PAYLAŞIN:
Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.
54 yaşlı Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub və bir sıra ağır cinayətlərdə, o cümlədən qətllərdə ittiham edilir. O, iyunun 9-da şəhərin Makarov sahilində yerləşən evlərdən birində tutulub. Bildirilir ki, Əliyev cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir və bu ittiham üzrə onu 15 ilədək həbs cəzası gözləyə bilər.
Soztv.az
