Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar – VİDEO
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar – VİDEO

admin 20.05.2026
1779279478_1cd61c91e0_1-v

Yardımlını digər rayonlarla birləşdirən strateji əhəmiyyətli yolda baş verən torpaq sürüşməsinin yaratdığı təhlükəli vəziyyət illərdir davam edir.

Bakupost.az-ın məlumatına görə, Masallı-Yardımlı yolunun 52-ci kilometrliyində qeydə alınan sürüşmə nəticəsində yolun bir hərəkət zolağının təxminən 55 metrlik hissəsi yararsız vəziyyətə düşüb. Ərazidəki istinad divarları və piyada səkiləri də tamamilə dağılıb.

Məsələni yenidən gündəmə gətirən rayon sakini, şair İqbal Nəhmət deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Onun sözlərinə görə, 3 il ərzində nə yerli icra hakimiyyəti, nə də əlaqədar qurumlar tərəfindən yolun bərpası istiqamətində bir iş görülüb:

“Cənnətin içində cəhənnəmi yaşayan qəhrəman camaatım! 3 il öncə burada çəkiliş edib paylaşmışdım. Hörmətli deputatımız Musa Qasımlıya, icra başçısı Ayaz Əsgərova və onun müavinlərinə buradan səslənmişdim ki, əzizlərim, nə qədər böyük məsələdir bu problemi aradan qaldırmaq?

Buradan keçən maşınlardan biri dumana düşsə, idarəetməni itirsə, yuvarlanıb çayın içinə düşəcək. Hətta aşağıda evlər də var. Bu adamlar gözləyirlər ki, bir qəza baş versin, ondan sonra işə başlasınlar. Halbuki burada istinad divarı hörülüb betonlansa, problem aradan qalxar.

Yardımlı İcra Hakimiyyəti, danışanda deyirsiniz, İqbal sərt danışır. İqbal düz deyir. Mənim rayonum bərbad vəziyyətdə qalıb, rayonumu xaraba qoymusuz. Bir dənə qurum işləmir, deputatımız da Bakıda öz işi ilə məşğuldur, icra qurumları da fəaliyyət göstərmir. Axı bu problemi aradan qaldırmaq nə qədər çətin işdir?”.

İqbal Nəhmət həmçinin ölkə başçısına müraciət edərək problemin nəzarətə götürülməsini xahiş edib:

“Cənab Prezidentə də səslənirəm, biz hər zaman sizin siyasətinizi dəstəkləyirik, amma mənim rayonumu bərbad vəziyyətə salıblar. Yardımlı camaatına kömək edin, belə olmaz. Gözəl cənnət məkanda biz cəhənnəm şəraitində yaşayırıq. İş yoxdur, qaz çəkilişi yoxdur. İşıq dirəklərinin çoxu yararsız vəziyyətdədir. Yayda içməli su tapılmır. İşsizlikdən camaatın çoxu Bakıya, Sumqayıta köçüb, rayon boşalıb.

İstərdim ki, rayonumuzun deputatı Musa müəllim öz cibinin pulu ilə gəlib bu ərazini bərpa etsin, lent kəssin. Yardımlılıq bu deməkdir”.

Sosial şəbəkələrdə yayılan paylaşımda digər rayon sakinləri də mövcud vəziyyətlə bağlı tənqidi fikirlər səsləndiriblər.

Kazım Sədi yazır: “2 gün sonra Ayaz Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasının 10 ili tamam olur, faktiki olaraq rayonumuz üçün heç bir fəaliyyəti yoxdur, sadəcə şəkil çəkdirmək üçün məktəbləri gəzir, şablon qəbullar, öyrədilmiş şəxslərlə görüşlər keçirir, sıravi heç bir vətəndaşı qəbul etmir, müraciətlərə baxmır, amma 70 yaşı olsa da, onu tənqid edənləri sosial şəbəkə hesablarında bloklamağı yaxşı başarır”.

Himayət Mahmudov isə bildirib ki, bir il əvvəl İTV ərazidə çəkiliş aparsa da, vəziyyətdə dəyişiklik olmayıb: “Adlarını sadaladığınız qurum rəhbərləri həm kar, həm də kordur, yoxsa bu yol çoxdan düzələrdi!”(Bakupost.az)

VİDEO BURADA… baxmaq üçün TIKLAYIN…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: KTN-nin Kürdəmir “sərgüzəştləri” – Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?
Next: “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.