Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO

admin 29.06.2026
1782705986_1
​Əvvəlki yazılarımızda Masallı rayon Əmlak Komitəsinin iki əməkdaşı – Soltan və Eynulla adlı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törretdikləri qanunsuzluqlar barədə faktları ictimaiyyətin diqqətinə çatdırmışdıq.
Hər kəsə bəllidir ki, Masallı rayon Əmlak Komitəsi birbaşa Cəlilabad Regional Əmlak Komitəsinə tabedir. Lakin bu vaxta qədər mətbuatda gedən rəsmi ittihamlara və vətəndaş şikayətlərinə nə Cəlilabad Regional İdarəsindən, nə də Bakıdakı Baş İdarədən heç bir reaksiya verilməyib.
​Bu lal sükut nəyin göstəricisidir?
​Bu durum yalnız bir həqiqəti ortaya qoyur: Eynulla və Soltan cütlüyünün qeyri-qanunlu yollarla satdığı torpaqlardan əldə olunan vəsaitlərə həm Masallı rayon Əmlak Komitəsinin rəhbərliyi, həm də Cəlilabad Regional Əmlak Komitəsi şərikdir!
Bunun başqa bir adı və ya ağlabatan izahı yoxdur. Əgər ortada bir “gözügölgəlilik”, gizli bir maraq olmasaydı, adları korrupsiyada və qanunsuz torpaq alverində hallanan bu iki məmur barəsində çoxdan ciddi intizam tədbirləri görülərdi.
Baş idarənin və regional rəhbərliyin bu korluq və karlığı, faktiki olaraq cinayətə şərik olmaq deməkdir.
​Məsələnin digər acınacaqlı tərəfi isə rayondakı ali dövlət nümayəndəliyinin mövqeyidir.
Çarəsiz qalan və torpaqları əllərindən alınan vəsəndaşlar bu qanunsuzluqlarla bağlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz müəllimə müraciət ediblər. İcra başçısının cavabı isə dövlət məmuruna yaraşmayan bir bəhanədən ibarət olub: “Biz o işə baxmırıq.”
​Çox gözəl, Araz müəllim! Bu işə siz baxmırsınız, bəs onda kim baxmalıdır?
​Masallı rayonunda müəyyən parkların salınması, abadlıq işlərinin görülməsi təqdirəlayiq ola bilər, lakin hörmətli icra başçısı unudur ki, o, Cənab Prezidentin yerli icraedici nümayəndəsidir!
Rayon rəhbəri olaraq hər bir Masallı sakininin probleminə, şikayətinə və qarşılaşdığı haqsızlığa birinci dərəcəli məsuliyyət daşıyan şəxs məhz sizsiniz.
“Biz baxmırıq” deməklə arxasını vətəndaşa çevirmək, çarəsiz insanları dövlət idarələrinin qapılarında daha da böyük ümidsizliyə və çarəsizliyə sürükləməkdir.
​Buradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin və aidiyyatı komitələrin rəhbərliyinə açıq sual ünvanlayırıq: Vətəndaşları bu cür çıxılmaz vəziyyətə salan, dövlətin qanunlarını heçə sayan Eynulla və Soltan adında işçilərinizin bu özbaşınalıqlarına daha nə qədər göz yumacaqsınız?
​Bu iki şəxs fəaliyyət göstərdikləri rayonda sanki bir “torpaq terroru” əsdirirlər. Suriyada İŞİD, Türkiyədə PKK hansı dağıdıcı fəaliyyətlə məşğuldursa, cənub bölgəsində – Masallıda da Eynulla və Soltan cütlüyü eyni sosial dağıdıcılığı həyata keçirir.
Unutmaq olmaz ki, terror təkcə silah çəkməklə, qan tökməklə olmur. Ən böyük terror – sadə insanların öz dövlətinə, ədalət tərəfdarı olan Dövlət Başçısına olan inamını, güvənini daxildən sarsıtmaqdır!
​Vətəndaşda dövlətə qarşı narazılıq yaradan bu böyük xəyanətin və “torpaq terrorunun” ən birinci səbəbkarları isə:
​Masallı rayon Əmlak Komitəsi,
​Cəlilabad Rayon Regional Əmlak Komitəsi,
​Və bu rüsvayçılığa səssiz qalaraq hələ də rəsmi tədbir görməyən Baş İdarədir!
​Mətbuat olaraq bu mövzunu diqqətdə saxlayacaq və aidiyyatı hüquq-mühafizə orqanlarının Masallıdakı bu qanunsuzluq yuvasına nə vaxt hüquqi qiymət verəcəyini izləyəcəyik.
Sima Babayeva
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Next: Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO

OXŞAR MÖVZULAR

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
1787656608_screenshot-2026-08-25-150832
  • CƏMİYYƏT

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

admin 25.08.2026

XƏBƏR LENTİ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı! 1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq...
DAVAMI Read more about Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı 3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
 Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. O, “Instagram” hesabındakı bütün paylaşımlarını silərək, yalnız...
DAVAMI Read more about Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb....
DAVAMI Read more about Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub? 0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
Kutaisi kriminal qruplaşmasının ən tanınmış simalarından biri, kriminal aləmdə “Çiko” ləqəbi ilə tanınan Teymuraz Qoqolaşvili Türkiyədə vəfat...
DAVAMI Read more about “Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?
ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var” 1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
Tehsilmedia.com xəbər verir ki,”Real Azərbaycan” redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin...
DAVAMI Read more about ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

Bütün yazılar

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.