Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Real Madrid” müdafiə xəttini yenidən qurur
  • İDMAN

“Real Madrid” müdafiə xəttini yenidən qurur

admin 08.06.2026
A4w7mP61dnWt4XonKZSh6MxNlpHAuSef9XRD4vQe_1200

“Real Madrid” klubu gələn mövsüm üçün heyətini iki futbolçu ilə gücləndirib.

“Kral klubu” İngiltərənin “Liverpul” komandasının müdafiəçisi İbraima Konate və İtaliyanın “İnter” klubunun arxa xətt oyunçusu Denzel Dumfrislə müqavilə imzalayıb.

İ.Konate iyunun 30-da müddəti başa çatan müqaviləsindən sonra “Liverpul”u azad agent statusunda tərk edəcək. Fransız futbolçunun “Real Madrid”lə imzaladığı müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

27 yaşlı Konate 2021-ci ildən bəri “Liverpul”un şərəfini qoruyurdu. O, mersisaydlıların heyətində çıxdığı 183 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız oyunçu bu müddət ərzində İngiltərə çempionu (2025), iki dəfə İngiltərə Liqa Kuboku (2022, 2024), eləcə də bir dəfə ölkə kuboku (2022) və superkubokunun (2022) qalibi olub. Karyerası ərzində Almaniyanın “Leypsiq” və Fransanın “Soşo” klublarında da çıxış etmiş müdafiəçi, Fransa millisinin heyətində 2022-ci il dünya çempionatının gümüş, 2024-cü il Avropa çempionatının isə bürünc medallarını qazanıb.

30 yaşlı Dumfris isə 2021-ci ildən “İnter”in formasını geyinirdi. Niderlandlı müdafiəçi Milan təmsilçisi ilə iki dəfə İtaliya çempionluğu (2024, 2026), üç dəfə İtaliya Kuboku (2022, 2023, 2026) və üç dəfə İtaliya Superkubokunu (2021, 2022, 2024) başı üzərinə qaldırıb. O, “İnter”də keçirdiyi 207 oyunda 27 qol vurub və 28 məhsuldar ötürmə edib. Həmçinin, Dumfris komandası ilə iki dəfə Çempionlar Liqasının finalına qədər (2023, 2025) irəliləyə bilib. Futbolçu daha əvvəl ölkəsinin “Sparta”, “Herenven” və PSV klublarında da çıxış edib.

Qeyd edək ki, “Real Madrid” geridə qalan mövsümdə son 5 ildə ilk dəfə olaraq heç bir kubok qazana bilməyib. “Kral klubu” İspaniya çempionatını “Barselona”dan 8 xal geri qalaraq 2-ci yerdə başa vurub. Komanda İspaniya Kuboku ilə 1/16 final mərhələsində “Albasete”yə (2:3), Çempionlar Liqası ilə isə 1/4 finalda Almaniyanın “Bavariya” klubuna (iki oyunun nəticəsinə görə 4:6) məğlub olaraq vidalaşıb. İspaniya Superkubokunun finalında isə “Real Madrid” əzəli rəqibi “Barselona”ya boyun əyib (2:3).

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Toy karvanında avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunublar – VİDEO
Next: Balaəli yeni aldığı “Ferrari”si ilə GÖRÜNTÜLƏNDİ – VİDEO

OXŞAR MÖVZULAR

gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
1784179422_fyorgb3ptv-v
  • İDMAN

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.