Skip to content
22.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Təhsilimiz Bağırovlardan qurtula bilmir – VİDEO
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Təhsilimiz Bağırovlardan qurtula bilmir – VİDEO

admin 27.05.2026
1779854658_1
Azərbaycan təhsilinin başında “dəlləkliyi öyrənənlər” az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənlər də. Təhsil isə millətin gələcəyidirsə, deməli, onlar millətin gələcəyini şikəst etmək istəyənlər, təhsilə düşmən kəsilənlərdir. Ancaq sonrakı illərdə bəzilərinə elə gəldi ki, təhsil idarəetməsində dəyişikliklər, fiqurların əvəzlənməsi ilə müsbət irəliləyiş olacaq. Zaman isə göstərdi ki, “dəlləkliyi” təhsilin başında öyrənənlər vəzifələrə gətirilib. Misal üçün biri elə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov. Hamının sevdiyi “Yol əhvalatı” filmində deyildiyi kimi, “adama nə qədər demək olar ki, ay oğul, qurtar bu xırda-xuruş alverdən”.

“Bağırov bazarı”

Eşqi Bağırov da məhz mühüm bir postun başına gətiriləndən sonra “xırda-xuruş” biznesdən əl çəkmək bilmir – direktor təyinatlarını, müəllimlərin və şagirdlərin yerdəyişməsini “Bağırov bazarı”na çevirib. Bəli, Bakıda “Bağırov körpüsü” var idi, indi təhsilimizdə “, Bağırov bazarı” yaranıb. Bu səbəbdən, təhsildə keçmiş idarəçiləri əvəzləyən “islahatçı” Eşqi Bağırov kimi məmurlar bu sahəni elə günə salıb ki, iflic adamın bədəninə oxşayır. Yəni əl-qolu şikəst, sifəti deformasiyaya uğramış, ağzı əyilmiş, gözü çəpləşmiş bir Azərbaycan təhsili var – Eşqi Bağırovun və komandasının son illərdəki fəaliyyəti sayəsində. Sağ olsun, Bağırov və adamları təhsili yarımcan edib, ayağa qalxmağa heyi qalmayıb.
Çünki bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun “zəhməti” çox olub.
Elektron mediada, sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq, həmçinin təhsil ekspertlərinin rəyinə söykənərək, o cümlədən təhsildə baş verənləri müşahidə edərək məktəblərdə hansı bərbad mənzərənin yarandığını deməyə çalışırıq. Məhz Eşqi Bağırov uzun müddətdir ki, nazirlikdə və agentlik rəhbəri kimi kadr məsələsinə baxır. Yəni direktorları təyin etmək və işdən çıxarmaqla məşğuldur.
Müəllimlərin təyinatı, yerdəyişməsi də Eşqi Bağırovun kurasiyasındadır. Ona görə də təhsilimizdə “Bağırov bazarı” ad çıxarıb. Hətta kitab biznesinə qədər girişib.

Bundan başqa, heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə birbaşa məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi idarəetmə nöqtəsi isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA). Dolayısı ilə desək, Agentliyin rəhbəri Eşqi Bağırovun xəbəri olmadan məktəblərdə heç bir kütləvi maxinasiyaya yol verilməsi mümkün deyil.
Ümumiyyətlə, uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu əcayib adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur. Axı hansı qeyri-adi səriştəsinə görə?!

Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.
2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib. Görünən isə odur ki, Azərbaycanın Bağırovlardan qurtuluşu yoxdur. Biri 37-də ziyalılarımızı repressiya edib, biri ekologiya naziri kimi zamanında yaşıllıqları repressiya və genosid edib, indi isə gənc Bağırov təhsilimizi məhv, repressiya və qətl edir ki, ziyalılar, fidanlar yetişməsin…
Bəli, sadəcə, bu prosesdə Eşqi Bağırov tək deyil. Bu təhsil sistemində iştirakçılardan biri də Nurlan İsmayılbəylidir.
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) imtahan qeydiyyat şöbəsinin müdiridir. Onun da yerdəyişmə və digər qeyri-rəsmi işlərdə xüsusi rolunun olduğu bildirilir. Əslində, yaxşı olardı ki, Eşqi Bağırov Nurlan İsmayılbəylinin fəaliyyəti və ümumilikdə mətbuatda özü barəsində yuxarıda sadalanan iddialarla bağlı münasibət bildirsin, aydınlıq gətirsin. Bir tərəfsiz media olaraq Eşqi Bağırovun bu ittihamlara cavabını da işıqlandırmağa hazırıq.

Qarşı tərərf kimi adıçəkilən şəxslər mövqe bildirmək istəyərlərsə məqaləni hazırlayan Jurnalist Nicat Mahmudovun ünvanladığı bəzi suallara da cavab vermələri xahiş olunur.

Qeyd edək ki ,oxşar suallar Mediyada və sosial şəbəkələrdə dəfələrlə verilsə də indiyədək qarşı tərəfdən heç bir təkzib vəya hər hansı açıqlama verilməmişdir:

1. Eşqi Bağırovu Prezident Administrasiyasında vəzifə tutan hansı qohumu himayə edir və agentlik sədrinin qohumu olan “Həsən ağa” kimdir?

2.Eşqi Bağırov Nurlan İsmayıbəylinin yerdəyişmə , setifikasiya, müqavilələr, direktor ,direktor mavinlərinə və başqa təyinatlarda iştirakına nə üçün belə şərait yaradıb?

3. Bundan başqa, müəllimlərin sertifikasiyasında yığılan pullar iddia edilir. Bu pullar MÜTDA yaxınlığında yerləşən dərzixanalarda niyə yığılır və hara daşınır?
4. İşə qəbul ( müəllim) proseslərində böyük məbləğlərdə rüşvət yığılması iddia edilir. Bu iddiaların bəziləri faktlara əsaslanır. Bu barədə fikirləriniz?
5. Nurlan İsmayılbəyli üçün yeni yaranmış MÜTDA da 2025 ci ilin sonu 2026 nın əvvəli struktur dəyişikliyinə nə ehtiyac var?MÜTDA da niyə ümumtəsil şöbəsi yoxdur
6. 2024 ci il direktor imtahan nəticələri niyə indiyədək icra edilmir?
7. Eşqi Bağırov və müavini Arslan Hacıyev arasında nə baş verir. Kim haqqlıdır?

Məktəblərdə rüşvət piramidası və direktorların Eşqi Bağırovla işbirliyində nə kimi maliyyə maxinasiyaları, yeyintilər var, hesab edirik ki, bunun da Maliyyə nazirliyinin ciddi araşdırmasına ehtiyac var.-deyə Nicat Mahmudov qeyd edib.

1XEBER.MEDİA

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Masazırı viran qoyan Sadiq adlı iş adamını kim himayə edir?
Next: Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.