Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Başı ova qarışan icra başçısı “bizə pul ayrılmır” deyir, FHN və Agentlik isə… – “Qotur”un qaşınan yarası və ya (FOTOLAR)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Başı ova qarışan icra başçısı “bizə pul ayrılmır” deyir, FHN və Agentlik isə… – “Qotur”un qaşınan yarası və ya (FOTOLAR)

admin 01.06.2026
1780291343_1
Abşeron rayon, Masazır kəndi, Məmməd Araz küçəsi, döngə 1 ünvanda iki aydan artıqdır fəlakət yaşanır.

Bu barədə Mia.az-a ərazidə yaşayan sakinlər şikayət məktubu ünvanlayıblar.

Şikayətdə yerli icra və bələdiyyə qurumlarının ev dəllallarına ərazidə “Qotur” adıyla tanınan gölün qurudulması və orada evlər tikilərək satılmasına şərait yaratmaqla, yaranmış dözülməz problemdən söz açılıb.

Bildirilib ki, mart ayından başlayaraq yağan yağışlardan sonra gölün qalan kiçik hissəsi də daşıb, üstəlik, ərazidə tikilərək baha qiymətlərə satılan onlarla ev çirkab suların içində qalıb: “Hazırda çirkab sular üfunət yaradıb, bölgədə yoluxucu xəstəliklərin yayılma riski çox böyükdür. Təəssüf ki, ötən iki ayda icra başçısı Abdin Fərzəliyevə dəfələrlə şikayət olunub. İcra Hakimiyyətindən açıq deyilir ki, onlara pul ayrılmır deyə tədbir görə bilmirlər. Abşeron Su İdarəsinin isə sınıq-salxaq bir matoru var, bir gün qoşurlar, sonra xarab olur, çəkib aparırlar. FHN isə deyir ki, problemi yerli icra və bələdiyyə qurumları yaradıb, onlar əlac eləsin. Biz dəfələrlə Prezident Administrasiyasında, Heydər Əliyev Fondunda olmuşuq. Hər dəfə də bizə söz verilir ki, rayon İH başçısına tapşırıq verilib, həll olunacaq. Lakin görünən odur ki, Abdin Fərzəliyev, yaxud onun icra başçısı kimi protipi hesab olunan Nurlan Həsənovun ovdan, pul qazanmaqdan və şou xarakterli tədbirlərdən savayı heç nəyə vaxtları yoxdur”.

Masazır sakinləri deyir ki, bu həftə problem həll edilməsə, ailə üzvləri ilə Prezident Administrasiyasının qarşısına qədər yürüş edəcəklər: “Səsimizi başqa cür eşitdirə bilmirik. Biz düz 2 aydır evimizə gedə bilmirik, küçələrdə qalmışıq. Belə zülmmü olar?! Sizə təqdim etdiyimiz foto və videolara baxın, dözülməz vəziyyətdir”.

Sakinlər deyir ki, indi onları gölün ərazisində vaxtı ilə ev almaqda ittiham edənlər niyə həmin ərazidə ev tikib satanılanda, kor olublar: “O vaxt niyə susublar? Niyə buna şərait yaradıblar? Axı biz haradan biləydik ki, ora “Qotur”un qanunsuz qurudulmuş ərazisidir?…”.

Sakinlər onu da deyir ki, ərazidə tikilmiş hündürmərtəbəli binaların kanalizasiya suları da bu gölə axıdılır: “Bu boyda bina tikilməsinə icazə verən icra başçısı və müvafiq qurumlar bunların kanalizasiya xətlərinə niyə zamanında diqqət etməyiblər? Görünür, hamısı pulunu alıb, hər şeyə göz yumublar. Bunlardan dövlət marağı qoruyanmı olar? Bunlardır dövlətə və ölkə başçısına sədaqətlə qulluq edənlər?…”.

Sonda sakinlər dövlət başçısı cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevadan kömək istəyiblər: “Ümidimiz yalnız Sizədir. Əminik ki, səsimiz sizə yetissə, ərazidəki suların çəkilməsi və problemin daimi həlli istiqamətində yerli məmurlar əsaslı tədbirlər görəcəklər…”





Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SƏRHƏDSİZ VƏTƏN SEVGİSİ
Next: YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.