Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi – “Dato Ağcabədinski” kimdir?
  • ARAŞDIRMA

Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi – “Dato Ağcabədinski” kimdir?

admin 22.05.2026
2026-05-22-14-26-0899fhSUcXUT2HdvbU7mt0_file

Rusiyada kriminal aləmdə “Dato Ağcabədinski” kimi tanınan Cavid Məmmədovun barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya teleqram kanalları xəbər yayıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanları Cavid Məmmədovu cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaqda ittiham edir. İstintaqın versiyasına görə, o, 2013-cü ildən etibarən Moskva bölgəsindəki cəzaçəkmə müəssisələrində kriminal proseslərə nəzarət edib, məhkumlar arasında “obşak” adlandırılan ümumi cinayət fondunun idarə olunmasında iştirak edib.

İddialara görə, Dato Ağcabədinski (Fotoda solda) eyni zamanda, Rusiyanın ən məşhur və ciddi rejimli penitensiar müəssisələrindən biri hesab olunan Vladimir Mərkəzi Həbsxanasında (“Vladimirski Sentral”) kriminal aləmin nümayəndələri arasında “nəzarətçi” funksiyasını yerinə yetirib. Kriminal dairələrdə adı tez-tez hallanan Cavid Məmmədovun adı vaxtilə nüfuzlu avtoritet Nadir Səlifov ilə yaşanan qarşıdurmada da çəkilib.

Məlumata görə, 2016-cı ildə Dato Ağcabədinskinin tərəfdarları ilə lotu Qulinin ətrafı arasında ciddi münaqişə yaranıb. Qarşıdurma müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı kriminal qruplaşmalar arasında nüfuz savaşı kimi qiymətləndirilib. Mənbələr bildirir ki, Cavid İltizam oğlu Məmmədov 1985-ci ildə Ağcabədi rayonunun Yeniqaradolaq kəndində anadan olub. İlk dəfə hələ yeniyetmə yaşlarında ağır cinayət ittihamı ilə məhkum edilib.

Bildirilir ki, 2002-ci ildə törədilmiş qəsdən adam öldürməyə cəhd hadisəsinə görə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Həbsdən sonra onun kriminal çevrələrdə nüfuzu sürətlə artmağa başlayıb. 2013-cü ilin iyununda Yunanıstanda keçirilən toplantıda bir sıra tanınmış kriminal avtoritetlərin iştirakı ilə ona “qanuni oğru” statusu verildiyi bildirilir. Bu mərasimdən sonra “Dato Ağcabədinski” postsovet kriminal aləmində yeni nəslin nümayəndələrindən biri kimi tanınmağa başlayıb.

Kriminal aləmlə bağlı məlumat yayan mənbələrdə Dato Ağcabədinskinin “Yunanıstan qrupu” adlandırılan nüfuzlu kriminal şəbəkə ilə əlaqəli olduğu qeyd edilir. İddialara əsasən, onun arxasında Yunanıstanda fəaliyyət göstərən və keçmiş SSRİ ölkələrində geniş təsir imkanlarına malik kriminal dairələr dayanır. Məhz bu dəstək ona qısa müddətdə nüfuz qazanmağa imkan verib. Onun adı ən çox kriminal aləmin tanınmış simalarından biri olan Nadir Səlifov ilə qarşıdurma fonunda hallanıb.

2016-2017-ci illərdə Loto Qulinin ətrafında cəmləşən qüvvələrlə ona qarşı çıxan qruplaşmalar arasında ciddi mübarizə başlayıb. Mətbuatın yazdığına görə, həmin dövrdə lotu Quliyə qarşı formalaşan koalisiyanın əsas fiqurlarından biri məhz “Dato Ağcabədinski” olub. Münaqişə kriminal dünyada nüfuz, maliyyə axınları və müxtəlif ölkələrdə təsir zonalarına nəzarət uğrunda mübarizə kimi xarakterizə edilirdi. Bəzi mənbələr onu hətta lotu Quliyə qarşı yaradılmış düşərgənin qeyri-rəsmi lideri kimi təqdim edirdi.

2020-ci ildə lotu Qulinin Türkiyədə qətlə yetirilməsi postsovet kriminal aləmində qüvvələr balansını dəyişsə də, həmin qarşıdurmanın iştirakçılarının bir çoxu sonrakı illərdə də hüquq-mühafizə orqanlarının hədəfində qalıb. “Dato Ağcabədinski”nin fəaliyyəti təkcə Rusiya deyil, Ukrayna hüquq-mühafizə orqanlarının da diqqətində olub. 2018-ci ildə o, Ukraynada ardıcıl olaraq 3 dəfə saxlanılıb və hər dəfə ölkədən çıxarılıb. Ukrayna polisi onun ağır cinayətlərə görə əvvəllər məhkum olunduğunu və ölkə ərazisində qalmasının ictimai təhlükəsizlik baxımından arzuolunmaz hesab edildiyini açıqlamışdı.

Maraqlıdır ki, deportasiya qərarlarına baxmayaraq, o, müxtəlif yollarla yenidən Ukrayna ərazisinə daxil ola bilmişdi. Rusiya hüquq-mühafizə orqanlarının son açıqlamalarına görə, Cavid Məmmədov cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda, penitensiar müəssisələrdə kriminal proseslərə nəzarət etməkdə və “obşak” sisteminin fəaliyyətində iştirak etməkdə şübhəli bilinir. İstintaqın versiyasına görə, o, 2013-cü ildən Moskva regionundakı cəzaçəkmə müəssisələrində təsir imkanlarına malik olub, həmçinin məşhur Vladimir Mərkəzi Həbsxanasında kriminal aləmin nümayəndələri arasında “nəzarətçi” statusunda çıxış edib. Hazırda onun olduğu yer müəyyənləşdirilir.

Rusiya qanunvericiliyinə əsasən, ittiham sübuta yetirilərsə, “Dato Ağcabədinski”ni 8 ildən 15 ilədək həbs cəzası gözləyə bilər.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək
Next: Məhkəmə Anar Əsədliyə bu cəzanı verdi

OXŞAR MÖVZULAR

1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026
6hiG0I2wWTU9oY9XV2r5GeCBRf0sPQS8zqJz1grn_1200
  • ARAŞDIRMA

Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi

admin 14.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.