Skip to content
10.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin “Haqq” Məntiqi!
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin “Haqq” Məntiqi!

admin 10.06.2026
Screenshot

Screenshot

Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa sürükləyir.
Redaksiyamıza müraciət edən İmişli rayonu, Hacımuradlı kənd sakinləri — Həsənov İmaməddin və Tarverdiyev Vahid tərəfindən daxil olan şikayət, rayondakı təhsil ocaqlarının necə şəxsi “biznes strukturuna” çevrildiyinin və bu rəzalətin yuxarı instansiyalar tərəfindən necə himayə olunduğunun bariz nümunəsidir.
​Şikayətçi Həsənov İmaməddin 2017-ci ildən Qoşqar Tarverdiyev adına Hacımuradlı kənd orta məktəbində dalandar vəzifəsində çalışıb.
İşlədiyi müddət ərzində heç bir töhməti, xəbərdarlığı, nöqsanı olmayan bir vətəndaş heç bir qanuni əsas göstərilmədən qəfildən işindən kənarlaşdırılıb.
Eyni qanunsuzluqla məktəbin təsərrüfat şöbəsinin əməkdaşı Tarverdiyev Vahid də üzləşib.
​bəs bu qanunsuzluğun kökündə nə dayanır?
Səbəb təhsil keyfiyyəti yox, birbaşa maddi maraqlardır!
​2023-cü ildə sözügedən məktəbə Ruslan adlı şəxs direktor təyin olunur. İddialara görə, yeni direktor işə başlayan kimi işçiləri otağına yığaraq rəsmən şərt kəsir:
“Kim işləmək istəyirsə, hər ay mənə 20 manat verməlidir”. Zaman keçdikcə bu “aylıq xəracın” məbləği rəsmən artaraq 50 manata çatır. Bu rüsumu ödəməyən vətəndaşlar isə dərhal qapının arxasına qoyulur.
​Hacımuradlı kənd məktəbinin direktoru Ruslanın keçmişinə və fəaliyyətinə nəzər salanda acınacaqlı mənzərə yaranır.
Təhsil sahəsinə heç bir aidiyyatı olmayan, tutarlı bir diplomu belə tapılmayan bu şəxs, rayonda daha çox təhsil mütəxəssisi kimi yox, işlətdiyi kafeyə görə “qəlyançı” kimi tanınır.
​İndi sual olunur:
Təhsildən uzaq bir qəlyançını məktəbə kimlər və hansı maraqlar çərçivəsində direktor təyin etdirib? Belə çıxır ki, İmişli rayonunda kim istəsə məktəb direktoru ola bilər və təhsil şöbəsi də müəyyən “qarşılıqlar” müqabilində buna göz yummağı çox gözəl bacarır.
​Bu məqamda İmişli Rayon Təhsil Şöbəsinin sektor müdiri Elşad müəllimin rolu ortaya çıxır. Elşad müəllim, rəhbərlik etdiyi sahədə qanunun icrasını təmin etmək əvəzinə, bu “qəlyançı” direktoru niyə bu qədər canfəşanlıqla müdafiə edir?
Bu müdafiənin arxasında hansı maddi bağlar dayanır? Görünən odur ki, sektor müdiri üçün işin icrası və təhsilin gələcəyi yox, maddiyyat daha üstün və cəlbedicidir.
​İşdən çıxarılan vətəndaşlar haqqını axtarmaq üçün ilk növbədə Əmək Müfəttişliyinə müraciət ediblər və qurum vətəndaşın tam haqlı olduğunu təsdiqləyib. Daha sonra məsələ rayon məhkəməsinə daşınıb. Rayon məhkəməsi də faktları araşdıraraq vətəndaşın xeyrinə ədalətli qərar çıxarıb.
​Amma rəzalət bununla bitmir. Dövlətin məhkəməsinin çıxardığı qərarı icra etmək əvəzinə, Mil-Muğan Regional Təhsil İdarəsi apelyasiya şikayəti verir.
Məsələ ilə bağlı regional idarənin müdir müavini Ramil müəllimlə əlaqə saxlanılarkən onun verdiyi cavab rəsmi bir dövlət məmurunun yox, sanki bir qisasçının leksikonundan götürülüb:
“Əgər məhkəməyə verilməsəydi, bir şey fikirləşmək olardı…”
​Bu nə yanaşmadır, Ramil müəllim?
Bir vətəndaş öz haqqını arayırsa və dövlətin ali məhkəmə orqanı da onun haqlı olduğunu təsdiqləyirsə, Mil-Muğan Regional Təhsil İdarəsi hansı maraqlar daxilində vətəndaşın hüququnu təmin etmir?
​Regional idarənin və rayon təhsil sektorunun bu qədər inadkarlıqla məhkəmə qərarından qaçmasının və vətəndaşı sıxışdırmasının arxasında tək bir səbəb dayanır:
Məktəbdəki pul yığımının və digər qanunsuz işlərin üstünü ört-basdır etmək, bu çirkin zəncirin gün işığına çıxmasının qarşısını almaq! Çünki yaxşı bilirlər ki, o işçilər geri qayıtsa, məktəbdəki qaranlıq otaqlarda qurulan “aylıq xərac” sisteminin bütün detalları ifşa olunacaq.
​Biz buradan Elm və Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına səslənirik: İmişli təhsilini idarə edən bu üçlük — direktor Ruslan, sektor müdiri Elşad və regional idarənin müavini Ramil — dövlətin qanunlarını və məhkəmə qərarlarını hansı cəsarətlə heçə sayırlar?
Vətəndaşın çörəyinə bais olan, məktəbi kafeyə çevirənlərin əməllərinə nə vaxt hüquqi qiymət veriləcək?
​Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də (əgər deyəcək qanuni bir sözləri varsa) mövqeyini dərc etməyə hazırıq.
Sima Babayeva
TEREF

