Skip to content
10.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

admin 10.06.2026
20260605-165607

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli sexin fəaliyyətini dayandırıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki:

– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb;

– obyektdə daxili yanğın kranları quraşdırılmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz edilməyib;

– obyektin daxilində boyama otağı havalandırma sistemi ilə təmin edilməyib və otağın arakəsmə divarları və tavan hissəsi yanar materialla üzlənib;

– yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;

– təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;

– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

– obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan və metal sobadan istifadə olunur;

– obyektin daxili taxta yonqarlarından təmizlənməyib;

– işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;

– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

– obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı

OXŞAR MÖVZULAR

1781075443_media-sabu-x8usw9-v
  • CƏMİYYƏT

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR

admin 10.06.2026
1781063539_1
  • CƏMİYYƏT

Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT

admin 10.06.2026
1781063983_1
  • CƏMİYYƏT

AYNA üçün vacib olanı qazancdır…

admin 10.06.2026

XƏBƏR LENTİ

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO 20260605-165607
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

admin 10.06.2026
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli sexin fəaliyyətini dayandırıb. Bildirilib ki, Dövlət...
DAVAMI Read more about Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı 7b4fa8c3e10492f5df7d3c8163feda04_Untitled-1
  • ARAŞDIRMA

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı

admin 10.06.2026
“Dünyagöz” xəstəxanasının baş həkimi Kenan Yıldırım barəsində cinayət işi açılıb.  Qaynarinfo-nun məlumatına görə, məsələ 2024-cü ildə V.G....
DAVAMI Read more about “Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR 1781075443_media-sabu-x8usw9-v
  • CƏMİYYƏT

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR

admin 10.06.2026
Təcili Tibbi Yardım həkimi Sabunçu Tibb Mərkəzində insilt keçirən xəstəyə göstərilən laqeyd münasibəti ictimailəşdirib. Həkim Pərvanə Fətullayevanın...
DAVAMI Read more about Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR
Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT 1781063539_1
  • CƏMİYYƏT

Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT

admin 10.06.2026
Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması üçün...
DAVAMI Read more about Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT
AYNA üçün vacib olanı qazancdır… 1781063983_1
  • CƏMİYYƏT

AYNA üçün vacib olanı qazancdır…

admin 10.06.2026
Dünən havanın isti keçməsi səbəbindən 125 nömrəli marşrut avtobusunda sərnişinlərdən birinin halı pisləşib. Sərnişin Sitat.info-ya bildirib ki,...
DAVAMI Read more about AYNA üçün vacib olanı qazancdır…

Bütün yazılar

20260605-165607
  • CƏMİYYƏT
  • VİDEO

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı – VİDEO

admin 10.06.2026
7b4fa8c3e10492f5df7d3c8163feda04_Untitled-1
  • ARAŞDIRMA

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı

admin 10.06.2026
1781075443_media-sabu-x8usw9-v
  • CƏMİYYƏT

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR

admin 10.06.2026
1781063539_1
  • CƏMİYYƏT

Gəncədə zibilə ayrılan milyon… – TƏFƏRRÜAT

admin 10.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.