Skip to content
16.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı – Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun – ARAŞDIRMA
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı – Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun – ARAŞDIRMA

admin 16.06.2026
1781599772_screenshot_20260616_124801_com_android_chrome_chrometabbedactivity

Deputatı Asif Əsgərovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrülərdə vəzifə təyinatlarında və satınalmalarda müəmmalı detallar üzə çıxıb. Məlum olub ki, A.Əsgərovun icra başçısı kimi fəaliyyət göstərdiyi 2023–2024-cü illərdə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra satınalmalar həyata keçirilib.

Aparılan araşdırma göstəriib ki, Əsgərovun Nəsimi RİH başçısı olduğu dövrdə sadəcə 16 ay ərzində ümumi dəyərinin 1 milyon 401 min 076 manat 60 qəpik dəyərində tender müqaviləsi bağlanıb. Satınalmaların böyük hissəsinin eyni şirkət – “EVEREST-2022” MMC-yə verilməsi diqqət çəkən məqam kimi önə çıxıb.
2023–2024-cü illərin tender siyahısı

2023-cü il

  • 13.09.2023 – “EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
    97 355,9 AZN
  • “KONEKS CONSTRUCTION” MMC – Küçə və həyətyanı sahələrin asfalt örtüyü
    393 174,08 AZN
  • “BİLGƏ QRUP” QSC – Təsərrüfat işçiləri üçün mallar
    178 788,88 AZN
  • “EVEREST-2022” MMC – Abadlıq işləri üçün mallar
    267 452,9 AZN
  • “EVEREST-2022” MMC – Parklar üçün mallar
    74 542,96 AZN
  • “EVEREST-2022” MMC – Müxtəlif təyinatlı hissələr
    17 310,6 AZN
  • “EVEREST-2022” MMC – Parklarda istifadə ediləcək mallar
    25 335 AZN
  • Vasif Nəzir oğlu Mürşüdov – Oturacaqlar və zibil qutuları
    25 335 AZN

2024-cü il

  • “EVEREST-2022” MMC – Həyətyanı sahələr üçün idman-əyləncə qurğuları və tullantı qutuları
    276 127,08 AZN
  • “EVEREST-2022” MMC – Avtomobil ehtiyat hissələri
    11 033 AZN

