Skip to content
17.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR
  • ARAŞDIRMA

Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR

admin 17.06.2026
d9024a545ffda104c1976fe2b1b89538

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Unikal”ın verdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər və şahidlər ifadə veriblər.

Onlar dövlət ittihamçısı Emin Murquzovun və vəkillərin suallarını cavablandırıblar:

Zərərçəkmiş şəxs Raqif Babayev ifadəsində bildirib ki, reabilitasiya mərkəzində müalicə alması üçün valideynləri müraciət edib:

“Mingəçevir şəhərində yaşayıram. Valideynlərim həmin reabilitasiya mərkəzinə müraciət etdi. Kazino-qumar oyunlarından əziyyət çəkirdim. Mənə reablitasiya Mərkəzində bildirildi ki 6 ay burda qalacaqsan. Getmək istəyirdim. Orda yad cisimlər – əşyalar udmuşam. Bunu etiraz olaraq edirdim. Buna görə təqsirləndirilən şəxslər məni döydülər. Döyənlər arasında Ceyhun Salmanov olmayıb. Buna görə üz və qulaq nahiyyəmdən ağır xəsarətlər almışdım. Bundan başqa etiraz əlaməti olaraq dama çıxmışdım. 6-7 Saat orda qaldım. Buna görə polis gəldi. Reabilitasiya mərkəzində qalmaq istəmədiyim barədə valideynlərimə demişdim. Orda olanda nəzarət altında çölə çıxırdım. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu”.

Zərərçəkmiş şəxsin anası şahid qismində ifadə verib. O, bildirib ki, oğlu kazino və qumar oyunları asılılığından əziyyət çəkirdi:

“Bu reabilitasiya mərkəzi barədə məlumatı “Tiktok” sosial platformasında əldə etdim. Mərkəzə müraciət etdim və 3-ə yaxın əməkdaş gecə 3-də gəlib oğlumu götürdülər. İlk olaraq oğlum narazı idi. Sonra könüllü razılaşdı. Mərkəzə ayda 1000 manat ödəniş etməli idim. Pulları kart hesabına atmışdım. Heç bir şikayətim yoxdu”.

Daha sonra zərərçəkmiş qismində məşhur skripka ifaçısı Ramil Həsənov dindirilib. O, narkotik istifadəçisi olduğunu deyib:

“Ailədə üç uşaq idik. Qurban adlı tanışıma müraciət etdim. O, da məni reablitasiya mərkəzinə gətirdi. Əvvəlcə 2-ci korpusda idim, daha sonra 1-ci korpusa yerləşdirildim. Orda narazılıq etdim ki, darıxıram sıxılıram. Digər zərərçəkəni də orda tanımışam. Prokurorluq əməkdaşları gələndə artıq mən bildirdim ki, burdan getmək istəyirəm. Mən mərkəzdə təxminən 2 ay qaldım. Orda olan ciddi nizam intizama dözə bilmirdim. Orda mənə qarşı şiddət olmayıb. Məni ora dostlarım aparmışdı və ödənişləri onlar edirdilər. Ora gələndə mənə könüllülüklə bağlı imza atmışdım. Orada sağalanlar çox idi. Elə mən özüm də 2 ay orda qaldım və nəticə müsbət oldu. Təqsirləndirilən şəxslər barədə heç bir şikayətim yoxdu. Birinci dəfə çıxmaq istəyirdim deyə şikayətçi idim”.

Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib.

Xatırladaq ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və  barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi - FOTOLAR
  • Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi - FOTOLAR

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR?
Next: Sonrakı yazı

OXŞAR MÖVZULAR

eUQtUh35e5cXCl0X4g4S4CB1JCKHiTWdK5QqapL8_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR?

admin 17.06.2026
1781616637.1759241501_1732980878.photo-output
  • ARAŞDIRMA

“Beniz” in məhkəməsinə şahid məcburi gətizdiriləcək

admin 16.06.2026
47b0834fe8f3a6b6310ad11910dc95a9
  • ARAŞDIRMA

Mehdiyevlər bank sektorundan getmək istəmir – ŞOK TƏFƏRRÜAT

admin 16.06.2026

XƏBƏR LENTİ

flora
  • MƏDƏNİYYƏT

admin 17.06.2026
Xalq artisti Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.   “Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım...
DAVAMI Read more about
Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR d9024a545ffda104c1976fe2b1b89538
  • ARAŞDIRMA

Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR

admin 17.06.2026
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən...
DAVAMI Read more about Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR? eUQtUh35e5cXCl0X4g4S4CB1JCKHiTWdK5QqapL8_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR?

admin 17.06.2026
Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov...
DAVAMI Read more about “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR?
Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşdü whatsapp_image_2026-06-17_at_17.01.31
  • SİYASƏT

Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşdü

admin 17.06.2026
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 17-də ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade...
DAVAMI Read more about Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşdü
İlham Əliyev səhiyyə işçilərini təltif etdi – SİYAHI ilham_aliyev_main_photo_200320_2
  • SİYASƏT

İlham Əliyev səhiyyə işçilərini təltif etdi – SİYAHI

admin 17.06.2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.   3-cü dərəcəli “Əmək” ordeni...
DAVAMI Read more about İlham Əliyev səhiyyə işçilərini təltif etdi – SİYAHI

Bütün yazılar

flora
  • MƏDƏNİYYƏT

admin 17.06.2026
d9024a545ffda104c1976fe2b1b89538
  • ARAŞDIRMA

Məhkəmədə məşhur skripka ifaçısı Ramil Həsənov dindirildi – FOTOLAR

admin 17.06.2026
eUQtUh35e5cXCl0X4g4S4CB1JCKHiTWdK5QqapL8_1200
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri hakim qarşısında – Zərəçəkmişlər nələri DANIŞDILAR?

admin 17.06.2026
whatsapp_image_2026-06-17_at_17.01.31
  • SİYASƏT

Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşdü

admin 17.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.