Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar”
  • CƏMİYYƏT

5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar”

admin 29.06.2026
1782704863_1
Xəbər verdiyimiz kimi, Lənkəranın “Gərmətük” qəsəbəsində uzun illərdir fəaliyyət göstərən “Əzizə” restoranı və ona daxil obyektlər hərraca çıxarılıb. 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daşınar əşyalarla birlikdə 5.3 milyon manata təklif olunur.

Bəs, görəsən, uzun illərdir fəaliyyət göstərən bu obyektlərin hərraca çıxarılmasının səbəbi nədir?

Məsələ ilə bağlı “Əzizə” restoranının sahibi olduğunu bildirən Eldar Mamedov Xitab24.az-a danışıb.

Qısa arayış olaraq bildirək ki, Eldar Mamedov uzun illər Qazaxıstanda yaşayıb, orada biznes fəaliyyəti ilə məşğul olub və həmin ölkənin vətəndaşlığını alıb.

Eldar Mamedovun sözlərinə görə, Qazaxıstanda işlədiyi vaxt Lənkəranda yaşayan ailə üzvlərinin hərtərəfli maddi xərclərini qarşılayıb, onlara iş qurmağa böyük dəstək göstərib.

Eldar Mamedov bildirir ki, hazırda hərraca çıxarılan “Əzizə” restoranı da onun əməyi nəticəsində tikilib və ictimai-iaşə obyekti kimi fəaliyyət göstərib. Lakin son illərdə Eldar Mamedov qardaşı Elman Məmmədovla arasında əmlak mübahisəsi yaranıb.

Eldar Mamadov bunun təfərrüatını belə açıqlayıb:

“Qardaşım Elman Məmmədov indiyədək heç bir işin sahibi olmayıb. Bunu bütün Lənkəran bilir. Mən 33 il Qazaxıstanda işləyib öz biznesimi yaratmışam. Bundan sonra Lənkəranda yaşayan ailə üzvlərimə mütəmadi olaraq dəstək olmuşam. Həmin restoran da mənim vəsaitim hesabıma tikilib. Sadəcə, mən Qazaxıstan vətəndaşı olduğum üçün, torpağı adıma sənədləşdirə bilmədik. Mən də qardaşım olduğu üçün ona etibar etdim. Lakin ata-anam rəhmətə getdikdən sonra vəziyyət tamamilə dəyişdi, məndən pul qoparmağa başladılar. Qardaşım Elman Məmmədovu restorana direktor təyin etmişdim, aylıq da 2000 manat maaş alırdı. Ötən 9 ildə dedilər ki, iş yoxdur, zəifdir. Sonradan əlimə keçən sənədlərə baxanda aydın oldu ki, sən demə, məni aldadırlar. Bu müddət ərzində 2.5 milyon manatdan çox pul qazanıblar. Bu mübahisələrin nəticəsində xərçəng xəstəliyi tapmışam. Amma mənim sayəmdə Elman Məmmədovun Lənkəranda saysız-hesabsız obyektləri var. İndi mənə deyir ki, 1 milyon manat ver, restorandakı pay hüququmdan əl çəkim. Halbuki onun pay hüququ mənim ona etibarım sayəsində yaranıb. İndi də qardaşlarım mənə qarşı birləşərək, məni məhv etməyə çalışırlar. Mənim başım xəstəliklə mübarizəyə qarışdı, bunlar da bundan yararlanmağa çalışır. Bununla bağlı ilk iki məhkəməni qazanmışam. Sonda Ali Məhkəmə nədənsə əmlakın hərracda satılmaqla bölünməsinə dair qətnamə çıxardı. Mən isə restoran rəhmətlik anamın adını daşıdığı üçün obyektin satılmasını istəmirəm. Məni tanıyanlar anama nə qədər bağlı olduğumu çox yaxşı bilirlər. Dediyim kimi, bunadək sayəmdə havayı yeyən qardaşlar, indi məni tamamilə məhv etməyə çalışırlar. Halbuki Elman üçün də, digər qardaşlarım Tərlan, Telman üçün də hər şeyi etmişəm”.

Eldar Mamedov səhhətilə ilə bağlı çox danışa bilmədiyini, məsələyə daha sonra da qayıdacağını bildirib.

Qeyd edək ki, sözügedən obyektlə bağlı hərrac iyulun 13-də başlayacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous:  Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ… – İLGİNC FAKTLAR
Next: “Azəriqaz”da qohumların “Kral”lığı – Bölgələrə də yayılıb

OXŞAR MÖVZULAR

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
1787656608_screenshot-2026-08-25-150832
  • CƏMİYYƏT

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

admin 25.08.2026
1787642618_screenshot-2026-08-25-112144
  • CƏMİYYƏT

Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır

admin 25.08.2026

XƏBƏR LENTİ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı! 1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq...
DAVAMI Read more about Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı 3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
 Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. O, “Instagram” hesabındakı bütün paylaşımlarını silərək, yalnız...
DAVAMI Read more about Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb....
DAVAMI Read more about Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub? 0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
Kutaisi kriminal qruplaşmasının ən tanınmış simalarından biri, kriminal aləmdə “Çiko” ləqəbi ilə tanınan Teymuraz Qoqolaşvili Türkiyədə vəfat...
DAVAMI Read more about “Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?
ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var” 1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
Tehsilmedia.com xəbər verir ki,”Real Azərbaycan” redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin...
DAVAMI Read more about ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

Bütün yazılar

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.