Araşdırma göstərir ki, tenderlərin böyük hissəsi – xüsusilə də abadlıq, park avadanlıqları və müxtəlif təyinatlı malların alınması üzrə müqavilələr eyni şirkət olan “EVEREST-2022” MMC ilə bağlanıb. 2023–2024-cü illər üzrə ümumi dəyəri 1,4 milyon manatı aşan satınalmaların strukturu və icrası isə müvafiq qurumların şəffaflıq mexanizmlərinin nə dərəcədə həyata keçirilməsi göz qabağındadır..
Xatırladırıq ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun sabiq icra başçısı Asif Əsgərov vaxtı ilə  müxtəlif qalmaqallarla da günlərlə gündəmə olub.Nümunə kimi xatırlada bilərik ki, 2021-ci ildə o, qanunsuz tikintilərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O vaxtan bu günə ənənə olaraq qalan qanunsuz tikililər Nəsimi rayonunda mirasa çevrilib.
Deyə bilərik ki, rayon mərkəzi hissəsində və digər ərazilərində, yaşıllıq və piyada hərəkətinin mövcud olduğu ətraflarda aparılan bir çox tikinti işlərində heç bir məlumat lövhəsi asılmır, rəsmi icazə sənədi və ya layihə təqdim edilmir amma tikinti ilşləri həyata keçirilir. Bu isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.Məsələ ilə bağlı əsas sual isə ondan ibarətdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhər İcra Hakimiyyəti bu qanunsuzluqdan xəbərdar olduğu halda hadisələrə təsir edə bilmir. Buda rayonda baş verən açıq-aşkar tikinti özbaşınalığına yol açır. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, hər hansı obyektin genişləndirilməsi və ya mərtəbə artırılması üçün rəsmi icazə, təsdiqlənmiş layihə və müvafiq dövlət qurumlarının razılığı mütləqdir. Nəsimi rayonunda mövcud vəziyyət isə bu tələblərin heç birinə əməl olunmadığını göstərir.
Laçın Mustafayev və Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Nizami Mayılovla bağlı mediada və sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
İddiaların birində deyilir: “O, vaxtlara Laçın Mustafayev “ERJU” müdiri olanda Nizami Mayılov “delfin” hotelin yanında onun villaların tikirdi sonra  Laçın müəllim  bunu gətirib süpürgəçilərin üsütndə briqadir qoydu. Sonra Asif Əsgərov başçı gələn sonra onu süpürgəçi birqdirliyində ERJU rəisliyinə gətirib. Yəni , Badamdarda  rəhmətə getmiş Elman müəllimin boş qalan kreslosuna Mayılov rəis təyin edilir.  Bildirək ki, həmin vaxt Asif Əsgərov Sabayıl rayon icra başçısı vəzifəsində çalışırdı. .
O vaxtlar Nizami Mayılova münasibəti ilə yaxın sayılan Gülay xanım 65 saylı jekdə işləyirdi. Deyilənə görə Nizami müəllimn də dəstəyi ilə Gülay xanım həmin vaxtlar böyük maxinasiyalar həyata keirdiyi üçün qanun qarşısına çıxarılaraq məsuliyyətə cəlb olundu və sonra  Mayılov pulla dostlarının da dəstəyin alaraq Gülay xanımı 77 saylı “jek”də həmin vəzifəsinə transfer etirməyinə nail ola bilib…”
 Bir digər iddialarda isə bildirilir: “Nəsimi rayonunun ərazisi paytaxt Bakı şəhərinin mərkəzi ərazilərindən olduğu üçün, burada hər tikiliyə görə sakinlərə fantastik qiymətlər “oxunur”. Onu da unutmaq olmaz ki, daşıdığı vəzifəsindən “ikiəlli yapışan” Nizami Mayılovun bu gün başlıca bir amalı var, o da fürsət düşdükcə, imkan yarandıqca daha çox var-dövlət əldə etməkdir. Bəli, hal-hazırda bu şəxs Nəsimi rayonu ərazisində o qədər qanunsuzluq əməllərinə qol qoyur ki, baş verənləri görüb eşidən hər kəs “ya lal, ya da ki, kor olur”. Məsələn, redaksiyamıza daxil olan bəzi məlumatlara görə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bu rayonun ərazisindəki yaşayış binalarının orta hissələrində “Abad Həyat” kiçik istirahət parkları yaradılarkən, Nizami Mayılov ərazilərdə süpürgəçilik edib təmizlik işləri ilə məşğul olanların aldıqları əmək haqlarına göz dikir. Yəni, bu şəxs daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir və hər süpürgəçinin aldığı əmək haqqından təqribən 60-70 manat məbləğində pul yığır. Daha sonra o, bu pulyığmaya “Abad Həyat” kiçik istirahət parklarının yaradılmasına göməklik olunsun deyə yığıldığını təbliğ etdirir. O halda sual oluna bilər ki, axı büdcədən bu məqsəd üçün lazımi məbləğdə vəsait ayrılır və görəsən həmin pullar hara qeybə çəkilir ki, Nizami Mayılov süpürgəçilik edən şəxslərin də əmək haqlarına “əl qoymağı” özünə rəva bilir? Hələ bunlar harasıdır? Diqqət yetirmək lazımdır ki, bu şəxs Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin olunduqdan sonra, rayon ərazisindəki yaşayış binalarının bəzilərində qanunsuz artırmalar həyata keçirildi, bir çox binaların zirzəmiləri satışa çıxarıldı, bəzi binaların zirzəmilərində qazıntı işləri həyata keçirildi. Söz yox ki, bütün bunların hamısı Nizami Mayılovun “dobro” deməsindən sonra öz həllini tapır. Amma, bəzi binaların zirzəmilərində yığılan çirkli suların ətrafa buraxdığı üfunətin iy-qoxusu, heç zaman bu şəxsi düşündürmür. Söz yox ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxsi, yalnız və yalnız daha çox qazanc, daha çox var-dövlət əldə etmək istəyi düşündürdüyündən o, maddi marağının təmin olunması yöndə addımlarını atır. Bu da o deməkdir ki, Nizami Mayılovu xalq, dövlət anlayışı düşündürmür.
Rayon ərazisində baş verən biabırçılıqlardan biri də, yaşayış binalarının orta hissələrindəki “Abad Həyat” kiçik istirahət parklarında quraşdırılmış avadanlıqlardan istifadəyə görə aylıq “haqq-hesab”ın tələb olunmasıdır. Söylənilənlərə görə, belə bir “haqq-hesab”ın tələb olunması Nizami Mayılovun rəhbərlik etdiyi  Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Söz yox ki, bütün bunlar ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Elə ki, bu və digər məsələlərlə bağlı Nizami Mayılova sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Mən xəstəyəm, borcun içində boğulub itirəm” cavabını verib özünü sığortalamağa çalışır. Demək bu şəxs qol qoyduğu qanunsuzluq əməllərinə münasibət bildirmək əvəzinə hər cür rola girib “sperkulyasiya” edir və “sudan quru çıxmağı da” bacarır.“
Elə götürək Elxan Abdullayevin Nəsimi rayonunda qısaömürlü rəhbərliyin. RİH-nin memarı Ələsgər Rüstəmov və Nizami Mayılov elə bir qurama həyata keirə bildilər ki, 40 günə kişinin “torba”sın tikdib prezidentin onunla bağlı fərmanın geri oxutdurmağı bacarıblar. Rayonu qanunsuz tikinti meydançasına çevirən bu şəxslər görəsən Tahir Budaqovu ağ atdan nə vaxt yerə salacaqlar…!

