Skip to content
15.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda Milli Qurtuluş Günüdür
  • GÜNDƏM

Azərbaycanda Milli Qurtuluş Günüdür

admin 15.06.2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

33 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib.

Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.

İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə hərcmərclikdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Hakimiyyətin vəziyyəti nəzarətə almaq üçün atdığı tələsik addımlar situasiyanı düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…
Next: Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

OXŞAR MÖVZULAR

1781501191_screenshot-2026-06-15-092509
  • GÜNDƏM

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

admin 15.06.2026
1781503271_screenshot-2026-06-15-095909.png
  • GÜNDƏM

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

admin 15.06.2026
1781323337_1
  • GÜNDƏM

Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi: Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı

admin 13.06.2026

XƏBƏR LENTİ

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib – SƏBƏB NƏDİR? 1781512504_e1b7f28e8a_001
  • CƏMİYYƏT

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib – SƏBƏB NƏDİR?

admin 15.06.2026
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda...
DAVAMI Read more about Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib – SƏBƏB NƏDİR?
“Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb” – Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR – VİDEO 1781458164_1
  • CƏMİYYƏT
  • VİDEO

“Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb” – Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR – VİDEO

admin 15.06.2026
Son vaxtlar ictimai müzakirələrdə dəniz kənarlarının hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Baku...
DAVAMI Read more about “Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb” – Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR – VİDEO
Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb… – VİDEO 1781499404_1
  • CƏMİYYƏT

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb… – VİDEO

admin 15.06.2026
Azəriqaz İB rəhbərliyinin işçilərə təqdim etdiyi Fəxri Fərmanlarda yazılan : -” Həmkarlar Təşkilatı hərakatında fəal iştirak edir”...
DAVAMI Read more about Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb… – VİDEO
Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər – VİDEO 1781488949_1
  • CƏMİYYƏT
  • VİDEO

Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər – VİDEO

admin 15.06.2026
Naxçıvan şəhərinə yağan intensiv yağışlar şəhərin bir sıra ərazilərində ciddi çətinliklər yaradıb. Bu barədə Baku TV-nin videomaterialında...
DAVAMI Read more about Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər – VİDEO
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video 1781504257_1
  • CƏMİYYƏT
  • VİDEO

AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video

admin 15.06.2026
AZAL bir neçə gündür ki, Naxçıvana gedib-gələnlərə işgəncə verir. Anaxeberinfo.az-a verilən məlumata görə, xüsusən də muxtar respublikadan...
DAVAMI Read more about AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video

Bütün yazılar

1781512504_e1b7f28e8a_001
  • CƏMİYYƏT

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib – SƏBƏB NƏDİR?

admin 15.06.2026
1781458164_1
  • CƏMİYYƏT
  • VİDEO

“Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb” – Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR – VİDEO

admin 15.06.2026
1781499404_1
  • CƏMİYYƏT

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb… – VİDEO

admin 15.06.2026
1781488949_1
  • CƏMİYYƏT
  • VİDEO

Naxçıvan şəhərini su basdı: Vətəndaşlar aidiyyəti qurumlardan kömək gözləyirlər – VİDEO

admin 15.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.