuzluqlar və maliyyə maxinasiyası ilə bağlı “Hürriyyət”in redaksiyasına məlumat daxil olub. Etibarlı qaynaqlardan verilən informasiyaya görə, rəhbərliyin qanunsuz tələblərini yerinə yetirməyən hərbi qulluqçular dərhal “qara siyahı”ya salınır və müxtəlif bəhanələrlə maaşları kəsilir.

“Bilirsiniz ki, hərbi qulluqçulara hər ilin sonunda, yəni dekabr ayında 13-cü əməkhaqqı, yəni əlavə bir oklad maaş verilir. Buna baxmayaraq, hərbi hissələrdə hansı hərbi qulluqçunun bir töhməti varsa 25%, 2 töhməti varsa 50%, üstəlik də 13-cü maaşı kəsilir”, – deyən mənbə iddia edir ki, DSX rəisindən, yəni Elçin Quliyevdən töhməti olanların isə maaşından minimum 50% , şiddətli töhməti varsa 100% kəsilir. Ən maraqlısı isə odur ki, bütün bunlar heç bir qanunla tənzimlənmir:

“Belə deyək də, kimin kimdən xoşu gəlmirsə, mütləq ilin sonuna yaxın cəzalandırılır. Bəlkə də baş verənlərdən Elçin Quliyevin xəbəri yoxdur, amma hər hansı bir araşdırma təyin olunursa, nəticədə birmənalı olaraq xidmər rəisinin adından cəza yazılır”.

Məlumata əsasən, Elçin Quliyevin adından cəza verilən hərbi qulluqçu bir il ərzində nə rütbə, nə də vəzifə ala bilməz: “Gərək bil il keçə ki, o cəza götürulə, hərbi qulluqçu təltif oluna”.

Mənbə deyir ki, DSX-da ezamiyyət xərcləri adı altında külli miqdarda vəsait də talan olunur: “Bəllidir ki, ezamiyyət pulları qanunvericiliklə tənzimlənir. Yəni Bakıdan hər hansı bir rayona gedərkən gündəlik 90 AZN ezamiyyət xərci hesablanmalıdır. Buna baxmayaraq rəhbər strukturlar xaric, bütün hərbi hissələr pulu kəsirlər. Bəziləri 65, bəziləri 30, bəziləri 27 manat ödəyir. Yəni kim necə istəyir, o qayda da tənzimləyir.

Hərbi qulluqçular Bakıdan rayona gedirsə, oteldə qalması, yemək yeməsi, yolpulu və s. kimi xərclər nəzərdə tutulub. Hərçənd ki, cənab Prezident hərbi qulluqçuların yaşayışının yaxşılaşdırılması üçün ezamiyyət xərclərini belə qaldırıb. Bunlarla yanaşı, hərbi qulluqçuların evlərlə təmin olunmaları ilə bağlı da göstəriş vermişdir. Lakin heç kim bu göstərişə əməl etmir. Kimlər rəhbərliyə yaxındır, generalın qohumu, tanışıdır, ancaq onlara ev verilib, kimlər yaddır, onlar hələ də kirayələrdə qalır”.

Mənbə deyir ki, DSX rəhbərliyində qanunsuz yollarla külli miqdarda sərvəst sahibi olan zabitlər var: “Bəzi yüksək rütbəli zabitlərin obyektləri, bağ evləri, restoranları və s. var. Bunlar hərbçi maaşları ilə alınası deyil. Buna baxmayaraq, hansısa bir yetim, adamsız zabitin, gizirin hardansa 30-50 AZN əlavə qazancı olarsa, rəsmən ciyərini çıxarırlar. Bunlara niyə sual verən yoxdur ki, bu boyda imarət, maşınlar, obyektlər, restoranlar hardandır?!”

(“Hürriyyət”)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Lökbatan 288 saylı məktəb Aygün Hüseynovanın şəxsi biznesinə çevrilib -İLGİNC
Next: GƏNCƏ 34 SAYLI MƏKTƏBİN DİREKTORU SEYMUR MƏMMƏDOVUN HEGEMONLUĞU -İDDİA

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.