Skip to content
03.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT

admin 03.06.2026
1780476312_1
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən “Sahil-S İnşaat” MTK sakinləri tərəfindən Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəmə sədri İnam Kərimova müraciət edilib. Anaxeber.info.az bildirir ki, müraciətdə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin çıxardığı iki hökmdən narazılıq ifadə olıunub.
Müraciətdə deyilir: Hörmətli sədr və Məhkəmə-Hüquq Şurası, biz MTK sakinlərinin müraciətinə səbəb tikinti şirkətinin dələduzluğa yol vermiş rəhbərliyi haqda çıxarılan hökmdən olan narazılığımızdır. 4 il davam edən məhkəmə istintaqından sonra nəhayət ki, “Sahil-S İnşaat” MTK rəhbəri Taley Alaverdiyevə və şəriki Pənah Kərimova hüququn üzünü tüpürərək hökm oxundu. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dələduzluqda təqsirləndirilən Taley Alaverdiyev 5 il azadlıqdan məhrum olundu, şəriki Pənah Kərimova isə 1 il şərti cəza verildi. 165 ailəni aldadan, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etdiyi sübuta yetirilmiş hər iki şəxsə Cinayət Məcəlləsinin tam ziddinə gedilərək yüngül cəza verildi. Hələ üstəlik, Pənah Kərimov azadlıqda daha bir cinayətə yol verib. Bu barədə bir qədər sonra detallı qeyd edəcəyik.
İndi isə biz hakimin çıxardığı bu hökmə etiraz edirik. Hər iki dələduz ağır cəzaya məhkum olunmalı idi. Ən əsası isə onlar vurduğu zərəri ödəməlidirlər. Məhkəmə Taley Alaverdiyev və Pənah Kərimovun əmlaklarının müsadirə edilməsi, zərər çəkənlərə dəyən ziyanın ödənilməsinin təmin olunması ilə bağlı qərar çıxarmalı idi. Amma biri 5 il həbs cəzası alır və il yarım sonra azadlığa çıxacaq, digərinə isə şərti cəza verilir.
Hörmətli Məhkəmə-Hüquq Şurası, hələ bu da ayrı məsələdir ki, belə bir hökmü oxumaq üçün 4 il məhkəmə proseslərini davam etdirməyə ehtiyac yox idi. İllərlə vətəndaşlar məhkəmələrə get-gələ salındı, nəticəsi də hakim Elnur Nuriyevin ədalətsiz qərarı oldu. Biz bu hökmün dəyişdirilib Pənah Kərimovun həbs olunmasını, ona ağır cəza verilməsini, əmlaklarının müsadirə edilməsini, Taley Alaverdiyevə də 5 ildən çox həbs cəzası verilməsini istəyirik. MTK rəhbəri 5 il həbs Hakim Elnur Nuriyev dələduzluğa yol vermiş, 165 ailənin həyatını illərdir cəhənnəmə çevirmiş bu şəxslərə niyə belə yüngül hökm oxumasını heç bir səbəblə izah etməyib. Yəni sözügedən dələduzların nə səhhətində problem var, nə himayəsində azyaşlı. O halda, hansı dələduzluq faktına görə indiyə qədər belə yumşaq hökm oxunub? Əksinə, bu maddə ilə təqsirləndirilən şəxslər ən azı 9-12 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Elnur Nuriyev isə bir “tarixi” və “nümunəvi” qərar verib, hakimlər arasında “rekorda” imza atıb. Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin apardığı istintaqla hər iki şəxsin maddi sübutlar, zərər çəkənlərin ifadələri ilə dələduzluq əməlləri sübuta yetirilib. Amma prokurorluğun apardığı obyektiv istintaqın qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev qeyri-obyektiv, ədalətsiz hökm çıxardı.