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Next: İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR… – FOTOFAKT

OXŞAR MÖVZULAR

1781068847_screenshot-2026-06-10-091827
  • GÜNDƏM
  • ÖLKƏ

Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki… – BU NƏDİ BELƏ?

admin 10.06.2026
1781063859_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İnsident törədən Galenwagen: ORTADA MÜƏMMA VAR… – FOTOFAKT

admin 10.06.2026
1781005439_screenshot_20260609_154205_com_android_chrome_chrometabbedactivity
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır – İLGİNC FAKTLAR…

admin 09.06.2026

XƏBƏR LENTİ

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO 20260605-165607
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

admin 10.06.2026
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli sexin fəaliyyətini dayandırıb. Bildirilib ki, Dövlət...
DAVAMI Read more about Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı 7b4fa8c3e10492f5df7d3c8163feda04_Untitled-1
  • ARAŞDIRMA

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı

admin 10.06.2026
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb.  Qaynarinfo-nun məlumatına görə, məsələ 2024-cü ildə V.G....
DAVAMI Read more about “Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR 1781075443_media-sabu-x8usw9-v
  • CƏMİYYƏT

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR

admin 10.06.2026
Təcili Tibbi Yardım həkimi Sabunçu Tibb Mərkəzində insilt keçirən xəstəyə göstərilən laqeyd münasibəti ictimailəşdirib. Həkim Pərvanə Fətullayevanın...
DAVAMI Read more about Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR
Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT 1781063539_1
  • CƏMİYYƏT

Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT

admin 10.06.2026
Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması üçün...
DAVAMI Read more about Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT
AYNA üçün vacib olanı qazancdır… 1781063983_1
  • CƏMİYYƏT

AYNA üçün vacib olanı qazancdır…

admin 10.06.2026
Dünən havanın isti keçməsi səbəbindən 125 nömrəli marşrut avtobusunda sərnişinlərdən birinin halı pisləşib. Sərnişin Sitat.info-ya bildirib ki,...
DAVAMI Read more about AYNA üçün vacib olanı qazancdır…

Bütün yazılar

20260605-165607
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

admin 10.06.2026
7b4fa8c3e10492f5df7d3c8163feda04_Untitled-1
  • ARAŞDIRMA

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı

admin 10.06.2026
1781075443_media-sabu-x8usw9-v
  • CƏMİYYƏT

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR

admin 10.06.2026
1781063539_1
  • CƏMİYYƏT

Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT

admin 10.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.