Norveç millisi 2026-cı il dünya çempionatına öz ölkəsindən gətirilən ərzaq məhsulları və aşpazlarla yollanacaq.
Mənbənin iddiasına görə, Norveç Futbol Federasiyası futbolçuların yarış zamanı da adət etdikləri qidalarla qidalanmalarını təmin etmək üçün ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala 300 kiloqram balıq aparmağı planlaşdırır. Bu addımın oyunçuların diqqətini və fiziki hazırlığını qorumasına kömək edəcəyi düşünülür.
Bildirilir ki, Norveç nümayəndə heyətinin tərkibində tanınmış ölkə aşpazları da yer alacaq. Yığma dünya çempionatına 116 kiloqram qəhvəyi pendir və 6000 portağal da aparacaq.
Bu təcrübə Norveç idmanı üçün yeni deyil. Skandinaviya təmsilçisi əvvəlki Olimpiya Oyunlarında da atletlərin ehtiyaclarını qarşılamaq üçün ölkədən ərzaq məhsulları gətirmişdi.