İndisə gələk, işin detallarına. Necə oldu ki, hakim Nuriyev Taley Alaverdiyevi və Pənah Kərimovu sözün əsl mənasında böyük dələduzluq işindən xilas etdi, 165 ailəni isə yenə də hüquqi problemlərlə üz-üzə qoydu…
Əvvəlcə, Pənah Kərimovdan başlayaq. Məhz bu şəxs MTK rəhbəri ilə şərik olandan sonra bir mənzilin bir neçə adama satılmasına başlanıb. Ona qədər belə saxtakarlıq halları yox idi və Pənah Kərimov Taley Alaverdiyevi bu “yola” çəkə bilib. İstintaqın sübuta yetirdiyi bu dələduzluq faktına baxmayaraq, hakim Elnur Nuriyev Pənah Kərimovu “təcili tibbi müdaxilə” adı ilə ev dustaqlığına buraxıb. Zərər çəkmiş sakinlərə məlum olub ki, Pənah Kərimovun səhhətində problem yoxdur və hər hansı əməliyyat olunmayıb. Bu, saxtakarlığın bir forması. Ancaq hakim Nuriyev hansısa səbəbdən və ya maraqdan irəli gələrək Pənah Kərimova bu şəraiti yaradıb. Hərçənd ölkədə marketdən ərzaq oğurlayana heç məhkəmə bu qədər yumşaq davranmır. 165 ailəyə ev problemi yaradan, indiyə qədər dəymiş zərəri ödəməyən Pənah Kərimov bəhanə ilə ev dustaqlığına buraxılıb. Bu da azmış kimi, onun azadlıqda daha bir cinayət işi üzə çıxıb. Hakimin azad etdiyi bu şəxs “səhhətində problem” adı ilə “Sea Breeze”də tikinti işinə girişib. Bu yaxınlarda məlum olub ki, Pənah Kərimov orada da dələduzluq edib və artıq barəsində cinayət işi açılıb. Bəs hakim Elnur Nuriyev buna necə izah verəcək? Cinayətkarı azad etməyin özü belə məsuliyyət deməkdir və həmin şəxsin növbəti cinayəti törətməsinə şərait yaratmaqdır. Amma bu əməllərin sahibi olan Pənah Kərimova cəmi 1 il şərti cəza verilib. Yəni hüquqa, Cinayət Məcəlləsinə, Azərbaycan konstitusiyasına böyük hörmətsizlik olunub.

Cənab İnam Kərimov və Məhkəmə-Hüquq Şurası, biz 165 ailə dövlətdən və məhkəmədən ədalətli, obyektiv qərarın qəbul olunmasını gözləyirik. İnanırıq ki, hakimin verdiyi qeyri-obyektiv hökmə yenidən baxılacaq, illərimizi əlimizdən alan bu cinayətkarlara layiqli cəza veriləcək.

Anaxeber.info.az
Azər Talıbov

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 2,5 milyon manatlıq uşaq bağçası – “MİDA” MMC-nin layihəni həvalə etdiyi sirli şirkət
Next: Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağladı

OXŞAR MÖVZULAR

2026-04-21-13-45-568cr1f7qP3ohVBTLC6raZ_file
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı

admin 03.06.2026
1780477283_screenshot-2026-06-03-125225
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

admin 03.06.2026
1780407323_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağladı

admin 03.06.2026

XƏBƏR LENTİ

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək 1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək. “Report”...
DAVAMI Read more about Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA 1780488285_screenshot-2026-06-03-155756
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA

admin 03.06.2026
Paytaxtın Yasamal rayonu Hüsen Cavid kimi tanınan parkın ərazisinin özəlləşdirildiyi iddia edilir. Bu barədə AzFakt.com-a daxil olan...
DAVAMI Read more about Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA
AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər” 1780495947_media-ayn-a6uc7q
  • ÖLKƏ

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”

admin 03.06.2026
Bakı şəhərində nəqliyyat sisteminin və yol hərəkətinin tənzimlənməsi istiqamətində son dövrlər həyata keçirilən kəskin dəyişikliklər, tətbiq olunan...
DAVAMI Read more about AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”
Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO 1780489908_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO

admin 03.06.2026
SOCAR Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir ? Aldadılmış neftçinin pulunu qaytarın!!! Qarabağ veteranı, NeftçiMTK tərəfindən aldadılarq...
DAVAMI Read more about Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO
Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək? 1780484290_screenshot-2026-06-03-145748
  • CƏMİYYƏT

Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək?

admin 03.06.2026
Elm və Təhsil Nazirliyi bir gündə iki tender keçirib. Nazirlik dünən hər iki tenderin nəticələrini açıqlayıb. Məlum...
DAVAMI Read more about Təhsil Nazirliyindən bir gündə iki tender: 20 milyon manatı nələrə xərcləyəcək?

Bütün yazılar

1780485865_screenshot-2026-06-03-152256
  • İQTİSADİYYAT

Bakıda TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçiriləcək

admin 03.06.2026
1780488285_screenshot-2026-06-03-155756
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA

admin 03.06.2026
1780495947_media-ayn-a6uc7q
  • ÖLKƏ

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər”

admin 03.06.2026
1780489908_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Neftçi MTK və ARDNŞ-indəki havadarları ilə əlbir olub qazinin mənzilinin 40,6 kV/m-nin “dalına” keçiblər – FOTO

admin 03.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.