Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qida təhlükəsizliyində rəzalət – Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Qida təhlükəsizliyində rəzalət – Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?

admin 01.06.2026
1780311367_qda_qosqar_11

Son günlər ölkənin əsas marketlərində narahatlıq doğuran yeni bir tendensiya müşahidə olunur. Qida məhsullarının üzərində istifadə müddətinin bitməsinə hələ bir neçə gün qaldığı göstərilsə də, həmin məhsulların artıq iyləndiyi, kifləndiyi və bəzən istifadəyə yararsız hala düşdüyü barədə iddialar artır.

Bu vəziyyət bazarda yeni bir problemin başlandığını göstərir. Əvvəllər daha çox istifadə müddəti bitmiş məhsulların satışda qalması ilə bağlı narazılıqlar səslənirdisə, indi vəziyyət daha da fərqli xarakter alıb. Artıq məhsulun üzərində istifadə müddəti bitmədən onun xarab olması, iylənməsi, kiflənməsi və hətta qurd basması halları gündəmə gəlir. Qeyd olunur ki, bu hallar əsasən yerli istehsal məhsullarında daha çox müşahidə edilir.

Bu gün satış şəbəkələrində qurulan sistem belədir ki, hər bir şirkət öz məhsullarını marketlərdə özünə aid hissəyə düzmək, onları nəzarət altında saxlamaq üçün işçilər saxlayır. Həmin işçilərin əsas vəzifəsi vaxtı keçmiş məhsulları satışdan çıxarmaq, rəflərdə səliqəli görünüşü təmin etmək və məhsul dövriyyəsini izləməkdir.

Lakin məhsulun üzərində istifadə müddəti bitmədiyi halda problem nə market rəhbərliyinə, nə də həmin şirkətin nümayəndəsinin məsuliyyətinə aid edilir. Market rəhbərliyi bildirir ki, məhsulun istifadə müddəti bitməyib, şirkət işçisi də eyni mövqeni sərgiləyir. Beləliklə, ortada ciddi bir sual yaranır –  bu halda günahkar kimdir?

Cavab aydırndır, istehsalçı.

Əgər məhsul istifadə müddəti bitmədən xarab olursa, bu, ilk növbədə istehsal prosesində, qablaşdırmada və ya saxlanma qaydalarında ciddi problem olduğunu göstərir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan əsas qurum isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Qida Təhlükəsizliyi Agentliyi istehsal müddətindən başlayaraq məhsulun necə hazırlandığına, necə qablaşdırıldığına, necə daşındığına və nəhayət istehlakçıya çatana qədər bütün mərhələlərə nəzarət etməlidir. Yəni nəzarət yalnız bazarda və ya marketdə başlamamalı, məhsulun istehsal xəttindən çıxış anından etibarən davam etməlidir.

Əsas məsələ də məhz budur: məhsulun təmiz və yararlı şəkildə istehsal olunmasına nə dərəcədə nəzarət edilir? Qoşqar Təhməzlinin rəhbərlik etdiyi sistem işləyirmi?

Mövcud vəziyyət fonunda Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bu sistemi nə dərəcədə qura bildiyi sualı da aktuallaşır. Qurumun demək olar bütün rayonlarda nəzarətçiləri və işçiləri var. Məhsul istehsal edən şirkətlərə yerində nəzarət olunmalı, istehsal prosesi davamlı monitorinq altında saxlanılmalıdır. Əgər bu nəzarət doğrudan da işləkdirsə, o zaman nədən məhsullar istifadə müddəti bitməmiş xarab olur, iylənir və kiflənir? Bu sualın cavabı hələ də aydın deyil.

Ya məhsulun istifadə müddətini göstərən bildirişlər qanunsuz şəkildə yenilənir, ya da məhsulun özü düzgün istehsal olunmur. Hər iki halda nəticə eynidir – istehlakçı aldadılır, bazara isə keyfiyyətsiz məhsul çıxır.

Bu gün marketlərdə yaranan vəziyyət artıq adi bir satış problemi kimi görünmür. Bu, istehsaldan satışa qədər uzanan zəncirdə ciddi nəzarət boşluğunun olduğunu göstərir. Əgər məhsul istifadəyə yararlı tarix bitmədən xarab olursa, bu sistemin haradasa sındığını sübut edir.

Nəticədə isə heç kim məsuliyyət daşımır. Market məsuliyyəti istehsalçıya yönəldir, istehsalçı marketi göstərir, Qida Təhlükəsizliyi Agentliyi isə sadəcə gün keçirir. İctimaiyyət isə hər gün xarab qida yeyir.

Bizimesr.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
Next:  “Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur…” – Keçmiş deputat deyir ki…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.