Skip to content
10.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır

admin 10.06.2026
1781087175_screenshot-2026-06-10-142440

Dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, şübhəli tenderlərlə bağlı mediada kifayət qədər geniş məlumatlar var. Satınalan təşkilat olaraq dövlət qurumlarının qalib seçdiyi təchizatçıların profili, maddi texniki bazası və bir çox uyğunluq göstəriciləri qanunun tələblərinə cavab verməsə belə, bəzi şirkətlər daim öndədirlər. Nəzarət orqanları isə bəzi şirkətlərin uyğunluq göstəricilərindəki çatışmazlıqlara göz yumur, qanun çərçivəsində tədbirlər görmək əvəzinə onlara satınalmalarda geniş şərait yaradırlar.

Məsələn, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən ərazilərin yaşıllaşdırılması üçün ağac və kolları üzrə 21.04.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 02.06.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “FLORA HOLLAND” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.502,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 08.06.2026-cı ildə dərc edilib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti də 19.05.2026-cı ildə DSX-nin hərbi hissələrinin ərazisinin abadlaşdırılması xidməti üzrə “FLORA HOLLAND” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.576 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi adıçəkilən dövlət qurumları son 15 gün ərzində “Flora Holland” MMC ilə ümumi dəyəri 95 078 manat olan iki satınalam müqaviləsi bağlayıblar. İndi gəlin görək “Flora Holland”  MMC bu dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı və açıq mənbələrdə şirkət haqqında rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.

Qeyd edək ki, rəsmi mənbələrdə yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının qalib seçdiyi “FLORA HOLLAND” MMC-nin adı bir sıra şübhəli satınalmalarda hallanır. Həmçinin MMC-nin adı müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırmasında da hallanır.

Belə ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 02.06.2026-ci ildə satınalmaların portalında bildiriş yerləşdirilmişdir. Bildirişdə qeyd edilir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tələbatına uyğun olaraq, “Xüsusi dövlət tədbirləri üçün güllər, əklillər və gül səbətləri”nin satınalınması ilə bağlı 07.05.2026-cı il tarixdə təklif zərflərinin açılışı həyata keçirilmişdir.

“Flora Holland” MMC Qanunun 35.1.1-ci (şərtlər toplusunun uyğunluq tələbləri üzrə xüsusi tələblərin meyarlarına uyğun gəlmədiyindən – Şərtlər toplusunun tələblərini pozaraq peşəkarlıq və təcrübə meyarı üzrə satınalma müqaviləsini və təhvil təslim aktlarını təqdim etmədiyindən, yerləşdirilmiş elektron qaimələr tərəflər arasında təsdiq edilmədiyindən) və Qanunun 35.1.11-ci (xüsusi tələblərin maliyyə imkanları meyarları üzrə maddi vəsaitə çıxışla bağlı saxta sənəd təqdim etdiyindən Qanunun 7.1-ci maddəsi ( Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanunun 35-ci maddəsinə uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.) əsas tutulmaqla) maddələrinin tələbləri əsas tutularaq satınalmadan kənarlaşdırılmışdır.

Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir:

“FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir.

Bütün bu rəsmi məlumatlardan da göründüyü kimi “Flora Holland” MMC-nin adı müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırması kimi ciddi qanun pozuntularında hallanır. Amma buna baxmayaraq Daxili Qoşunların Baş İdarəsi və Dövlət Sərhəd Xidməti kimi ciddi dövlət qurumları sözügedən şirkəti qalib seçirlər. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə  “FLORA HOLLAND” MMC tərəfindən yol verilən müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırması kimi hallara göz yumur, dolayısı ilə geniş şərait yaradır.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 18 il axtarışda idi: Yusif Əliyev Sankt-Peterburqda saxlanıldı
Next: “Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO

OXŞAR MÖVZULAR

1781088690_tia_f4e79e67a260dfd4c2972920c286cc6a_q69t5yjem2i80b3hvukn
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO

admin 10.06.2026
1781091429_screenshot-2026-06-10-153555
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır

admin 10.06.2026
1781092902_tia_a5d1cf8802e05741af24744d743eeb54_4gfum0lx2kbin5jwv7a3
  • CƏMİYYƏT

“Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO

admin 10.06.2026

XƏBƏR LENTİ

Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO 1781088690_tia_f4e79e67a260dfd4c2972920c286cc6a_q69t5yjem2i80b3hvukn
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO

admin 10.06.2026
İşğaldan azad olmuş bölgələrdə ev növbəsi gözləyənlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazıdır....
DAVAMI Read more about Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO
FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır 1781091429_screenshot-2026-06-10-153555
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır

admin 10.06.2026
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderə yekun vurub. Qurum nazirliyin balansında olan avtomobillər üçün təkər almağı...
DAVAMI Read more about FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır
“Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO 1781092902_tia_a5d1cf8802e05741af24744d743eeb54_4gfum0lx2kbin5jwv7a3
  • CƏMİYYƏT

“Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO

admin 10.06.2026
Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim Fuad İslamzadə qəribə vəziyyətlə üzləşib. Buna səbəb “Azərişıq”ın ona göndərdiyi mesajdır....
DAVAMI Read more about “Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO
“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır 1781087175_screenshot-2026-06-10-142440
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır

admin 10.06.2026
Dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, şübhəli tenderlərlə bağlı mediada kifayət qədər geniş məlumatlar var. Satınalan təşkilat olaraq...
DAVAMI Read more about “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır
18 il axtarışda idi: Yusif Əliyev Sankt-Peterburqda saxlanıldı 3fe5581da5b920dc7997cfb83ce25d66_Untitled-1
  • ARAŞDIRMA

18 il axtarışda idi: Yusif Əliyev Sankt-Peterburqda saxlanıldı

admin 10.06.2026
Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb. 54 yaşlı Əliyev 2008-ci ildən...
DAVAMI Read more about 18 il axtarışda idi: Yusif Əliyev Sankt-Peterburqda saxlanıldı

Bütün yazılar

1781088690_tia_f4e79e67a260dfd4c2972920c286cc6a_q69t5yjem2i80b3hvukn
  • CƏMİYYƏT
  • ÖLKƏ

Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO

admin 10.06.2026
1781091429_screenshot-2026-06-10-153555
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

FHN ölkədə külli miqdarda pul çıxaran şirkətdən 1.2 milyon manatlıq təkər alır

admin 10.06.2026
1781092902_tia_a5d1cf8802e05741af24744d743eeb54_4gfum0lx2kbin5jwv7a3
  • CƏMİYYƏT

“Azərişıq” həkimlə “məzələnib”: “0 qəpik borcunuz var, ödəyin” – FOTO

admin 10.06.2026
1781087175_screenshot-2026-06-10-142440
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır

admin 10.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.