“Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur…” – Keçmiş deputat deyir ki…
“DİA-AZ” bildirir ki, onunla bağlı keçmiş deputat Etibar Əliyev diqqətə gəlib. Keçmiş deputat özünün sosial şəbəkə hesabında yazır:
” “Facebook”da oxudum ki, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Bu pul yığmaq mərkəzi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxsusdur.
Bizdə belədir: Yüksək vəzifə tutan məmurların bir qismi çox hiyləgər və zirək olurlar.
Orta özəl təhsilin necə böyük gəlirlər gətirdiyini anlayıb, dövlətdən qamarladıqları pulların hesabına liseylər və mərkəzlər yaradırlar. Məsələn, təhsilin əlifbasını belə bilməyən yoldaş Qaraşov kimi…
İllik təhsil haqqı 10-15min manat olan özəl məktəblər Azərbaycan cəmiyyəti üçün heç bir fayda gətirmir. Bunun üçün sadə bir təhlil aparmaq yetərlidir…
34 illik təhsil sahəsində fəaliyyətimə rəğmən bir sinif otağı belə aça bilmərəm.
İndi siz Qaraşovun nüfuzuna diqqət edin: Tədbirdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqa tanınmış isimlər iştirak ediblər…”


Soztv.az