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.
“Tehsilmedia.info “-nun baş redaktoru Sakit Muradov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
Next: Naxçıvan Dövlət Televiziyasında narazılıq pik həddə – Etiraz aksiyasına başlayacaqları bildirilir

OXŞAR MÖVZULAR

InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
images_79_1781572749
  • CƏMİYYƏT

“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

admin 16.06.2026

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
“Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini...
DAVAMI Read more about Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
Redaksiyamıza Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 nömrəli tam orta məktəblə bağlı şikayət daxil olub. “Xəbərsiz”ə müraciət...
DAVAMI Read more about Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
Azərbaycanın tikinti materialları və kimya sənayesi sektorunda tanınmış nəhəng holdinqlərindən birinin və onun tərkibindəki zavodun dövlət büdcəsinə...
DAVAMI Read more about “NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı
“Zirə” kapitanı ilə müqaviləni uzatdı image_-_2026-06-16t131052.359
  • İDMAN

“Zirə” kapitanı ilə müqaviləni uzatdı

admin 16.06.2026
“Zirə” klubu kapitan Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb. 29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb....
DAVAMI Read more about “Zirə” kapitanı ilə müqaviləni uzatdı
“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb images_79_1781572749
  • CƏMİYYƏT

“Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

admin 16.06.2026
“Coffeemania Next” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə irihəcmli vergi borcu qalıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir...
DAVAMI Read more about “Coffeemania Next” MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

Bütün yazılar

resize_1_1781582097
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ramiz Mehdiyevin ailəsindən ŞOK ADDIM

admin 16.06.2026
InShot_20260615_171843867-1000x600
  • GÜNDƏM
  • ÖLKƏ

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

admin 16.06.2026
pilon30_1781567925
  • CƏMİYYƏT
  • ÖLKƏ

“NB Holdinq” və törəmə şirkətinin 16 milyonluq vergi borcu üzə çıxdı

admin 16.06.2026
image_-_2026-06-16t131052.359
  • İDMAN

“Zirə” kapitanı ilə müqaviləni uzatdı

admin 16.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.