Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • KTN-nin Kürdəmir “sərgüzəştləri” – Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?
  • CƏMİYYƏT
  • ÖLKƏ

KTN-nin Kürdəmir “sərgüzəştləri” – Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?

admin 20.05.2026
1779272399_1
Kürdəmir rayonunun Muradxan kəndində fəaliyyət göstərən yerli fermerlər ciddi haqsızlıqla və məmur özbaşınalığı ilə üzləşdiklərini bildirirlər. Kənd sakinləri əziyyət çəkib əkin əkdikləri halda, dövlət tərəfindən ayrılan torpaq subsidiyalarının əsassız olaraq kəsilməsi təhlükəsi ilə qarşı-qarşıya qalıblar.

​Şikayətçinin sözlərinə görə, Muradxan kəndinin icra nümayəndəsi onlara torpaq subsidiyasının kəsiləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra sənədlərini götürərək Kənd Təsərrüfatı İdarəsinə yollanan fermerlər orada acınacaqlı mənzərə ilə rastlaşıblar. Məlum olub ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsində çalışan məsul şəxs Elçin Zeynalov əraziyə gəlib heç bir əyani yoxlama aparmayıb. Subsidiyaların dayandırılması üçün tamamilə təsadüfi qaydada insanlar seçilib və fermerlərin haqqı əllərindən alınmağa çalışılıb.

​”Aprelin 29-da biz idarədə olduğumuz müddətdə, Elçin Zeynalov kabinetində otura-otura, heç bir sahəyə gəlib baxmadan sənədləşmə apardı və bizim üçün ‘sıfır əkin’ yazdı” — deyə zərərçəkmiş fermer bildirir.

​Fermerlərin aidiyyəti qurumlara şikayət edəcəklərini bildirdikdə isə idarədə onlara qəribə bir bəhanə gətirilib. Onun qazi olduğu və bu səbəbdən Elçin Zeynalova heç nə deyə bilmədikləri iddia olunub. Lakin şikayətçilər haqlı olaraq vurğulayırlar ki, kimliyindən asılı olmayaraq heç kimin fermerin əziyyətini yerə vurmağa və qanunsuz addımlar atmağa ixtiyarı yoxdur.

​Məsələ ilə bağlı redaksiyamıza daxil olan ən dəhşətli məqam isə Elçin Zeynalovun öz mövqeyindən sui-istifadə etməsi barədə səslənən iddialardır. Sakinlərin iddialarına görə, Elçin Zeynalov açıq şəkildə yuxarı dairələrdə, yüksək mövqedə çalışan bir məmurun adamı olduğunu qeyd edir. O, bu arxayınlığa söykənərək bildirir ki, dövlətdən subsidiya alan şəxslər ona mütləq şəkildə “pay” (pul) verməlidirlər. Pul verməyən fermerlərin isə subsidiyaları müxtəlif bəhanələrlə kəsilir və ya tamamilə sıfırlanır.

​Ölkə rəhbərliyi tərəfindən yerli istehsalın artırılması və fermerlərə şərait yaradılması, onların incidilməməsi barədə kəsərli tapşırıqlar verildiyi halda, Kürdəmirdəki bu mənzərə ciddi suallar doğurur. Sakinlər sahədə faktiki olaraq taxıl və yonca əkdiklərini, böyük əziyyət çəkdiklərini qeyd edirlər.
​Fermerlər Elçin Zeynalovun bu hərəkətlərinin arxasında həm şəxsi prinsiplərin, həm də açıq rüşvət tələbinin dayandığını vurğulayırlar.

​Muradxan kəndinin zərərçəkmiş sakinləri sahələrinin tam açıq olduğunu, hər an gəlib əyani yoxlama aparıla biləcəyini bəyan edirlər. Onlar bu əsassız qərara və rüşvət iddialarına qarşı sonadək öz hüquqlarını müdafiə edəcəklərini bildirərək, Kənd Təsərrüfatı Nazirliyindən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və yuxarı instansiyalardan təcili tədbir görülməsini, bu haqsızlığın aradan qaldırılmasını xahiş edirlər.

“DİA-AZ”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Next: Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar – VİDEO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.