Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Professora qarşı quldurluq edən şəxsə hökm oxundu
  • ARAŞDIRMA

Professora qarşı quldurluq edən şəxsə hökm oxundu

admin 15.10.2024
1728980062.IMG_20241015_121404

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ceyhun İzzət oğlunun məhkəmə prosesində hökm oxunub.

“Unikal”ın məlumatına görə, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxs Ceyhun Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkənin nümayəndəsi təqsirləndirilən şəxsi bağışladığlarını, ondan heç bir şikayətlərinin olmadığını bildirdi.

Sonra təqsirləndirilən şəxsin vəkili çıxış edərək Ceyhun Məmmədovun Mayis Əliyevə qarşı heç bir quldurluq etmədiyini, soyğunçuluq cinayəti ilə cəza verilməsini, cinayət işinin qeyri-obyektiv apardığını söylədi.

Təqsirləndirilən şəxs son söz nitqi ilə çıxış edərək qeyd edib ki, o Mayıs müəllimdən borc almağa gedib. Ona qarşı heç bir quldurluq etməyib. Mən soyğunçuluq etmişəm. 8-dən 12-ə olan maddə ilə ittiham olunmaq istəmirəm.

Hökmə əsasən Ceyhun Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Mayis Əliyev ifadəsində təqsirləndirilən şəxsi tanıdığını deyib:

“Təqsirləndirilən şəxsi tanıyıram. Mən vəkilliklə yanaşı ictimai birliyin sədriyəm. Buna görə də müxtəlif layihələr həyata keçirirəm. Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstəririk. Belə layihələrin birinin icrası zamanı təqsirləndirilən Ceyhun Məmmədov mənə yaxınlaşdı, bacısının işi üçün kömək istədi. Dedi ki, bacısı xalası oğlu ilə evlənib, sonra boşanıb. Aliment almaq istəyirlər. Mən ərizəni hazırladım. Hətta mənə dedi ki, bacım məcburi köçkündür, öz vəsiqəsini ala bilmir. O sənədin pulunu da öz cibimdən ödədim. Mənim ofisimə də gəlib. Ofisim yaşadığım evlə eyni binada yerləşir. Ondan sonra bir neçə dəfə əlaqə saxladı. Bu danışdıqlarım hadisədən 1 il qabaq olub”.

Daha sonra zərərçəkmiş M. Əliyev hadisə barədə danışıb: “Hadisə günü yaşadığım binaya yaxınlaşıb, binanın mühafizəçisinə deyib ki, Mayıs müəllim məni çağırıb. Mühafizəçi də gətirib mənim evimə. Evdə tək idim, qapını açdım. Sonradan bunu tanıdım.

Mühafizəçi gördü ki, tanıyıram liftə mindi. Bu girdi içəri. İçəri girən kimi cibindən bıçağı çıxarıb mənə dirədi. Dedi ki, bacımı öldürüb bura gəlmişəm. Sən demə, məni qorxutmaq istəyirmiş. Bıçağı mənə dirəyib mətbəxə apardı. Orda iplə əlimi bağlayıb otağın ortasında kresloda otuzdurdu. Ütünün naqilini kəsib əllərimi bağladı. Sonra hardansa skoç tapıb ağzımı bağladı. Dedi ki, ölkədən çıxması üçün ondan 8 min manat istəyiblər, mən ona 10 min manat tapmalıyam. Dedi ki, tutulsam, özümü öldürəcəm. Sonra işlətdiyim telefonu çıxarıb üzümə tutdu, telefon açılandan sonra bank proqramında övladlarımın təhsil haqqları üçün yığdığım 8 min manatı gördü. O pulu hissə-hissə öz kartına köçürdü. Sonra gedib paltarlarımın cibini axtardı. Ordan da pul tapdı. Ümumi olaraq 11 min manat götürdü. Mənə dedi ki, təcili getməlidir. Paltarlarımdan da götürdü. Mənim əlim, ayağım və ağzım bağlı idi. Alnımdan öpdü, dedi ki, sən yaxşı adamsan, bağışla. İşarə ilə dedim ki, məni burax. Dedi ki, nömrə ver, 1 saat sonra yığacam, gəlib səni xilas etsinlər.

Bir bacım oğlunun, bir də həmin gün bizə gələcək bir nəfərnin nömrəsini verdim. Çıxıb getdi. Qapını arxadan bağladı, açarı üstündə saxladı. O gedəndən sonra ağzımı açmağa çalışdım. Ağzımı açandan sonra əllərimi açmağa çalışanda gördüm əllərim qaralıb. Ayağımı da açandan sonra pəncərədən küçədən keçən birini çağırdım. O da mühafizəyə deyib. Mühafizəçi gəlib məni xilas etdi. Gedəndə telefonlarımı gizlətmişdi deyə, mühafizəyə dedim bacım oğlunu yığsın. O gələndən sonra 102-yə məlumat verdi”.

Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.

Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.

Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin professoru, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədridir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Keçmiş məhkuma 14 bıçaq zərbəsi vuran şəxsin cinayət işi
Next: Hakan Fidan: “3+3″ platformasının növbəti iclası İstanbulda keçiriləcək”

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.