Skip to content
18.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • SOKAR yenə səni deyirlər – Etika, Uyğunluq və Köçürülməyən Mühəndisin Hekayəsi
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

SOKAR yenə səni deyirlər – Etika, Uyğunluq və Köçürülməyən Mühəndisin Hekayəsi

admin 18.06.2026
1781721437_1
SOCAR və Azəriqazda yeni bir dövr başlayıb. Bu dövrün adı “Etika və Uyğunluq” dövrüdür. Hər yerdə ədalətdən, şəffaflıqdan və bərabər münasibətdən danışılır. Əmrlər verilir, prosedurlar təsdiqlənir, işçilər məlumatlandırılır.
Mən də həmin işçilərdən biriyəm.
Müharibə veteranıyam.
Kürdəmirdə Sayğac Əməliyyatları Xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində işləyirəm.
Ali təhsilim var. Mühəndis-iqtisadiyyatı və idarəetmə fakültəsini, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirmişəm. Üstəlik, SOCAR Təlim-Tədris Mərkəzində Sayğac Əməliyyatları Xidməti üzrə mühəndis kursunu da uğurla başa vurmuşam.
İllərdir işləyirəm. Təcrübəm var. Sertifikatım var. Vəzifəm var.
Amma bir problem var.
Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda isə işləmir.
Göyçay rayonunda hazırda tutduğum vəzifənin eynisi vakantdır. Mən də yaşadığım rayonda işləmək üçün dəfələrlə müraciət etmişəm.
SOCAR-a yazmışam.
Azəriqaza yazmışam.
Rəhbərliyə müraciət etmişəm.
Cavab isə dəyişməyib:
— Təhsil istiqamətiniz vakansiyanın tələblərinə uyğun deyil.
Mən də maraqlanmışam:
— Bəs mən hazırda hansı vəzifədə işləyirəm?
— Böyük mühəndis.
— Neçə ildir?
— Uzun illərdir.
— Bu vəzifəyə uyğunam?
— Bəli.
— Bəs Göyçaydakı eyni vəzifəyə?
— Xeyr.
— Niyə?
— Çünki uyğun deyilsiniz.
Məsələ bununla da bitmir.
Bir müddət əvvəl mənə Ucar rayonu üzrə Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndisi vəzifəsi təklif edilmişdi.
Onda vəziyyət daha da maraqlı oldu.
Deməli:
Kürdəmirdə uyğunam.
Ucarda uyğunam.
Amma Göyçayda uyğun deyiləm.
Belə çıxır ki, mənim diplomumun xüsusi GPS sistemi var.
Diplom xəritəyə baxır, rayonu müəyyən edir və qərar verir:
— Ucara gedə bilərsən.
— Kürdəmirdə işləyə bilərsən.
— Amma Göyçaya giriş qadağandır.
Yəqin ki, gələcəkdə xəritələrdə belə qeyd olunacaq:
“Diqqət! Bu ərazidən sonra bəzi diplomların hüquqi qüvvəsi zəifləyir.”
Mən uzun müddət düşünürdüm ki, Azərbaycanda yalnız qazın təzyiqi tənzimlənir.
Məlum oldu ki, diplomların da rayonlar üzrə təzyiq göstəriciləri var.
Göyçaya yaxınlaşdıqca uyğunluq səviyyəsi aşağı düşür.
Ən maraqlısı isə odur ki, həmin vaxtlarda etik davranış, şəffaflıq, bərabər imkanlar və qisas tədbirlərinə qarşı təminatlar haqqında əmrlər dərc edilir.
İşçilərə tapşırılır ki, bu sənədlərlə tanış olsunlar.
Mən də tanış oluram.
Hətta onları dəfələrlə oxumuşam.
Sadəcə, orada bir suala cavab tapa bilmirəm:
Necə olur ki, eyni şəxs eyni diplomla, eyni təcrübə ilə və eyni vəzifədə işləyə-işləyə başqa rayonda həmin vəzifəyə uyğun hesab olunmur?
Bu sualın cavabı yəqin ki, hələ korporativ elmin açılmamış sirlərindən biridir.
Bəzən düşünürəm ki, bəlkə mən vakansiyaya yox, Nobel mükafatına namizədliyimi vermişəm.
Çünki adi bir iş yerinin dəyişdirilməsi üçün elə mürəkkəb meyarlar tətbiq olunur ki, sanki insanı kosmik proqramın rəhbəri təyin edirlər.
Amma yenə də nikbinəm.
Çünki Etika və Uyğunluq üzrə yeni prosedur qəbul olunub.
Deməli, yaxın gələcəkdə mənə izah ediləcək ki, necə olur insan eyni vaxtda həm böyük mühəndis vəzifəsinə uyğun olur, həm də həmin böyük mühəndis vəzifəsinə uyğun olmur.
Bu sualın cavabı tapılan gün yəqin ki, fizika, fəlsəfə, məntiq və idarəetmə elmlərində yeni bir dövr başlayacaq.
Həmin günə qədər isə mən müraciət etməyə davam edirəm.
Onlar isə cavab verməyə davam edirlər.
Beləcə, hər iki tərəf öz vəzifəsini vicdanla yerinə yetirir.
Ədalət isə hələ də ezamiyyətdədir.
Yəqin ki, Göyçay istiqamətində.
Dasqin Abbasov
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “RAHAT AUTO”-dan inanılmaz dələduzluq: Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Next: Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

OXŞAR MÖVZULAR

1781770888_screenshot-2026-06-18-122039
  • CƏMİYYƏT

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

admin 18.06.2026
1781771756_screenshot-2026-06-18-122645
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə

admin 18.06.2026
1781778681_screenshot_20260618_143022_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

“Zeytun Pharma” işçiləri istismar edir – İDDİA

admin 18.06.2026

XƏBƏR LENTİ

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
Müğənni Xatirə İslam bu dəfə geyim seçimi ilə gündəmə gəlib. Sənətçinin iştirak etdiyi tədbirdə seçdiyi transparan libas...
DAVAMI Read more about Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi 17817731791159733484
  • SİYASƏT

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

admin 18.06.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət...
DAVAMI Read more about İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır 1781774552_sadovod
  • DÜNYA

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır

admin 18.06.2026
Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib. Sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb. Vurulmuş...
DAVAMI Read more about Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub 1781770888_screenshot-2026-06-18-122039
  • CƏMİYYƏT

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

admin 18.06.2026
TƏBİB-in icraçı direktoru Anar Bayramova yeni müşavir təyin olunub. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə tibb...
DAVAMI Read more about TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə 1781771756_screenshot-2026-06-18-122645
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə

admin 18.06.2026
Azərbaycanda dövlət qurumlarında peşəkarlıq, şəffaflıq və kadr siyasəti məsələləri uzun illərdir cəmiyyətin müzakirə etdiyi əsas problemlərdən biri...
DAVAMI Read more about Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ… – su təsərrüfatında mübahisəli idarəetmə

Bütün yazılar

b651cfb4f0bf88c10ec6ecbc9eedc5a8
  • ŞOU-BİZNES

Xatirə geyimi ilə diqqət çəkdi — VİDEO

admin 18.06.2026
17817731791159733484
  • SİYASƏT

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

admin 18.06.2026
1781774552_sadovod
  • DÜNYA

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır

admin 18.06.2026
1781770888_screenshot-2026-06-18-122039
  • CƏMİYYƏT

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

admin 18.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.