Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “NETANYAHU YARATDIĞI YANGININ QURBANI OLA BİLƏR…” – ABŞ və İngiltərə tarixi seçim qarşısındadırlar
  • GÜNDƏM

“NETANYAHU YARATDIĞI YANGININ QURBANI OLA BİLƏR…” – ABŞ və İngiltərə tarixi seçim qarşısındadırlar

admin 15.10.2024
1728936327_1
Namiq Bilal
İsrailin İrana qarşı elan etdiyi “öldürücü zərbələr” gecikir. Hamı bu zərbələərdən danışır, ləngiməni də müxtəlif cür izah edirlər. Britaniyanın çox ünlü ˝The Economist˝ dərgisi məsələyə xeyli dərəcədə aydınlıq gətirən məqalə dərc edib.

Yazıda deyilir ki, ABŞ prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında 9 oktyabrda telefon danışığı olub və tərəflər ciddi razılıq əldə edə bilməyiblər. İddia olunur ki, Netanyahu İranın neft sənayesi və nüvə obyektləri ilə yanaşı hərbi strukturu çökdürmək və ölkə rəhbərliyindəki müəyyən şəxslərin də öldürülməsi kimi çox geniş plan üzərində israr edib. Bayden isə neft sektoru və nüvə obyektlərinin hücumdan kənarda saxlanmasında israrlıdır.

Dərgidə o da qeyd olunur ki, Netanyahu və generalları arasında da İrana hücumun parametrləri barədə ciddi fikir ayrılıqları hər zaman olub: ˝Amma indi generallar da risqə getməyə hazırdılar və onlar da Netanyahu ilə birlikdə yaratdıqları yanğının və təkəbbürlərinin qurbanı ola bilərlər˝.

Mənzərə göz qabağındadır. İrana hücumun miqyası ilə bağlı ABŞ və İsrailin maraqları arasında dərin uçurum yaranıb. Hər iki tərəfin yanaşması təbiidir. İran və İsrail rejimlərinin eyni mənbədən “qidanlmasına” baxmayaraq, var olma səbəbləri kimi gördükləri bir-birnə qarşı düşmənçilik ideologiyasını o qədər genişləndirinlər ki, artıq real qarşıdurmadan qaçmaq mümkünsüz görünür.

İranın vəkalət gücləri yəhudi dövlətini mütəmadi raket atəşlərinə məruz qoyur. Qərb mətbuatında yer alan çoxsaylı məlumatlara görə çoxunun ikili vətəndaşlığı olan israillilərin əhəmiyyətli hissəsi ölkəni tərk edir. Hətta İsrail dövləti ölkədən qaçanların qarşısını almaq üçün müəyyən qadağalar tətbiq edir.

Başadüşüləndir. İnsanlar mütəmadi olaraq, gecə-gündüz demədən ölüm təhlükəsi qarşısında evlərini, iş yerlərini atıb zirzəmilərə gizlənməkdən beziblər. Vəkalət güclərinin arxasında İran durursa, İsrail də problemin həllinifars rejiminə qarşı irimiqyaslı hücumda görür. Netanyahu iranlılara da müraciət edərək ˝ölkənizdə rejim dəyişikliyi gözlədiyinizdən daha tez baş verəcək˝ deyib.

ABŞ-nin milli maraqları isə İrandakı rejimin ayaqda qalmasını tələb edir. İranda məzhəbçi fars rejimini quran qərb ağılıdır. Bu, subuta ehtiyacı olmayan aksiomdur. İrandakı rejim dəyişikliyini Qərbin xüsusi xidmətlərin necə həyata keçirdiklərini xırda detallarına qədər incələyən yüzlərlə kitab yazılıb. Müxtəlif məlumatlara görə İranda farsların sayı ölkə əhalisinin 25-35 faizi qədərdir. Belə şəraitdə qeyri fars millətlərinə qarşı çox sərt siyasət yürüdən məzhəbçi fars rejimi ciddi xarici dəstək olmadan ayaqda qala bilməz.

Məlum faktdır ki, bu dəstək “mollaları” hakimiyyətə gətirən Qərbin özündən gəlir. Ortalıqda özünəməxsus anlaşma var. İranda fars rejiminin ayaqda qalması üçün Qərb hər cür gizli yardım edir. Rəsmi Tehran isə ABŞ, İngiltərə və digər Qərb dövlətlərinin regiondakı maraqlarını təmin edir. Fars rejimi əsasən ABŞ-İngiltərə tandeminin əlində Böyük Orta Şərqi dizayn etmək üçün ən böyük alətdir.

Qərblilər İran bayrağı altında qurduqları iki böyük proyektlə regionu istədikləri kimi yönəldirlər. Bunlardan birincisi “Şiə hilalı”, ikincisi məzhəb düşmənçiliyi ideolagiyasıdır. Fövqaladə əhəmiyyətli bu proyektləri qurmaq və sıfır xəta ilə həyata keçirmək İrandakırejimin qabiliyyəti xaricindədir. Proyektlər Qərbin dərin düşüncə quruluşlarının dəhlizlərində hazırlanır. Yazilan tezisləri səsləndirən və proyektləri fiziki olaraq həyata keçirən isə İran tərəfidir. Hər iki proyektin fəsadsız yürüməsi tərəflərinin ikisinin də maraqlarına uyğundur.

Sual yaranır: Anqlosaks tandemi dünyanın ən böyük neft regionunu nəzarətdə saxlamaq üçün yaratdığı ən əhəmiyətli ˝instrumenti˝ İsrailin maraqları naminə itirməyə razılaşarmı?

Gedən proseslər göstərir ki, xeyr, əsla razı deyillər. Məhz bu səbəbdən Bayden “neft sektorunu və nüvə obyektlərini vurma” deyir və bilir ki, bu sektorlar çökdürülməzsə, fars rejimi ayaqda qalacaq. Digər tərəfdən, İngiltərə də İsrailin İrandakı məzhəbçi rejimi zəiflədəcək planına “qırmızı işıq” yandırıb. Qərb mətbuatında gedən məlumatlara görə, rəsmi London İrana öldürücü zərbə endirmək üçün İsrailə gərəkli olan hərbi texniki yardımı verməkdən imtina edir.

İsrail ətrafında baş verən proseslərlə bağlı xüsusi əhəmiyyət daşıyan başqa bir məqama diqqət yetirək: ABŞ və İngiltərənin maraqları İsrailin milli maraqları ilə toqquşursa, deməli böyük yəhudi lobbisinin maraqları ilə də toqquşur. Məlumdur ki, yəhudi lobbisi ABŞ-də fövqəladə dərəcədə böyük təsirə malikdir. İndiyə qədər gedən proseslər yəhudi lobbisinin ABŞ-nin milli maraqlarının yanında deyil, İsrail maraqlarının yanında yer aldığını söyləməyə əsas verir.

Bir qədər iddialı səslənsə də, belə görünür ki, ABŞ tarixinin bəlkə də ən böyük seçimi qarşısındadır. Bu dövlət özünün milli maraqlarını, yoxsa, dövlətin bütün strukturlarına sirayət etmiş yəhudi lobbisinin maraqlarınımı üstün tutacaq? İrana zərbələrin hansı senari üzərində baş tutcağı bu suala aydınlıq gətirən ˝lakmus kağızı˝ rolunu oynayacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azərenerji” ASC- dən daha bir şübhəli tender – 6,4 milyonluq müqavilə kiminlə bağlanıb
Next: İcra başçısı tanınmış müğənni ilə rəqs etdi – Digər vəzifəli pul verdi + VİDEO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.