Skip to content
16.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Restoran menyusunda qumar uduşları: “Nasha Dacha”nın “Loto gecələri” şousu qanunidirmi? – VİDEO
  • ARAŞDIRMA

Restoran menyusunda qumar uduşları: “Nasha Dacha”nın “Loto gecələri” şousu qanunidirmi? – VİDEO

admin 21.05.2026
1779295804_1
Bakının Ağ Şəhər ərazisində yerləşən “Nasha Dacha” restoranı qumar oyunları təşkili edir.

AFN.az xəbər verir ki, bu barədə sözügedən iaşə obyektinin sosial şəbəkə hesablarında yayımladığı rəsmi reklam materiallarında əksini tapıb. Paylaşımlardan görünən odur ki, restoranda hər həftənin ikinci günü uduşlu loto oyunları təşkil olunur və müştərilərə “bol hədiyyələr” vəd edilir. Obyektin “Bol hədiyyə qazanmaq istəyən “Nasha Dacha”ya gəlsin!”, “Hər həftənin 2-ci günü restoranımızda keçirilən loto gecəsinə gəlin, yeyin, için, dincəlin və bol-bol şanslardan, hədiyyələrdən faydalanın!”, “Gəlin, əylənin, loto oynayın və hədiyyələr qazanın” kimi reklam şüarları prosesin sırf asudə vaxtın təşkili və ya əyləncə xarakterli olmadığını, ortada maddi maraq və şans elementlərinə əsaslanan bir uduş fondunun mövcudluğunu sübut edir. Görünən odur ki, bu təşkilatçılıqdan birbaşa bilet satışı ilə olmasa da, dolayısı ilə qazanc götürülür.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Xüsusilə virtual və ya real mühitdə bu kimi təsadüfə əsaslanan mərc və uduş oyunlarında iştirak etmək inzibati xəta hesab olunur.

Bu baxımdan “Nasha Dacha” restoranının bu addımı qanunvericiliyin bir neçə ciddi norması ilə birbaşa ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar qumar kateqoriyasına aid edilir. Həmin maddənin 401.1 və 401.3-cü bəndlərinə görə, qumar oyunlarında iştirak üçün imkanların yaradılması, uduşların və mükafatların verilməsi, habelə bunun təşkili fəaliyyətinə görə hüquqi şəxslər qırx min manat, vəzifəli şəxslər isə yeddi min manat məbləğində cərimə edilir. Bundan əlavə, Məcəllənin 428.9-cu maddəsi keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş lotereyaların və qumar oyunlarının reklamına görə hüquqi şəxslərə eyni qaydada qırx min manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.

Hüquqi məsuliyyət təkcə inzibati tənbehlə məhdudlaşmır. Belə ki, 1 yanvar 2022-ci ildən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla bu sahədəki sanksiyalar daha da sərtləşdirilib. Sözügedən dəyişikliyə əsasən, Cinayət Məcəlləsinin rəsmi fəaliyyət dairəsi genişləndirilərək əvvəlki “Qumarxana təşkil etmə və ya saxlama” adlı 244-1-ci maddəsinin adı dəyişdirilib, “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılaraq tamamilə yeni redaksiyada verilib. Bu yeni redaksiyaya görə, qumar oyunlarının təşkili, keçirilməsi və ya bu məqsədlə yer təşkil edilməsi beş min manatdan on min manatadək cərimə, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cinayət cəzasına səbəb olur. Həmin əməllər internet və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə maddənin sanksiyası on min manatdan on beş min manatadək cərimə və iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə rejimini aktivləşdirir. Həmçinin prosesdə iştirak edən müştərilər üçün də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə uduşlar müsadirə olunmaqla üç min manat cərimə müəyyən edilib.

“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkə ərazisində tirajlı və şansa dayalı bu növ oyunların keçirilməsi hüququ yalnız dövlətin müəyyən etdiyi müstəsna operatora məxsusdur və hər hansı fərdi sahibkarın və ya iaşə obyektinin loto oyunları üçün lisenziya alması hüquqi baxımdan qeyri-mümkündür. Paytaxtın mərkəzi ərazilərindən birində fəaliyyət göstərən “Nasha Dacha” restoranının qanunvericiliyin bu tələblərini kənara qoyaraq sistematik şəkildə “loto gecələri” təşkil etməsi və bunu kütləvi şəkildə işıqlandırması hüquq-mühafizə orqanlarının və nəzarətedici dövlət qurumlarının dərhal müdaxilə etməsini zəruri edən ciddi hüquqi əsaslar formalaşdırır.

Qeyd edək ki, məsələ ilə bağlı “Nasha Dacha” rəhbərliyinin mövqeyini almaq istəsək də, cəhdimiz boşa çıxdı. Belə ki, restoranın telefonuna cavab verən işçi rəhbərliyin yerində olmadığını bildirdi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub – ÖZƏL
Next: Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub

OXŞAR MÖVZULAR

1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026
6hiG0I2wWTU9oY9XV2r5GeCBRf0sPQS8zqJz1grn_1200
  • ARAŞDIRMA

Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi

admin 14.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.