Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Samuxda təhsil adına OYUNBAZLIQ… – BU NƏDİ BELƏ?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

Samuxda təhsil adına OYUNBAZLIQ… – BU NƏDİ BELƏ?

admin 20.05.2026
1779257245_16353313095884540365_1200x630

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux Rayon Uşaq Musiqi Məktəbi ilə bağlı ciddi iddialar səsləndirilir. Məktəbdə çalışan bir qrup şəxsin verdiyi məlumatlara görə, təhsil ocağında uzun müddətdir qanunsuzluq, maliyyə yeyintiləri və müəllimlərə qarşı təzyiq halları hökm sürür.

​İddialara əsasən, məktəbdə müəllimlərin adına əlavə dərs saatları yazılır, daha sonra həmin saatlara görə müəyyən məbləğlər tələb olunur. Bildirilir ki, bəzi müəllimlər hər ay yüzlərlə manat vəsaıt ödəməyə məcbur edilir. Həmçinin imtahan dövründə dərs yükünün süni şəkildə artırıldığı, nəticədə isə artıq dərs saatı səbəbi göstərilərək bir neçə müəllimin işdən uzaqlaşdırıldığı qeyd olunur.
​
Şikayətlərdə məktəb direktoru Ülviyyə Nadirovanın kollektivlə kobud və təhqiredici davranışı xüsusi vurğulanır. İddia edilir ki, direktor müəllimləri daim təzyiq altında saxlayır, onları “incidəcəyi” ilə hədələyərək müxtəlif sənədlərə və dərs bölgülərinə imza atmağa məcbur edir. Məktəbdə sağlam iş mühitinin olmadığı, qorxu atmosferinin formalaşdığı bildirilir.

​Səsləndirilən məlumatlarda məktəbin sanitar vəziyyəti ilə bağlı da diqqətçəkən iddialar yer alır. Belə ki, məktəbdə ayaqyolunun bağlı saxlanıldığı, açarın yalnız direktor və tədris işləri üzrə müavin Gülxar Nəsibovada olduğu qeyd edilir. Müəllim və şagirdlərin isə məcbur qalaraq ödənişli ictimai ayaqyolundan istifadə etdiyi bildirilir.

​İddialarda o da vurğulanır ki, direktorun özbaşınalığı və qanunsuz fəaliyyətlərində ona dəstək verən şəxslərdən biri Samux rayon mədəniyyət sahəsində çalışan mühasib Hüseynov İsrafil hesab olunur. Mənbələrin sözlərinə görə, məktəbdə baş verən bir çox proseslər məhz müəyyən şəxslərlə əlbir şəkildə həyata keçirilir.
​
Qeyd olunur ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına, hətta hüquq-mühafizə orqanlarına da dəfələrlə müraciətlər edilib. Lakin şikayətçilər iddia edirlər ki, bu günə qədər ciddi nəticə əldə olunmayıb.
​Əlbəttə, səsləndirilən bütün bu iddiaların nə dərəcədə doğru olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra məlum ola bilər. Ümid edilir ki, məsələ nəzarətə götürüləcək, qanun pozuntuları aşkarlanacağı təqdirdə isə məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Mənbə :Aranmedia

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” – ETİRAZ VAR!
Next: Novxanıda yanan “AF Hotel” kimindir? – “EuroHome”un sahibinin növbəti obyekti alovlar içində

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.